Sabunçunun küçələrini və bəzi evləri su basıb
Bakının Sabunçu rayonunun Əfəndiyev küçəsində evləri su basıb. Ərazidə yaşayan sakinlər AzadlıqRadiosuna bildiriblər ki, iki gündür yağan yağışlar həyətlərə, evlərə dolub. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilir ki, təxminən 50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb, 70-ə yaxın sakin xilas olunub. Nazirlik onu da bildirir ki, ərazidə xilasetmə işləri davam etdirilir, yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Arxiv
-
Dekabr 20, 2024
Gündüz vaxtı çıraqla axtarılan... Yaxşı Adam
-
Dekabr 19, 2024
21-ci əsrdə qar suyuna möhtac qalan kənd
-
Dekabr 12, 2024
'Yardım edən yoxdur' - Sel qorxusu ilə yaşayan kənddən REPORTAJ