Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:40

Çeçenistan hökmdarı


Ramzan Kadırov
Ramzan Kadırov
-
Çeçenistan prezidenti Rusiyada səltənət qurur. Onun qoluzorluları Federal Təhqiqatlar Xidmətinin sözünə baxmırlar

Bunları Anna Nemtsova «Foreign Policy» dərgisinin internet saytında yazır.
Müəllif yazır ki, Rusiyanın cənubundakı bu republikanı şəriksiz idarə edən 36 yaşlı Ramzan Kadyrovu – Kadyrovçular adlanan minlərlə qoluzorlu mühafizə edir.
O qeyd edir ki, əksəriyyəti vaxtilə Moskvanın hakimiyyətinə qarşı əlində silah vuruşmuş bu yaraqlıların əl atdıqları metodlar zorakıdır. Məsələn, onlar islamçıları təslim olmağa məcbur etmək üçün onların ailə üzvlərini oğurlaya bilərlər.
«Rusiyanın Çeçenistanda çalışan federal müstəntiqləri belə deməyi xoşlayırlar: Sizə kim desə ki, Qroznıda işləmək çətindir, inanmayın, Qroznıda işləmək qeyri-mümkündür», - yazır Nemtsova.
Müəllif iddia edir ki, kadyrovçular əvvəllər yalnız Çeçenistanda tətbiq etdikləri qəddar üsulları indi də Moskvada tətbiq edirlər. Onlar Rusiya paytaxtında cəzasızlıq şəraitində açıq-aşkar basqınlara əl ata bilərlər.
Anna Nemtsova yazır ki, Federal Təhqiqatlar Xidməti Kadyrovun adamlarının törətdikləri cinayətlərə göz yumur, çünki onlar təlatümlü Çeçenistanı sabitləşdirə biliblər.
YA PEŞƏ ŞƏRƏFİ, YA DA ŞƏRƏFİN TƏHQİRİ
Ramzan Kadyrov
Ramzan Kadyrov
Müəllif müstəqil «Novaya Qazeta»nın təhqiqat jurnalisti Sergey Kanev-ə istinadən yazır ki, FTX-nin zabitləri kadyrovçular qarşısında gücsüzdürlər. Qəzetin müxbiri ilə söhbətlərində üç zabit bildirib ki, onların Moskvada adam oğurlayıb işgəncə verən üç kadyrovçunu həbs etmələri qoluzorlulaların hətta məhkəmədən əvvəl azadlığa buraxılmağı ilə nəticələnib.
Nemtsova yazır ki, FTX zabitləri öz dərdlərini danışmaq üçün hakimiyyət tərəfindən nifrət edilən «Novaya Qazeta»ya indi daha tez-tez üz tuturlar.
«Novaya Qazeta»nın redaktor müavini Sergei Sokolov bildirir ki, Çeçenistan rəsmilərinə aid cinayət işlərini araşdıran zabitlər ikisindən birini seçməlidirlər: ya peşəkar şərəfi, ya da bu peşənin təhqir olunmasını.
«Çoxları inanırlar ki, Kadyrov-un təhlükəsizlik qüvvələrinin törətdikləri cinayətlərin cəzasız qalmasının əsas səbəbi onun Rusiya prezidenti Vladimir Putin-lə şəxsi yaxınlığıdır» – Nemtsova yazır.
Qudermesdəki iqamətgahında Nemtsova-ya müsahibə verən Ramzan Kadyrov bunu gizlətməyə çalışmır: «Nə qədər ki, Putin məni dəstəkləyir, mən istədiyimi edə bilərəm. Allahu-əkbər», - Kadyrov deyib.
PUTİN PROSPEKTİNİN KEŞİKÇİLƏRİ
Rusiya prezidenti Vladimir Putin və Ramzan Kadyrov
Rusiya prezidenti Vladimir Putin və Ramzan Kadyrov
«Bu gün, - yazır Nemtsova, - kalaşnikovlu zəhmli keşikçilər Kadyrov-un Qudermesdəki rəsmi iqamətgahını və onun ailəsinin Tsentroydakı evini mühafizə edirlər. Onlar Qroznının mərkəzi küçəsi olan Putin prospektində patrul keşiyi çəkirlər. Yol polisi nömrə nişanları - KRA (Kadyrov Ramzan Axmetoviç) olan avtomobilləri heç vaxt dayandırmır».
Müəllif yazır ki, indi KRA nömrəli Lexus və Porches avtomobilləri Moskvanın küçələrində də görünür.
«Ən azı indilik Kreml Çeçenistandakı rejimi haqq-hesaba çəkməyi riskli və lüzumsuz görür və Kadyrov hakimiyyətinin Çeçenistanın sərhədlərini aşmasına dözür, - Anna Nemtsova yazır, - Kreml Kadyrov-un anti-qiyam modelini səmərəli hesab edir».
Beynəlxalq Böhran Qrupunun Moskva direktoru Yekaterina Sokirianskaya deyir ki, Rusiya cəmiyyətinin özündən gələn təzyiq dramatik şəkildə artmayınca, mövcud vəziyyət dəyişməyəcək.

Sayta hazırladı: Zülfüqar Rüfətoğlu
XS
SM
MD
LG