Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:43

“Cihad” sözünün əsl mənası nədir?


ABŞ -Washington metrosunda reklam - "Mənim cihadım" kampaniyası
ABŞ -Washington metrosunda reklam - "Mənim cihadım" kampaniyası
-

2001-ci ildə dünyanın 1 nömrəli terrorçusu Osama bin Laden ABŞ-a hücumunu “cihad” adlandırandan, 3 min nəfərin ölümünə bais olandan sonra həmin sözə çox dəhşətli mənalar yüklənmiş oldu.

Həm ərəb dünyasında, həm də ondan kənarda bəziləri bu sözü “müsəlmanların Qərbə qarşı hücumu” anlamında işlətməyə başladılar.

Ahmed Rehab Çikaqodakı Ərəb-İslam Münasibələri üzrə Şuranın rəhbəridir.

O öz pulu və iyanələrin hesabına reklam kampaniyasına start verib.

Rehabın sözlərinə görə, cihad “özünün və başqalarının həyatını yaxşılaşdırmaq, düzgün olanı, asan olmayanı etmək üçün çalışmaq, mübarizə aparmaq” deməkdir.

Bu tip izahlar yazılmış reklamlar Çikaqo, San-Fransisko, Vaşinqtonda avtobusların, qatarların üzərinə vurulub.

Məsələn, hicab taxmış qadın əlində qantel həmin reklam bannerlərinin birində belə deyir: “Mənim cihadım – işimin çoxluğuna baxmayaraq sağlam yaşamaqdır”.

Başqa bir şəkildə ölən oğlunun şəklini əlində tutan qadın deyir: “Mənim cihadım oğlumu itirməyimə baxmayaraq həyatıma davam etməkdir”.

Bir saqqallı biznesmen isə

“Mənim cihadım - gücüm çatan səviyyədə çalışmaq, həmin səviyyədən enməməkdir”

Rehab deyir ki, cihad sözünün mənasını ilk olaraq nənəsindən öyrənib. Nənəsi iflic olaraq həyatının son illərini yataq xəstəsi olaraq keçirib:

“Mən ondan soruşanda ki, bu çətinliyin öhdəsindən necə gəlirsən, o mənə dedi ki, bu
Pamela Geller
Pamela Geller
nun cihadıdır. Bu sözün gücü elə böyük idi ki, mən böyüdükcə anladım ki, cihad bir imtahan, maneənin aşılmasıdır”.

Reklam kampaniyasını aparanlar deyirlər ki, onların məqsədi İslamın gerçək simasını bərpa etmək, onu həm müsəlman, həm də qeyri-müsəlman ekstremistlərdən geri almaqdır.

Virciniya Universitetində İslam Araşdırmaları üzrə professorun köməkçisi olan Ahmed al-Rahim deyir ki, reklam kampaniyasında müsəlman ekstremistlər deyiləndə

Əslində sünni sələfilər nəzərdə tutulur

Məhz onlar hesab edirlər ki, siyasi məqsədlərə çatmaq üçün zorakılığa haqq qazandırılmalıdır:

“Onlar cihadı müqəddəs müharibə kimi mənalandırır, İslamdakı terminlərə zorakı mənalar yükləyirlər. Deyirlər ki, əslində bu sözlərin gerçək mənası təhrif edilib. Başqa sözlə indi müsəlmanlar arasında “cihad” sözünə sahib çıxmaq üçün mübarizə, cihad gedir”

Rehab isə deyir ki, mötədil müsəlmanlar uzun müddət “cihad” sözü ilə bağlı debatlara qatılmayıblar və beləcə ekstremistlər (həm islamçı, həm də qeyri-müsəlman ekstremistlər) ona istədikləri mənanı yükləyiblər. Rehab deyir ki, amerikalı müsəlman kimi onun anlamında cihad - öz vətəni üçün – yəni Amerika üçün çalışmaq, onu yaşamaq üçün daha gözəl bir yerə çevirməyə çalışmaqdır.

Rehab bildirir ki, qeyri-müsəlman ekstremistlər də cihad sözünün “müqəddəs müharibə” anlamında işlədilməsinə çalışırlar.

Məsələn, Pamela Geller kimi insanlar

Həmin qadın Amerikada anti-islam qrupuna rəhbərlik edir. Təşkilatın adı belədir: Amerika Azadlığı Müdafiə Təşəbbüsü.

Bu təşkilat “cihad”ı Qərbə qarşı müqəddəs müharibə anlamında öz reklam kampaniyalarında istifadə edir.

O cümlədən Rehabın “Mənim cihadım” kampaniyasına qarşı.

Geller Rehab və onun tərəfdarları haqda bunları deyir:

“Onlar “cihad” sözünü təmizləmək, yumaq istəyirlər. Bununla da amerikalıların gözündən pərdə asmaq, onları bu böyük təhlükə ilə mübarizədə tərk-silah edirlər.”

Geller deyir ki, onlar öz reklam kampaniyalarında İslamın bütün dinlərdən uca olduğu haqda fikirlər söyləyən “cihadçı”lardan sitatlar gətirirlər, o cümlədən Türkiyənin baş nazirindən, Bin Ladendən, müsəlman terrorçulardan.

İslam araşdırmaçısı, Pensilvaniya Universitetinin professoru Camal Elias isə deyir ki, “cihad” sözünün ingiliscə ekvivalenti yoxdur:

“Bu bir neçə anlamda işlənir. Bunlardan biri “mübarizə”dir. Daha uzun forması “Allah yolunda mübarizə”dir. Amma hərfi mənada – bəzən insanların səhvən güman etdikləri kimi – zorakılığın açıq-aşkar formasına çağırış ifadə etmir. Sadəcə, bu, çox ümumi bir ifadədir və onun içinə məqsədindən asılı olaraq kim nə istəsə daxil edir”.
XS
SM
MD
LG