Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:09

İmişlidə aksiya keçirilib


İmişlidə etiraz aksiyası
İmişlidə etiraz aksiyası
-
Yanvarın 31-də sosial şəbəkələrdə İmişli rayon icra hakimiyyəti qarşısında etiraz aksiyasının keçirildiyi barədə məlumatlar yayılıb.
“Azadlıq” qəzetinin bölgə müxbiri Azər Əli aksiyanın keçirildiyini təsdiqləyir. Onun AzadlıqRadiosuna verdiyi məlumata görə, narazı adamlar bir-neçə aydan bəri verilməyən maaşlarını tələb ediblər:
“Onların arasında müxtəlif adamlar var idi. Əsasən kommunal xidmətdə çalışanlardır. Deyirlər 4 aydan bəri maaşaları verilmir. Təxminən 20 nəfərə yaxın olardı. Polis onları ərazidən uzaqlaşdıranda rayon sakinləri də əraziyə toplaşmışdı”.
İmişlidən digər mənbənin verdiyi məlumata görə, aksiya keçirənlər İmişli rayon Mədəniyyət və Turizim şöbəsinin uşaq musiqi və sənət məktəbinin kollektivi olub:
“Müsiqi məktəblərinin 40 yaxın əməkdaşı icra hakimiyyəti qarşısını yığılmışdı. Əvvəlcə polis onları ərazidən uzaqlaşırmağa cəhd etdi, amma sonradan icra başçısı Vilyam Hacıyev onları qəbul etdi”.

İCRA BAŞÇISININ KÖMƏKÇİSİ DEYİR Kİ...
İcra hakimiyyəti qarşısında etiraz aksiyası
İcra hakimiyyəti qarşısında etiraz aksiyası
İmişli rayon icra başçısının köməkçisi Füzuli İsayev musiqi məktəbi kollektivinin maaşla bağlı rayon icra hakimiyyətinə gəldiyini təsdiqləyir. Amma o, maaşların gecikməsini elektron imza ilə əlaqələndirir:
“Problem elektron imzanın təsdiqi ilə bağlı yaranıb. İmzalar təsdiqlənib, yəqin ki, gələn həftənin əvvəli maaşlar veriləcək. Bu problem təkcə İmişlidə deyil, digər rayonlarda da var”.
Köməkçi rayonda aksiya keçirilməsi ilə bağlı məlumatları təkzib edir:
“Hər həftənin 4-cü günü icra başçısının qəbul günüdür. Ona görə daşqından zərərçəkənlər, maaş ala bilməyənlər, müxtəlif adamlar idi. Əsas müraciətlər evlərin qrunt suları basması ilə bağlı şikayətlərdir. Həmişə qəbula gələnlər icra hakimiyyətindəki akt zalında gözləyirlər qəbula bir-bir buraxılırlar. Bu gün qəbula gələnlər çöldə dayanmışdılar kimsə bunu aksiya kimi qələmə verib. Deyirlər 4 aylıq maaşlar verilmir, bunlar hamısı yanlış məlumatlardır”.

AKSİYA KEÇİRƏN QADINLAR OLUB
İmişlidə etiraz aksiyası zamanı
İmişlidə etiraz aksiyası zamanı

İmişlinin Depo məhəlləsində yaşayan Fəridə Balakişiyevanın AzadlıqRadiosuna dediyinə görə, aksiyanı onlar keçiriblər. Səbəbsə kommunal problemlərlə bağlı olub:
"Bizim məhlədə illərdir nə normal yol var, nə qaz var. İlyarımdır bu barədə dəfələrlə Bakıya qədər müraciət etmişik. Amma müraciətimizə baxmayıblar. Bir neçə gün əvvəl məhləmizə qaz boruları gətirib tökmüşdülər. Bu gün gördük ki, boruları daşıyıb aparırılar. Bütün məhlənin qadınları yığıldıq getdik icra hakimiyyətinə. Amma bizi içəri buraxmadılar. Bundan sonra etiraz olaraq avtomobil yolunu bağladıq. Polis təzyiq göstərib yolu açdı. Sonra bizi icra başçısı qəbul etdi söz verdi ki, qazınmız çəkiləcək. Sonra biz dağılışdıq".

Rayon Kommunal təsərrüfat idarəsində işlədiyini deyən Fəridə Balakişiyeva 2 aydan bəri maaşlarının verilmədiyini də bildirir:
"Amma icra başçısı ilə görüşdə biz maaş məsələsini qaldırmadıq".
XS
SM
MD
LG