Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:58

İsmayıllı etirazlarının ildönümüdür- [Video, Fotolar]


İsmayıllı hadisələrindən 4 il keçir:

Xronika: 2013-cü il. 25 yanvar. Etirazların başlanmasından 2 gün keçir.

HADİSƏLƏR BAŞLAYANDAN 13 NƏFƏR HƏKİMƏ ÜZ TUTUB - 14.00

İsmayıllıdakı «Çıraq» motelinin sərxoş işçiləri tərəfindən döyülərək xəstəxanaya düşən rayon sakini, taksi sürücüsü Ramin Bəkirov yanvarın 25-də evə buraxılıb.

Bu barədə AzadlıqRadiosuna rayon xəstəxanasından məlumat veriblər. Sürücünün atası Almurad Bəkirov oğlunun hələ evə gəlib çıxmadığını deyir.

Rayon Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, İsmayıllı hadisələri başlayandan indiyədək onlara müxtəlif xəsarətlər almış 13 nəfər üz tutub.



İSMAYILLIDA SAXLANANLARIN YERİ BƏLLİ DEYİL - 13.00

İsmayıllı rayon Polis İdarəsi rəisinin müavini Şöhrət Cəfərov AzadlıqRadiosuna bildirib ki, idarə yeni tikildiyindən, tutulanları saxlamaq üçün müvəqqəti təcridxana yoxdur. Rayon polisinin özü də, hələlik, bələdiyyə binasında fəaliyyət göstərir.

«Azadlıq» qəzetinin müxbiri Elçin İsmayıl tutulanların bir qisminin polis idarəsindəki böyük zalda, digər qismininsə idarənin arxasındakı Yaradıcılıq Evində saxlandığını xəbər verib.

O, 20 nəfərin Göyçay polisinə aparıldığını bildirib. Göyçay Polis İdarəsindəki növbətçi AzadlıqRadiosunun müxbirinə – «Bizə heç kim gətirilməyib, deyilənlər yalandır» – deyərək həmin məlumatı təsdiqləməyib.

Saxlananların qonşu Göyçay, Şamaxı və Qəbələ rayon polis idarələrinə və Bakıya aparıldığını söyləyən qaynaqlar da var.

İsmayıllı rayon hüquq məsləhətxanasının vəkili İslam İsmayılovun söylədiyinə görə, onlar vəkil xidmətindən istifadə ilə bağlı heç bir müraciət almayıblar və məhkəmədə də hər hansı proses keçiriləcəyi gözlənilmir.

25 YANVAR - 11.00

İsmayıllı olayında döyülən Ramil Bəkirov Azadlıq Radiosuna danışıb

İsmayıllı olayında döyülən Ramil Bəkirov Azadlıq Radiosuna danışıb
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00



SAXLANANLAR BARƏDƏ ZİDDİYƏTLİ MƏLUMATLAR

İsmayıllı hadisələrinə görə saxlananların sayı barədə ziddiyyətli məlumatlar gəlməkdədir.

AzadlıqRadiosuna müsahibəsində İcra başçısının 1-ci müavini Rəfael Əhmədov 32 nəfərin saxlandığını deyib. Amma «Azadlıq» qəzetinin bölgə müxbiri Elçin İsmayıl iki gün ərzində saxlananların 150 nəfər olduğunu bildirir.

«Bizə məlumatlar gəlir ki, onlara işgəncələr verilir. Hətta vəkilləri ilə görüşlərə belə imkan verilmir. Üzdə sakitlik olsa da adamlar narazıdırlar, onlar tutulanların buraxılmasını və icra başçısının da istefasını tələb edirlər. Jurnalistlərə qarşı normal davranılsa da, başqa adamlara qarşı sərt davranılır».

İcra başçısının müavini isə bu məlumatı təkzib edir. O, hazırda rayonda sakitlik olduğunu, rayonun mərkəzi küçələrinin daş və kəsəklərdən təmizləndiyini bildirir.

«Camaat, əhali özü küçələri təmizləyir. Sakitlikdir, daxili qoşun və polislər rayon mərkəzindədirlər».

Tutulan rayon sakinlərinin harada saxlandığı barədə rayon polis idarəsindən hər hansı məlumat almaq mümkün olmayıb. İcra başçısının 1-ci müavini Rəfael Əhmədov da məlumatsız olduğunu deyib.

23.49

«İşdən sonra» verilişinin xüsusi buraxılışına qoşulan müxbirlərimiz məlumat verirlər ki, İsmayıllıda 100-dən çox adam tutublar.

Yerli polis İdarəsinin yaxınlığından keçəndə işgəncə səslərinin eşidildiyi bildirilir.
Verilişə qoşulan müstəqil jurnalist İdrak Abbasov deyir ki, polislərin atdığı qaz güllələri nəticəsində jurnalistlər arasında zəhərlənənlər olub. Onun sözlərinə görə, polis idarəsində saxlananlardan biri «Təcili Yardım Maşını» ilə aparılıb.

İdrak Abbasov deyir ki, yerli sakinlər meydana gəlməyə çalışırlar.


***
Polis aksiyaçılara son həmlə edəndən sonra ərazidə sakitlikdir.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, polis gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə etməklə təxminən 15 nəfəri saxlayıb.

Əraziyə polis nəzarəti davam edir. Ayrı-ayrı küçələrdə hələ də polis gözyaşardıcı qazdan istifadə edir.

***
İsmayıllıda polislə aksiyaçılar arasında qarşıdurma güclənib. Əvvəlcə aksiyaçılar avtomobil təkərləri yandırıblar, polisə daş atıblar. Daha sonra polis hücuma keçib. Polis gözyaşardıcı qazdan istifadə edib. Bundan sonra aksiyaçıları tutmağa başlayıb. Hazırda aksiyaçlıların saxlanması davam edir.

Tonqal ətrafında oturan aksiyaçılar icra başçısının istefasını tələb edirlər.

Bakı sakinləri İsmayıllı etirazları barədə...

Bakı sakinləri İsmayıllı etirazları barədə...
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00


***
İsmayıllı rayon İcra Hakimiyyətindən təxminən 600-700 metr kənarda polislə aksiyaçılar qarşı qarşıya dayanıblar. Sakinlər icra başçısının istefasını tələb edir.

***

İsmayıllıda polisin aksiyaçılara atdığı rezin güllələrin gilizləri.
İsmayıllıda polisin aksiyaçılara atdığı rezin güllələrin gilizləri.


İsmayıllıda icra hakimiyyətinin binası qarşısında sakinlər maşınlarla polisə hücum edib.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, 7-8 maşınla polisə hücum olub. Polis gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə etməklə onların qarşısını ala bilib. Gözyaşardıcı qaz ətrafa yayıldığından nəfəs almaq mümkün deyil.

«OĞLUM NYU-YORKDADIR»

Yanvarın 24-də İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov jurnalistlərə deyib ki, dünənki hadisələrdə nə onun oğlu, nə də qardaşı oğlu iştirak edib:

«Oğlum Nyu-Yorkdadır».

«Çıraq» otelinin ona məxsus olmadığını deyən icra başçısı bildirib ki, otelin kimin olduğunu bilmir.

İsmayıllıda polisin aksiyaçılara atdığı göz yaşardan qazın gilizləri.
İsmayıllıda polisin aksiyaçılara atdığı göz yaşardan qazın gilizləri.

Nizami Ələkbərov İsmayıllıdakı tikintilərə yerli camaatın cəlb olunmaması haqqında deyilənləri də təkzib edib.

Hadisələri müşahidə edən Müsavat başqanının müavini Tofiq Yaqublunu 3 mülki şəxs saxlayıb.

Tofiq Yaqublu AzadlıqRadiosuna deyib ki, yerli polis şöbəsində ona xəbərdarlıq edildikdən sonra buraxılıb.


LALƏ ŞÖVKƏT TƏCİLİ İSLAHATLARA ÇAĞIRIR
Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkət də bəyanat verərək hakimiyyəti saxlananları dərhal azad etməyə və ölkədə köklü islahatlara başlamağa çağırıb:

Lalə Şövkət
Lalə Şövkət


"2012-ci ildə analoji Quba hadisələrini, bir neçə gün əvvəl Binə ticarət mərkəzində öz qanuni haqlarını tələb edən sahibkarların etiraz aksiyasını zorla yatıran iqtidar bilməlidir ki, bu hadisələrin əsl səbəbi iqtidarın yeritdiyi talançı, korrupsion və ədalətsiz siyasətdədir.

Quba, Binə və İsmayıllı hadisələri göstərir ki, bunlar sadəcə təsadüfi etiraz aksiyaları deyil, insanları işsizliyə, yoxsulluğa, dilənçiliyə məhkum etmiş siyasətə qarşı hər an baş verə biləcək böyük üsyanın ilkin qığılcımlarıdır.

Azərbaycan hakimiyyətini Qubada, Binə Ticarət Mərkəzində, İsmayıllıda həbs olunmuş bütün etirazçıları, qalan siyasi dustaqları dərhal azad etməyə, bütün təqsirkar məmurları cəzalandırmağa, ölkədə siyasi repressiyalara son qoyulmasına, təxirəsalınmaz sistemli və köklü islahatlara çağırıram" - deyə Lalə Şövkətin bəyanatında bildirilir.

İsmayıllı Rayon İcra başçısı ilə eksklüziv müsahibə

İsmayıllı Rayon İcra başçısı ilə eksklüziv müsahibə
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00




ƏLİ HƏSƏNOV: «BƏZİ MARAQLI SİYASİ QÜVVƏLƏR İCTİMAİ-SİYASİ VƏZİYYƏTİ GƏRGİNLƏŞDİRMƏYƏ CƏHDLƏR GÖSTƏRİRLƏR»

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İsmayıllı rayonunda baş vermiş hadisəyə münasibət bildirib.

Şöbə müdiri APA-ya açıqlamasında qeyd edib ki, yanvarın 23-də İsmayıllı rayonunda baş vermiş olayla əlaqədar Baş Prokurorluq və Daxili İşlər Nazirliyi müvafiq açıqlama yayıb, məsələnin təfərrüatı və həyata keçirilən tədbirlər haqqında ictimaiyyətə lazımi məlumat veriblər:

Əli Həsənov
Əli Həsənov

«Hadisənin günahkarları artıq saxlanılıb, lazımi istintaq əməliyyatı aparılır və şübhəsiz ki, təqsirkarlar öz layiqli cəzalarını alacaqlar.

Bununla yanaşı, bildirmək istərdim ki, bəzi maraqlı siyasi qüvvələr və onlara məxsus informasiya vasitələri həmin olayı qızışdırmaq və idarəolunmaz məcraya yönəltmək, insanlardan öz məqsədləri üçün istifadə etmək, yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarına qarşı qeyri-qanuni hallar yaratmaq, ictimai-siyasi vəziyyəti gərginləşdirmək, dövlət orqanlarının fəaliyyətini iflic etmək, həmçinin, dövlət orqanlarına, vətəndaşlara, ictimai və şəxsi mülkiyyətə ziyan vurmağa cəhdlər göstərirlər.

Biz rayon əhalisini belə təxribatlara qoşulmamağa və təxribatçılara qarşı ciddi iradə nümayiş etdirməyə çağırırıq. Bu olayın səbəbkarları və ondan öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışanlar ciddi cəza alacaqlar. Heç kim hesab etməsin ki, belə hadisələrdən istifadə etməklə, hakimiyyət orqanlarını öz qanunu funksiyalarını yerinə yetirməkdən, ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin etməkdən çəkindirə biləcək.

İcra başçısı ilə görüşə buraxılmayan İsmayıllı sakini

İcra başçısı ilə görüşə buraxılmayan İsmayıllı sakini
Gözlə

No media source currently available

0:00 0:03:26 0:00



Düşünürəm ki, həmişə dövlətçiliyə sədaqəti ilə seçilən və qanunçuluğa hörmət bəsləyən İsmayıllı əhalisi bəzi təxribatçı qüvvələrin onlardan vasitə kimi istifadə edərək öz subyektiv ambisiyalarını həyata keçirmələrinə imkan verməyəcək».

60-DAN ÇOX ADAMIN SAXLANDIĞI DEYİLİR

İsmayıllıya Bakıdan əlavə 20-dən çox polis maşını və 4 avtobus gətirilib. Onlar icra hakimiyyətinin binası qarşısında yığışıb. Bu günkü hadisələr zamanı 60-dan çox adamın saxlandığı bildirilir. Hazırda rayonda sakitlikdir.

Yerli polis şöbəsinin növbətçi hissəsindən saxlananlar haqda məlumat verə bilməyəcəklərini deyiblər.

NİZAMİ ƏLƏKBƏROV İVANOVKADADIR

Nizami Ələkbərov
Nizami Ələkbərov

«Hazırda İvanovka inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin hesabatı dinlənilir. İcra başçısı Nizami Ələkbərov da İvanovka kəndindədir».

Bu haqda AzadlıqRadiosuna İsmayıllı rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Valeh Salehov məlumat verib. O deyib ki, bu əvvəlcədən planlaşdırılmış hesabatdır.

Ötən ilin mayında İvanovka kəndinin bir qrup sakini Prezident Administrasiyasına şikayətə gəlmişdi. Onlar yerli icra hakimiyyəti orqanlarından şikayətlənmişdilər.

XƏSARƏT ALAN BİR NƏFƏR BAKIYA GƏTİRİLİB

Yanvarın 24-də İsmayıllıda baş verən iğtişaşda xəsarət alan bir nəfər Bakıdakı Klinik Tibbi Mərkəzə gətirilib.

Bu, 1983-cü il təvəllüdlü Emin Nəsirovdur.

Kliniki Tibbi Mərkəzin baş həkimin müavini Adil Salahov AzadlıqRadiosuna deyib ki, pasientin vəziyyəti normaldır. Onun çanaq sümüyündə yerini dəyişməyən sınıq var. Bir-iki günə evə buraxılacaq.

AKSİYAÇILARLA POLİS ARASINDA YENİDƏN TOQQUŞMA OLUB

Polislə aksiyaçılar arasında yenidən qarşıdurma başlanıb. Aksiyaçıların saxlanılması davam edir. Polis gözyaşardıcı qazdan istifadə edir.

İcra hakimiyyəti qarşısında kim varsa, polis tutur. Polis ətrafda olan mağazaları bağlayır. İcra hakimiyyətinin qarşısında isə sədd qurub.

ETİRAZÇILAR İCRA BAŞÇISI İLƏ GÖRÜŞDƏN İMTİNA EDİB?

İsmayıllı rayon icra hakimiyyətində İctimai-siyasi və humanitar şöbənin baş məsləhətçisi Valeh Salehov hazırda rayonda vəziyyətin sabit olduğunu bildirir.

«Xüsusi təyinatlılar, daxili qoşunlardan və başqa polis şöbələrindən ibarət qüvvələr hamısı rayon mərkəzindədir, hər şey yaxşıdır».

Valeh Salehov rayon mərkəzində olan hüquq-mühafizə orqanlarının əməkdaşlarının silahlı olduğunu deyir.

«Mən dəqiq bilmirəm hansı silahlardır, yaxından baxmamışam».

Baş məsləhətçinin dediyinə görə, icra başçısı etirazçıları bu gün qəbul etməyə razılıq versə də, qarşı tərəf görüşə gəlməkdən imtina edib.

«İNDİ İSMAYILLIDA SAKİTLİKDİR, BIR-İKİ NƏFƏR DAŞ ATIRDI, ONLAR DA ÇIXIB GETDİ»

İsmayıllı rayon icra hakimiyyəti başçısının 1-ci müavini Rəfael Əhmədov AzadlıqRadiosuna rayonda etirazların sakitləşdiyini deyib.

«İndi rayonda sakitlik və sabitlikdir. Bir-iki nəfər var idi kənarda dayanıb daş atırdılar, onlar da uzaqlaşıb, çıxıb getdilər».

Rafael Əhmədov icra başçısı Nizami Ələkbərovun evinin yandırılması barədə yayılan məlumatları təkzib edir. Deyir, rayonda içkili vəziyyətdə adamları təhqir edən «Çıraq» otelinin administratorunun cəzalandırılmasını istəyiblər və buna görə də icra hakimiyyətinin evinə doğru gediblər.

«İcra başçısının evinin arxasında yardımçı binalar və onun şəxsi maşınını yandırıblar».

Etirazçılarla icra başçısının görüşünün olub-olmamasına gəlincə, Rəfael Əhmədov belə bir görüşün hələ olmadığını deyib.

«Görüşlə bağlı heç kim müraciət etməyib. Amma başçı bu gün rayonu «kruqom» piyada gəzib».

İcra başçısının istefasının tələb olunduğunu müavin təkzib edir.

«Hazırda camaat axın-axın gəlir icra hakimiyyətinə ki, bu baş verənlər bizəm rayona yaraşan hal deyil».

POLİS RƏİSİ HƏLƏ SAXLANAN OLMADIĞINI DEYİR

İsmayıllı rayon polis idarəsinin rəisi Nizami Qocayev də rayonda artıq sakitlik olduğunu deyir.


«Vəziyyət normaldır. Hələ saxlananlar yoxdur, bu barədə Daxili İşlər Nazirliyinə məlumat verilib və yayılıb, bir də məlumat yayılacaq».

POLİS TUTULANLARIN SAYINI BİLMİR

İsmayıllı rayon polis şöbəsinin növbətçi hissəsindən bildirdilər ki, tutulanlar var. Ancaq saxlananların dəqiq sayını bilmirlər.

POLİS ADAMLARI EVLƏRİNDƏN ÇIXMAĞA QOYMUR

Etirazçılar ara küçələrdədir. Polis adamları evlərindən çıxmağa qoymur. Yas yeri olan evlərdən birinin qarşısına da polis qoyulub. Onların çölə çıxmasına imkan verilmir. Polis küçə boyu qapıları bağlayır. Bu arada etirazçıların səsi eşidilir. Polis 3 nəfəri saxlayır.

CAMAATA AÇIQLAMA VERİLƏCƏYİ DEYİLİR

İsmayıllı İcra Hakimiyyətinə gedən yolun bir başında etirazçılar, o biri başında polislər dayanıb. Polis əhalini icra hakimiyyəti ərazisinə yaxın buraxmır. Adamlar polisə etiraz edir.

İlqar Məmmədov və Tofiq Yaqublu həbsdə qaldı

İlqar Məmmədov və Tofiq Yaqublu həbsdə qaldı
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00



Bir nəfər rayon sakini deyir ki, mən xəstəxanaya getməliyəm.

Etirazçılar polisə daş atır. Su şırnaqları, gözyaşardıcı qaz yenidən işə düşür.

İcra hakimiyyəti başçısının müavini deyib ki, camaata açıqlama veriləcək.

POLİS GÖZYAŞARDICI QAZDAN, SU ŞIRNAQLARINDAN İSTİFADƏ EDİR

İcra hakimiyyəti qarşısında Çevik Polis Alayı əməkdaşları ilə aksiyaçılar arasında qarşıdurma olub.

Polis gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edir. Aksiyaçıların saxlanılmasına başlanıb. Artıq 6 aksiyaçı tutulub. Aksiyaçılar icra başçısının onların qarşısına çıxmasını, həbs olunanların azad edilməsini tələb edir.

QƏBƏLƏ VƏ GÖYÇAYDAN GƏLƏN YOLLAR POLİS NƏZARƏTİNDƏDİR

İsmayıllıdan verilən məlumata görə, İsmayıllının rayon mərkəzi ilə kəndlər arasında post qurulub. Qəbələ və Göyçaydan gələn yollar da polis nəzarətinə götürülüb.

BAŞ PROKURORLUQ VƏ DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏLUMAT YAYIB

Məlumatda deyilir ki, yanvarın 23-ü saat 21.30 radələrində İsmayıllı şəhərində «Çıraq» otelinin və 4 müxtəlif markalı avtomobilin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib.

«Buna səbəb oteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovun şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi və onu elektrik dirəyinə çırparaq qəza törətməsi, eyni zamanda öz sərnişini olan Bakı şəhər sakini Elməddin Məmmədovla birgə yaxınlıqdakı VAZ-2107 markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyərək ona xəsarət yetirmələridir».

Məlumatda daha sonra deyilir ki, hadisə yerinə xeyli sayda adam toplaşıb. E. Şəmsəddinovun yerli sakinlərə təhqir yağdırması münaqişənin daha da böyüməsinə səbəb olub. Nəticədə otel və otelin həyətindəki üç müxtəlif markalı avtomobil yandırılıb.

Baş Prokurorluq və DİN-in məlumatında münaqişəyə qatılanların destruktiv qüvvələrin təhriki ilə icra hakimiyyəti başçısı Nizami Ələkbərovun oğlunun evini yandırmağa cəhd göstərmələri də qeyd olunur və bildirilir ki, rayon polis şöbəsi əməkdaşlarının gördüyü tədbirlər nəticəsində, həyətdə olan bir avtomobil yandırılsa da, hadisənin daha da genişlənməsinin qarşısı alınıb.

Məlumata görə, insidentin qarşısı alınarkən üçü polis əməkdaşı olmaqla dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Kütləvi münaqişənin səbəbkarları Emil ŞəmsəddinovElməddin Məmmədov tutulublar.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət olan heyət hadisə yerinə gəlib.

Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb. İstintaq aparılır.

POLİS CANLI SƏDD QURUB

Polis adamları ərazidən uzaqlaşdırır. Polis deyir ki, küçə kəsməklə bir şey etmək olmaz. Həbs olunanların buraxılması tələbi səslənir. Ərazini boşaltmaq tələb olunur. Polis canlı sədd qurub.

«İSTEFA», «AZADLIQ» ŞÜARLARI SƏSLƏNDİRİRLƏR

Polis əhalini İsmayıllı rayon icra hakimiyyətinin binası qarşısından uzaqlaşdırır. Ərazidə qara maskalılar gözə dəyir. Polislərin əlində qalxanlar var. Qarşı tərəfdən daş atanlar var.

Etirazçılar ara küçələrə səpələnib. Artıq etiraz səsləri eşidilir. «İstefa», «Azadlıq» şüarları səsləndirirlər.

Polis deyir ki, vəziyyəti gərginləşdirməyin.

RAYONDA AKSİYA BAŞLAYIB

"Azadlıq" qəzetinin yerli müxbiri Elçin İsmayildan aldığımız məlumata görə, artıq rayonda aksiya başa çatıb.

Bununla belə, aksiya iştirakçıları öz tələblərini bəyan ediblər.

Aksiyaçıların tələblərinə görə, icra başçısı Nizami Ələkbərov istefa verməli, rayondakı özbaşnalıqlara son qoyulmalıdır.

Aksiya iştirakçıları bildiriblər ki, bu tələb yerinə yetirilməsə yenidən etirazlara başlayacaqlar.

Eiçin İsmayıl bildirir ki, hələ ki, rayonda həbslər yoxdu. Ancaq bundan sonra hadisələrin necə cərəyan edəcəyi bilinmir.

APA-ya açıqlamasında İsmayıllı rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev aksiyanın bitdiyini təsdiqləyib.

Polis rəisi deyib ki, etiraza İsmayıllı rayonundakı “Çıraq” otelinin sahibi Şahmərdanov Emil Məhərrəm oğlunun avtomobili sərxoş vəziyyətdə idarə edərək, avtoxuliqanlıq törətməsi səbəb olub: “Onun maşını elektrik dirəyinə vurması qəzanın baş verdiyi ərazidə yaşayan sakinlərin etirazına səbəb olub. Sakinlər ona etirazlarını bildiriblər. “Çıraq” otelinin sahibi isə buna əks reaksiya verib. İnsident böyüyüb, sakinlər onun sahibi olduğu oteli və maşınını yandırıblar. Daha sonra isə onlar icra başçısının evinə yürüş ediblər. İcra başçısının evinin yandırılmasının qarşısı alınıb. Lakin həyətdə kiçik bir yanğın törədilib”.

AzadlıqRadiosunun müxbirləri isə xəbər verirlər ki, Bakıdan İsmayıllı rayonuna doğru daxili qoşunların yeni qüvvələri və xüsusi xidmət orqanlarının avtomabilləri hərəkət etməkdədir.

"Azadlıq" qəzetinin yerli müxbiri Elçin İsmayıllı xəbər verir ki, rayonda "İstefa " şuarları ilə aksiyası davam edir. Onun sözlərinə görə, artıq İsmayıllıya daxili qoşunların qüvvələri gətirilib. Ancaq hələ də aksiyanın qarşısı alınmayıb.

İsmayıllı rayon Polis İdarəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna hazırda rayonda vəziyyətin gərgin olduğunu deyiblər. Növbətçi polis "Çinar" motelinin və icra başçısı Nizami Ələkbərovun evinin yandırılması haqda məlumatları təsdiq edib. Bununla belə o qeyd edib ki, hazirda geniş məlumat vermək imkanları yoxdur.

İNTERNET ƏLAQƏSİNİN KƏSİLDİYİ DEYİLİR

"Azadlıq" qəzetinin yerli müxbiri Elçin İsmayıl isə xəbər verir ki, rayonda internet əlaqəsi kəsilib. Odur ki, baş verən hadisələri çatdırmağa çətinlik çəkirlər.

Hadisə yenidən çəkilən ilk videokadrlar:


"Azadlıq" qəzetinin bölgə müxbiri Elçin İsmayıllı bildirir ki, aksiyaçılar rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun evini, həyətində olan maşınları, motosikletləri yandırıblar.

Polis hadisələrə mane ola bilmir. Aksiyaçılar "İstefa!" şüarları ilə rayon icra hakimiyyətinin binasına tərəf gedirlər.

MAŞINLAR YANDIRILIB

Yanvarın 23-də gecə saat 10-da ismayıllı rayonunda kütləvi etiraz aksiyası başlayıb. Aksiyaçılar rayondakı “Çıraq” motelini yandırıb, ərazidə olan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlunun maşını da daxil olmaqla bir neçə bahalı avtomobili yandırıblar.

"Azadlıq" qəzetinin hadisə yerində olan əməkdaşı bildirir ki, aksiyaçılar hazırda İsmayıllı rayon icra hakimiyyətinin başçısının evini dağıdırlar. Müxbir hadisə yerində olan azsaylı polis əməkdaşlarının aksiyaçılara müdaxilə edə bilmədiyini söyləyir.

İlkin ehtimala görə hadisəyə adı çəkilən oteldə əylənən imkanlı şəxslərlə yerli sakinlər arasında mübahisə səbəb olub.

AzadlıqRadiosunun əməkdaşları İsmayıllıya yollanıblar. Az sonra hadisə haqqında daha ətraflı məlumatımız olacaq.


Əgər Siz hadisə yerindəsinizsə, yaxud, daha ətraflı məlumatınız varsa, xahiş edirik, bildiklərinizi aşağıdakı foruma göndərin.

XS
SM
MD
LG