Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:40

Avropa Parlamentinin Ramil Səfərovla bağlı qətnaməsi etirazla qarşılandı


Bəxtiyar Əliyev
Bəxtiyar Əliyev
-
Sentyabrın 13-də Avropa Parlamenti Azərbaycan zabiti Ramil Səfərovun əfv olunmasından təəssüf bildirən qətnamə qəbul edib. Sənəddə deyilir ki, Ramil Səfərovun azad edilməsi Ermənistanla Azərbaycan arasındakı gərginliyin daha da artmasına səbəb ola bilər.

Avropa parlamentariləri hesab edirlər ki, Səfərovun əfvi Bakının Budapeştə verdiyi diplomatik təminatın pozulmasıdır. Onların fikrincə, münasibətlərin dərinləşdirilməsi üçün Azərbaycanla aparılan danışıqlara insan haqlarının müdafiəsi və qanunun aliliyinin təmin olunması məsələləri də daxil edilməlidir.

AVROPA PARLAMENTİ ƏSLİNDƏ NƏ ETMƏLİDİR

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Bəxtiyar Əliyev Avropa Parlamentinin qətnaməsini ədalətsiz hesab edir. Deyir ki, Avropa Parlamentin bu hərəkətinin özü təəssüf doğurur. Çünki bu addım dostluğa xidmət etmir, əksinə xalqlar arasında düşmənçilik hisslərini qızışdırır. Digər tərəfdən, bu qətnamənin qəbulu insan haqlarına yanaşmada ikili standartları ortaya qoyur. Əks halda, Bəxtiyar Əliyev hesab edir ki, Ramil Səfərovun əfvinin bütün yerli və beynəlxalq qanunlara uyğun həyata keçirildiyini Avropa Parlamenti nəzərə almalı idi:

«Təəccüblü odur ki, nədənsə o vaxt Ramil Səfərova ömürlük həbs cəzasının verilməsi Avropa İttifaqında təəssüf doğurmadı. O vaxt heç kim demədi ki, düşmənçiliyi dərinləşdirmək yox, gələcəyə baxmaq lazımdır. Bunu şişirdib dövlətlərarası və millətlərarası səviyyəyə qaldırmaq lazım deyil. Şübhəsiz ki, Ramil Səfərov bu fakta görə cəzasını almalı idi. Amma bu, adekvat cəza olmalı idi. Halbuki, sülhə çağırış edən həmin Avropa nədənsə gələcəyə baxmaq əvəzinə prosesi geriyə, düşmənçiliyə doğru apardı. Bu gün isə bu siyasəti davam etdirirlər. Ermənistanın işğalçı siyasətini kölgədə qoymaq üçün guya burada insan hüquqlarının pozulduğunu deyib Azərbaycan haqqında tamamilə başqa bir imic formalaşdırmaq istəyirlər».

B.Əliyevin fikrincə, Avropa Parlamenti Azərbaycan-Ermənistan münasibətlərinin yumşalmasını istəyirsə,
İsa Qəmbər
İsa Qəmbər
Dağlıq Qarabağ ətrafındakı 7 rayonun boşaldılması və tərəflər arasında kommunikasiyaların bərpası məsələsini müzakirə etməli idi. Ermənistandan niyə buna razı olmadığını soruşmalı idi.

BİRTƏRƏFLİ SƏNƏD

Avropa Parlamentinin qətnaməsinə Azərbaycanın siyasi partiyaları da münasibətlərini açıqlamaqdadırlar.

Müsavat başqanı İsa Qəmbər deyir ki, o, hərtərəfli araşdırılmadan Avropa Parlamentində belə bir sənədin qəbul olunmasını qətiyyən təqdir etmir. O qeyd edir ki, Müsavat Partiyasının Avropa üzrə müttəfiqləri – Avropa Parlamentindəki liberal qrup bu məsələdə fərqli mövqe tutub, bu layihəyə qoşulmayıb:

«Sənəd açıq-aydın birtərəflidir. Qətnamədə Azərbaycan və Macarıstan tərəfini ittiham etmək üçün bütün üsullardan istifadə olunub. Amma bu situasiyanın yaranmasını şərtləndirən məqamlar faktiki olaraq qeyd olunmayıb. Hələ onu demirəm ki, analoji situasiyalarda Ermənistanın terrorçuları nəinki əfv etməsinə, heç qəhrəman kimi qəbul etməsinə də beynəlxalq təşkilatlar münasibət bildirməyiblər. Zamanında beynəlxalq birliklər Ermənistanın o cür hərəkətinə münasibət bildirsəydilər, bu başqa dövlətlər üçün də nümunə ola bilərdi».

Eldar Namazov
Eldar Namazov
RAMİL SƏFƏROVUN ƏFVİNDƏ BURAXILAN SƏHVLƏR

Azərbaycan Ziyalılar Forumunun üzvü, politoloq Eldar Namazov da Avropa Parlamentinin belə bir qətnamə qəbul etməsinə təəssüfləndiyini bildirir. Deyir uzun illərdir ki, Azərbaycanın ictimai qurumları Avropa Parlamenti ilə iş aparırdı. Və 2010-cu ilin may ayında Avropa Parlamenti Dağlıq Qarabağa dair çox ciddi bir qətnamə qəbul etmişdi. Qətnamədə qeyd olunurdu ki, Azərbaycan torpaqları işğaldan azad edilməli, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Özü də ermənilər bu qətnamədən çox narazı qalmışdılar:

«Belə bir çox ciddi və Azərbaycanın maraqlarına uyğun qətnamədən sonra Avropa Parlamentinin bu məsələdə Azərbaycanı tənqid edən qətnamə çıxarması təbii ki, bizim maraqlarımıza ziddir. Buna səbəb isə məncə, Ramil Səfərovun əfv olunmasında yol verilmiş müəyyən səhvlər oldu».

E.Namazov Azərbaycan hakimiyyətinin Ramil Səfərovla bağlı atdığı müəyyən addımları-xüsusən də onun ölkəyə qaytarılmasını dəstəklədiyini deyir. Çünki bu, asan məsələ deyildi. Azərbaycan hakimiyyəti buna nail olubsa, düzgün addım atıb. Çünki Ramil Səfərovla bağlı Macarıstan məhkəməsi ədalətli qərar çıxarmamışdı. Amma E.Namazov hesab edir ki, Azərbaycan hakimiyyəti Ramil Səfərovun əfvində tələsik addımlar atmamalı idi. Qanunda nəzərdə tutulmuş proseduraları arxayınlıqla keçməli və öz addımının ədalətin bərpası olduğunu bütün dünyaya əsaslandırmaq üçün yaxşı təbliğat işi qurmalı idi.
XS
SM
MD
LG