Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:22

Avropa Parlamenti Ramil Səfərovla bağlı qətnamə qəbul edib


Ramil Səfərovtraining course in Budapest, 13Apr2012
Ramil Səfərovtraining course in Budapest, 13Apr2012
Avropa Parlamenti Azərbaycan zabiti Ramil Səfərovun əfv olunmasından təəssüf bildirən qətnamə qəbul edib.

Sentyabrın 13-də qəbul edilmiş sənəddə deyilir ki, Ramil Səfərovun azad edilməsi Ermənistanla Azərbaycan arasındakı gərginliyin daha da artmasına səbəb ola bilər.

Avropa Parlamentinin deputatları hesab edir ki, Macarıstanda ömürlük həbsə məhkum edilmiş Səfərovun Azərbaycana verdildikdən sonra əfv olunması Budapeştə verilmiş diplomatik təminatın pozulması deməkdir.

Avropa Parlamenti həmçinin deyir ki, münasibətlərin dərinləşdirilməsi ilə bağlı
Azərbaycanla aparılan danışıqlara insan haqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi məsələləri də daxil edilməlidir.

Azərbaycan ordusunun zabiti Ramil Səfərov 2004-cü ildə Macarıstan paytaxtı Budapeştdə keçirilən hərbi kurs zamanı erməni zabit Qurgen Markaryanı öldürdüyünə görə bu ölkədə ömürlük həbsə məhkum edilmişdi.

O 2012-ci il avqustun 31-də Azərbaycana təhvil verilib, elə həmin gün də prezident İlham Əliyev tərəfindən əfv edilərək azadlığa buraxılıb.
XS
SM
MD
LG