Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:27

Şairlər Azərbaycandadırlar. Şəhriyar Hacızadə: «İran anladı ki...» (VIDEO)


Şairlər Azərbaycandadırlar...
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

Şairlər Azərbaycandadırlar...

-
Azərbaycana qayıdan şairlərdən biri - Şəhriyar Hacızadə Azadlıq Radiosunun müxbirinə deyib ki, İran həbsxanasında onlara heç bir təzyiq olmayıb.

"Bizə normal münasibət vardı".

Ş.Hacızadə bildirib ki, "Axır ki həqiqət yerini tutdu. İran tərəfi anladı ki, bizimlə bağlı düzgün hərəkət etməyiblər. Buna görə də bizi əfv etdilər".

Şairlər həbsdə yaradıcılıqla da məşğul olduqlarını, şeirlər yazdıqlarını deyiblər.

Jurnalistlərin bəzi suallarına cavab verən şairlər digər suallara 2-3 günə keçirəcəkləri mətbuat konfransında cavab verəcəklərini, indi isə çox yorğun və gərgin olduqları üçün istirahət etmək istədiklərini deyiblər.

Onların Azərbaycana dönüşü ilə bağlı müxbirimizin çəkdiyi videogörüntülər tezliklə saytımızda olacaq.

***

İranda həbsdən azad olunan Şəhriyar HacızadəFərid Hüseyn Azərbaycandadırlar.

Bu barədə AzadlıqRadiosuna Fərd Hüseynin dayısı Ağalar Hüseynov məlumat verib.

Onun dediyinə görə, şairlər artıq Azərbaycanın Biləsuvar sərhəd keçid məntəqəsindədirlər.

Bu dəqiqələrdə məntəqədə olduqlarından hələ ki, özləri ilə danışmaq mümkün olmayıb.


əvvəlki xəbərlər:

***

AZƏRBAYCANLI ŞAİRLƏR İRANDAN QAYIDIRLAR

Həbsdən azad olunan Şəhriyar HacızadəFərid Hüseyn günün ikinci yarısı Azərbaycanda olacaqlar. Günorta şairlər Təbrizdən evlərinə yola salınacaqlar.

Bu barədə AzadlıqRadiosuna Şəhriyarın atası Mail Hacızadə məlumat verib:

«Bir az əvvəl Şəhriyar mənə zəng edib dedi ki, yol sənədlərinin təsdiqlənməsi üçün hazırda Təbriz polis idarəsindədirlər. Bir azdan sənədləşmə işləri yekunlaşır və onlar Təbrizdən çıxacaqlar. Təxminən saat 17 radələrində biz onları Biləsuvarda qarşılayacağıq».

Mail Hacızadənin dediyinə görə, arxayınçılıq üçün şairlər Azərbaycan sərhədinədək konsulluğun maşınında gətiriləcək və orada valideynlərinə təhvil veriləcəklər:

«Konsulluqdan bildirdilər ki, uşaqlar Bakıya getməzdən əvvəl 2-3 gün öz evlərində qala biləcəklər».

Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş Fərid HüseynŞəhriyar Hacızadə mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs edilmişdilər. Şairlərin konkret hansı maddələrlə ittiham olunduqları barədə məlumat verilmirdi. Nəhayət avqustda onların məhkəməsi olmuş və hökmün oxunması sentyabrın 7-nə saxlanmışdı.

Onlar sentyabrın 4-də həbsdən azad edilərək Azərbaycanın Təbrizdəki baş konsulluğuna təhvil veriliblər.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan şairlərinin həbsdən azad olunmasına görə İran tərəfinə təşəkkür edib.

APA-nın xəbərinə görə, QMİ sədri bunu İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi ilə görüşündə bildirib.
XS
SM
MD
LG