Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:33

Bəxtiyar Hacıyevin 30 yaşı oldu [VIDEO]


Dostları Bəxtiyar Hacıyevin 30 yaşını qeyd etdi
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00
Direct-ə keçid

Dostları Bəxtiyar Hacıyevin 30 yaşını qeyd etdi

YANDIRILAN TORT, 30 AĞAC VƏ TELEQRAM

Martın 28-də həbsdəki gənc fəal, sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevin 30 yaşı tamam olur. Doğum günündə dostları ona 3 hədiyyə ediblər. Hərbi xidmətdən yayınmaqda ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum edilmiş gəncə dostları adından həbsxanaya böyük bir teleqram göndərilib.

Bundan başqa, Ədliyyə Nazirliyi qarşısındakı Hüseyn Cavid bağında simvolik tort yandırılıb. Bu haqda AzadlıqRadiosuna Bəxtiyar Hacıyevin dostları qrupunun üzvü Nərmin Əhməd deyib.

«Biz kartondan simvolik tort hazırlayıb üstündə Bəxtiyarın «günahlarını» yazdıq. Yəni Harvardda təhsili, deputatlığa müstəqil namizəd kimi müxtəlif tədbirlərdə iştirakı, beynəlxalq uğurları... Üzərində də şamlar yandırdıq. Elə orda da qoyduq».

BƏXTİYARIN ADINA «EUROVİSİON»A BİLET ALINIB

İkinci hədiyyəyə gəlincə. Bəxtiyar Hacıyevin dostları onun adına bu ilin mayında Bakıda keçiriləcək «Eurovision» Mahnı Yarışmasına online bilet sifariş ediblər.

-Bilet artıq sifariş edilib. Biz onu Bəxtiyarın özünə təqdim edəcəyik.

- Demək ümid edirsiz ki, mahnı yarışmasınadək o azadlığa buraxılacaq?

- Bəli. Həm ümid edir. Həm də istəyirik. Bunu ikibaşlı mesaj kimi də qəbul edə bilər, həm hakimiyyət, həm də gənclər.

Üçüncü hədiyyəyə gəlincə, dostları onun oxuduğu məktəbin həyətində 30 ağac əkiblər. 30 yaşın şərəfinə… Bakıdakı dostlardan bir neçəsi isə həbsxanada Bəxtiyar Hacıyevı təbrik etməyə yollanıblar.

AD GÜNÜNDƏN DƏRHAL SONRA MƏHKƏMƏ!

Bəxtiyar Hacıyevə ən böyük hədiyyə isə martın 29-da edilə bilər. O cəzasının artıq ikidə birini çəkib, martın 4-də həbs edilməsindən 1 il ötdü. Bəxtiyar Hacıyev qanunvericiliyə uyğun olaraq azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Məhkəmə martın 29-da saat 9-a təyin edilib. Bu müraciətə cəzaçəkmə müəssisəsinin inzibati binasında baxılmalıdır. «Yen də qapalı məhkəmə olacaq. Düzdür, hakim məhkəmənin qapalı olmadığını desə də, cəzaçəkmə müəssisəsinin rəisi deyir ki, binaya kənar adamları buraxa bilməz. Beləliklə, biz məhkəmədə iştirak edə bilməyəcəyik» deyir Nərmin Əhməd.

HARVARDDAN MÜRACİƏT

Məhkəmədən bir gün öncəsə ABŞ-ın Harvard Universitetinin pofessorları Bəxtiyar Hacıyevin azadlığa buraxılması üçün növbəti dəfə Azərbaycan prezidentinə müraciət ediblər.

Bəxtiyar Hacıyev Harvard universitetinin Kennedi məktəbi və Harvard Hüquq məktəbinin məzunudur. Onlar prezidenti gənc fəalın həbsinə diqqət göstərməyə səsləyirlər.

«Bəxtiyar Hacıyevin həbsindən keçən 1 ildə həm «Amnesty İnternational», həm də «Human Rights Watch» təşkilatları Cənab Hacıyevi vicdan məhbusu elan ediblər.
Mərhum Desmond Tutu-nun həmtəsisçisi olduğu hüquq müdafiə təşkilatı «Freedom Now» Bəxtiyar Hacıyevin azad edilməsi üçün çalışacağını elan edib. 900 nəfərə yaxın Harvard icması Hacıyevin dərhal azad edilməsinə çağıran petisiya imzalayıblar».

Məktub müəllifləri daha sonra deyirlər:

«Cənab Hacıyevin işini yenidən nəzərdən keçirməyinizi və vaxtından əvvəl azadlığa buraxılma hüququnu təmin edərək, onu həbsxanadan azad etmənizi xahiş edirik. Bu çox vacib və təcili məsələyə diqqət ayıracağınıza görə sizə təşəkkür edirik».
XS
SM
MD
LG