Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:08

71 yaşlı ateist Tanrı ilə əlaqələrini kəsir


Fransa vətəndaşı kilsəni məhkəməyə verib

Fransada yaşlı bir kişi katolik kilsə ilə bütün əlaqələrini qırmaq istəyir. Özü də bunu rəsmi surətdə etməyə çalışır. O, məhkəməyə müraciət edərək körpə ikən xaçlanması haqda qeydlərin ləğv olunmasını tələb edir.

71 yaşlı Rene LeBouvier ölkənin şimal-qərbindəki kiçik Feri kəndindəki kilsədə xristianlığa qəbul edilib. Anası onun ruhani olmasını arzulayırmış. Amma Renenin mövqeyi 70-i illərdən dəyişməyə başlayıb. O vaxtdan Allaha inanmadığını deyən fransız hesab edir ki, kilsədən imtina etməyi daha doğru olardı.

KİLSƏNİN CAVABINI BƏYƏNMƏYİB

Ona görə də LeBouvier 2000-ci ildə yeparxiyaya müraciət edərək onun xristianlıqda kənarlaşdırılmasını istəyib. Kilsə də ona yaş dəftərindən çıxarışı göndərib. Burada onun adının qarşısında kilsədən çıxdığı qeyd olunubmuş.

Lakin üstündən 10 il keçəndən sonra Rene Le Bouvier tələb edir ki, kilsə sənədlərindən onun xristianlığı qəbulu haqqında qeyd də ümumiyyətlə silinsin. Lakin kilsə bu tələblə razılaşmayıb. Keşiş bildirib ki, onun xristianlığa qəbul edilməsi faktını yox etmək mümkün deyil.

İlkin instansiya məhkəməsi ateist vətəndaşın iddiasını təmin edib. Lakin yeparxiya bu qərarı ləğv etdirib. İndi işə ikini dəfə baxılır.

XAÇLANMANI LƏĞV ETMƏK OLMAZ

“İnsanın xaçlanması ləğv edilə bilməz”, – Amerika Katolik Universitetinin dekanı Robert Kaslyn deyir. “Tanrının sənə verdiklərindən imtina etmək olar, amma Tanrı ilə əlaqələri tam silmək mümkün deyil”.

Fransa qanunvericiliyinə görə, hər kəs üzv olduğu təşkilatdan istədiyi vaxt çıxa bilər. "La Croix" qəzeti yazır ki, bu hadisə hüquqi presedent yarada bilər və xristianlıqdan imtina etmək istəyənlər üçün yeni bir üsul olar.

“Le Monde” yazır ki, hər il təxminən 1000 nəfər oxşar xahişlə kilsəyə müraciət edir. Belçikada isə 2010-cu ildə 2 min insan xristianlığa qəbul haqda qeydlərin ləğv olunmasını tələb edib.
XS
SM
MD
LG