Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:31

Bakıda “Eurovision”a qədər multimedia taksofonları quraşdırılacaq


Gələn ilin may ayında Azərbaycanda keçiriləcək “Eurovision-2012″ mahnı müsabiqəsi ərəfəsində Bakı şəhərində yeni multimedia taksofonları quraşdıracaq.

Bunu Rabitə və İnformasiya Texnoldogiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktoru Beytulla Hüseynov bildirib.

Onun sözlərinə görə, “Eurovision” müsabiqəsi ilə bağlı Nazirliyin müvafiq tədbirlər planı mövcuddur ki, bu plana uyğun olaraq hazırda işlər həyata keçirilir: “Biz müsabiqənin keçiriləcəyi yeri alternativ sürətli internetlə təmin edəcəyik. Artıq 3 istiqamətdə – müxtəlif variantlarda kabel çəkilib, avadanlıqlar sifariş olunub”.

B.Hüseynov onu da bildirib ki, Bakı şəhərində yeni multimedia taksofonları quraşdırılacaq, şəhərdə mövcud olan bütün taksofonlar yenilənəcək: “Gələn ilin yanvar ayınadək bu məsələnin həll olunacağı gözlənilir. Artıq Bakıda mövcud olan 1 200-ə yaxın taksofonun 150-si dəyişdirilib”.

Qeyd edək ki, “Eurovision-2012″ mahnı müsabiqəsi gələn ilin mayında Bakıda keçiriləcək.

ann.az
XS
SM
MD
LG