Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:44

Rusiyada seçkilər nəyi dəyişəcək?


Vladivostokda seçkilər, 4 dekabr 2011
Vladivostokda seçkilər, 4 dekabr 2011
Hakim «Vahid Rusiya» Partiyası Rusiyada keçirilən parlament seçkilərinin qalibidir.

Artıq səslərin 96%-i sayılıb. «Vahid Rusiya» Partiyası 50%-dən bir qədər az səs toplayıb - 49.54%. Bu, 2007-ci illə müqayisədə 14% azdır.

İkinci yerdə 19.16% səslə Kommunist Partiyası, üçüncü 13.22% səslə mərkəzçi «Ədalətli Rusiya» Partiyasıdır.

7%-lik baryeri keçən sonuncu partiya V.Jirinovskinin rəhbərlik etdiyi Rusiya Liberal-Demokrat Partiyasıdır - 11.66%.

Rusiyadakı son seçkilər Azərbaycanda da müzakirə olunmaqdadır.

Əli Kərimli, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri:

«Bir çoxları üçün paradoksal görünsə də, mən Rusiyadakı seçkiləri pozitiv qiymətləndirirəm. Hesab edirəm ki, bu seçki son 10 ildə Rusiyada güclənməkdə olan avtoritarizmdən imtina istiqamətində bir addımdır. Bu seçki ilə Rusiyada yeni bir «perestroyka»nın simptomlarını gördüm. Bu seçki mənə 1989-cu ildə SSRİ Xalq Deputatlarına keçirilən seçkiləri xatırlatdı. Rusiyada demokratizasiya prosesinin ikinci mərhələsinin başlandığını düşünürəm. Bütün saxtakarlıqlardan sonra belə Rusiya hökuməti etiraf etməli olub ki, Rusiya Dövlət Dumasında səslərin 44 faizini 3 böyük müxalifət partiyası alıb. Bu özü Rusiya üçün inkişafdır. Azərbaycan hakimiyyətindən fərqli olaraq, Rusiya hakimiyyəti parlamentində 44 faiz müxalifəti görməyə özünü razı sala bilib. Bu seçki göstərdi ki, Rusiya qapalı ölkə olaraq qala bilməyəcək. Rusiyanın siyasi həyatına internetin təsiri günü-gündən artır. Hakimiyyət son illərdə öz reytinqini itirib, Rusiya cəmiyyətində demokratik dəyişikliklər tərəfdarları əksəriyyət təşkil edir».

İlqar Məmmədov: «REAL» Hərəkatının həmsədri:

«Seçkilərdə hakim partiyaya böyük zərbə dəydi. Bu cür saxtalaşdırılmış, qeyri-şəffaf, medianın nəzarətdə olduğu bir şəraitdə 49 faiz səs yığırsa, görünür, Rusiyada əhali arasında bu partiyanın nüfuzu olduqca aşağıdır. Səsləri «Vahid Rusiya» ən çox harada qazanıb?
Vladimir Putin və Dmitri Medvedev, 4 dekabr 2011
Vladimir Putin və Dmitri Medvedev, 4 dekabr 2011
Seçkilərin kütləvi şəkildə saxtalaşdırıldığı Şimali Qafqazda, Rusiyanın ucqar nöqtələrində. Harada ki seçkiləri saxtalaşdırmaq asandır, «Vahid Rusiya» səslərini ordan alıb. Bu nəticə ondan xəbər verir ki, Rusiya yaxın zamanlarda qarşıdurmalarla üzləşə bilər. Xüsusilə də prezident seçkiləri yaxınlaşdıqca...

Gənclər fəallaşdı. Kommunist Partiyası çox yaxşı nəticə göstərdi, öz işini yenidən qura bildi və fəaliyyətində sosial-demokrat partiyasına daha çox oxşamağa başladı.

İsa Qəmbər, Müsavat Partiyası başqanı:

«Postsovet məkanında baş verənlər bütün region üçün önəmli proseslərdir. Təəssüflə qeyd edirəm ki, Rusiyada azadlıq istiqamətində irəliləyiş olması əvəzinə avtoritar rejimin güclənməsi prosesi davam edir. İlkin rəylərə görə, bu seçkidə də xeyli saxtakarlığa, qanun pozuntusuna yol verilir. Nəzərə alsaq ki, müxalifətin müəyyən hissəsi seçki prosesindən kənarda saxlanılır, müxtəlif siyasi qüvvələrə problemlər yaradılır, bu seçkinin də Rusiyadakı siyasi qüvvələr nisbətini əks etdirəcəyini düşünməyə heç bir əsas yoxdur. Seçkilərin yekun nəticələri bəlli olandan sonra, təbii ki, daha ətraflı rəy bildirmək imkanımız olacaq».
XS
SM
MD
LG