Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:02

Vidadi İsgəndərlinin apellyasiya şikayətinə baxılır


Vidadi İsgəndərli
Vidadi İsgəndərli
Oktyabrın 18-də Şəki Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi Vidadi İsgəndərlinin şikayətinə ilkin baxış keçirilib. Apelyasiya şikayəti V.İsgəndərlinin azadlıqdan məhrum edilməsi haqda Göyçay rayon Məhkəməsinin 27 avqust 2011-ci il tarixli hökmündən verilmişdi.

Prosesə Şəki Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayev sədrlik edir.

Vəkil Yalçın İmanov həbs-qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, foto, audio, video çəkilişlərin aparılması və apelyasiya şikayətinə məhkəmə istintaqı formasında baxılması barədə vəsatət qaldırıb.

«Dövlət ittihamını müdafiə edən prokuror vəsatətlərə münasibət bildirəndə, heç bir qanuni əsas göstərmədən «həbs-qətimkan tədbirinin dəyişdirilməsinə ehtiyac yoxdur», «apellyasiya şikayətinə məhkəmə istintaqı formasında baxılmasına ehtiyac duymuram» deyə çıxışını tamamladı. Məhkəmə müşavirədən sonra dövlət ittihamçısının mövqeyini təkrarlayaraq heç bir vəsatətimizi təmin etmədi», - deyə Yalçın İmanov AzadlıqRadiosuna bildirib.

V.İsgəndərli avqustun 27-də Göyçay rayon Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçisi bu il aprelin 17-də İctimai Palatanın mitinqi zamanı saxlanıb.

V. İsgəndərli 7 noyabr parlament seçkiləri zamanı namizədliyini irəli sürmüşdü. O, seçki məntəqəsində səsverməni pozmaqda, məntəqə üzvləri ilə kobud rəftarda təqsirləndirilirdi.

Növbəti proses noyabrın 1-ə təyin edilib.
XS
SM
MD
LG