Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:09

Müxalifətçi gənclərə 4 il 6 ayadək həbs cəzası istənildi


2 aprelçilərin məhkəməsi
2 aprelçilərin məhkəməsi
Oktyabrın 4-də dövlət ittihamçısı İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs edilmiş Əhəd MəmmədliÜlvi Quliyevin 4 il 6 ay, Elnur MəcidliRüfət Hacıbəylinin isə 2 il 6 ay azadlıqdan məhrum edilməsini istədi.

Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə həm də təqsirləndirilənlərin vəkilləri müdafiə çıxışlarını etdilər. Ülvi Quliyevin vəkili Osman Kazımov dövlət ittihamçısı Aydın Əliyevin çıxışına təəssüflə yanaşdığını dedi, bildirdi ki, məhkəmə prosesində olduğu kimi, bu çıxışda da cinayəti təsdiq edən heç bir sübut yoxdur.

Osman Kazımov hakimi də qərəzli olmaqda ittiham etdi, proses zamanı vəkillərin əksər vəsatətlərinin əsas olmadan təmin olunmamasını «qanunsuzluq» adlandırdı. Vəkil dedi ki, zərərçəkən polislərin aldıqları xəsarət barədə məhkəmədə dedikləri ilə ekspert rəyində yazılanların üst-üstə düşməməsi də absurddur.

«AZƏRBAYCAN AVROPA MƏHKƏMƏSİNDƏ ƏN ÇOX UDUZANDIR»

Vəkil Osman Kazımov onu da qeyd etdi ki, Azərbaycan hakimiyyəti Avropa Məhkəməsində ən çox uduzan hakimiyyətdir. Vəkil hakimi bu işin də Avropa Məhkəməsinə çıxarılmasına səbəb olmamağa çağırdı. O, həm də polisləri yalan ifadə verməkdə ittiham etdi, dedi ki, məhkəmə zamanı nümayiş olunan videogörüntülər də polislərin yalan ifadə verdiklərini bir daha sübut edib.

«BÜTÜN QANUNLARIN BAŞINDA QANUNA HÖRMƏT DAYANMALIDIR»

«Bütün qanunların başında qanuna hörmət dayanmalıdır. Bizdə isə bu, yoxdur. Bizdə qanun siyasi iradənin əlində alətə çevrilib». Bunu isə Əhəd Məmmədlinin vəkili Yalçın İmanov dedi. Vəkil bildirdi ki, müxalifətçilərin həbsi heç bir hüquqi və etik çərçivəyə sığmır.

Hakim
Yalçın İmanov belə bir ağır siyasi prosesi sona çatdırdığına görə hakim Şahin Abdullayevə təşəkkür etdi. Amma bildirdi ki, hökmün hakimin iradəsi daxilində olmadığı gün kimi aydındır.

ÜÇ TƏLƏB...

Vəkil Yalçın İmanov məhkəmə qarşısında 3 tələbini irəli sürdü. O, tələb etdi ki, müdafiə etdiyi Əhəd Məmmədliyə bəraət verilsin. Əhəd Məmmədlini döydüyü, təhqir etdiyi iddia olunan Nəsimi rayon Polis İdarəsinin rəisi Məmməd Mikayılov barəsində xüsusi qərar çıxarılsın və cinayət işi başlansın. Həmçinin, vətəndaşların sərbəst toplaşma azadlığını təmin etməli olan Bakı şəhər icra hakimi Hacıbala Abutalıbov və ittiham olunanların istintaqını birtərəfli apardığına görə istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev barəsində xüsusi qərar çıxarılsın.

Rüfət Hacıbəylinin müdafiəsi üçün dövlət tərəfindən təyin olunmuş vəkil Telman Qasımov da çıxışında bildirdi ki, müxalifətçilərin sübut olmadan ittiham olunmaları yolverilməzdir. Telman Qasımov da hakimdən müdafiə etdiyi şəxs barədə bəraət hökmü çıxarılmasını istədi.

Növbəti məhkəmə prosesi oktyabrın 7-ə təyin olundu.

Elnur Məcidli və Rüfət Hacıbəyli ictimai qaydanı pozmaqda, Əhəd Məmmədli və Ülvi Quliyev isə həm də hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar. Onlara qarşı həm də 6028 manatlıq mülki iddia da qaldırılıb. Dövlət ittihamçısı hakimdən bu iddianı da təmin etməyi istəyib.

MÖVZU İLƏ ƏLAQƏDAR OXU

2 aprel mitinqi iştirakçıları 1.5 ildən 3 ilə qədər azadlıqdan məhrum edildi

Daha 3 müxalifətçiyə 2 il 6 ay həbs cəzası verildi
XS
SM
MD
LG