Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:56

2 aprel mitinqi iştirakçıları 1.5 ildən 3 ilə qədər azadlıqdan məhrum edildi (VİDEO)


Müxalifət fəallarına hökm oxundu
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00
Direct-ə keçid

Avqustun 25-də ictimai qaydanı pozmaq və hakimiyyət nümayəndəsinə müqavimətdə ittiham olunan 2 aprel məhbuslarından 6 nəfəri 3 ilə qədər azadlıqdan məhrum edilib. Hökmün oxunduğu Səbael rayon məhkəməsinin qarşısında müxalifət fəalları həmkarlarını dəstəkl

Hökm oxunanda zalda «Azadlıq» şüarları səslənib və Azərbaycanın himni oxunub. Məhkəmə qarşısnda olan 200-ə yaxın adam «İlham istefa», «İstefa» və «Azadlıq» şüarları səsləndirərək məhkəmə qarşısındakı yolu bağlamağa cəhd ediblər. Amma polis bu cəhdin qarşısını alıb.

Müsavat başqanı İsa Qəmbər 2 aprel məhbuslarından 6 nəfərinə oxunan hökmü ədalətsiz və Prezident Administrasiyasının siyasi sifarişi əsasında verilmiş hökm hesab edir:

«Bu işi qaldıran prokurorluq da, bu işi aparan müstəntiqlər də, bu işlə bağlı hökm verən hakimlər də qanun pozuntusuna yol veriblər. Sərbəst toplaşma azadlığından istifadə edən vətəndaşlara qarşı uydurma bir cinayət işi qurublar. Saxta şahidlər, saxta zərəçəkənləri prosesə cəlb edərək mənasız və gülünc bir proses aparıblar. Məhkəmə iclaslarının bəzilərində iştirak etmişəm, qalan proseslərlə bağlı məlumatları mətbuatdan izləmişəm bizim silahdaşlarımıza qarşı irəli sürülən ittihamların heç biri sübüt olunmadı».

İsa Qəmbər
İsa Qəmbərə hesab edir ki, günahsız insanlara qarşı belə ədalətsiz hökm çıxarılmasında məqsəd demokratik qüvvələri mübarizədən çəkindirmək, insanların gözünü qorxutmaqdır:

«Amma bunların hamısı əbəsdir. Çünki nə demokratik qüvvələr öz mübarizələrini dayandıran deyillər, nə də bizim həbsdə olan dostlarımız bu cürt saxta hökmlərə görə yollarından dönən deyillər. O insanların məhkəmədə etdiyi çıxışlar Azərbaycan tarixinə yazılacaq çıxışlardır».

Əli Kərimli:

Əli Kərimli
«Növbəti dəfə sübut olundu ki, Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti yoxdur. Məhkəmələr icra strukturunun cəza aparatına çevrilib. İcra hakimiyyətinin sifarişlərini yerinə yetirir və mövcud avtoritar rejimin repressiya aparatı funksiyası işini görür. Məhkəmə prosesini diqqətdə saxlamışam. Bütün məhkəmə prosesi zamanı həbs edilən 6 nəfərin hər hansı bir cinayətdə iştirakı sübut edilməyib. Baxmayaraq ki, məhkəməyə ifadə vermək üçün dəvət edilən şahidlərin çoxu polis əməkdaşları olub və ya ayrı- ayrı oliqarxlara məxsus şirkətlərin nümayəndələri olub, hətta olar da deməyiblər ki, bu insanlar hardasa cinayət törədiblər. Bu adamların həbsi üçün heç bir əsas olmayıb. Həbs edilənlər azadlıq və istefa tələbləri irəli sürüblər. Rejim onları qorxutmaq, cəzalandırmaq qərarına gəlib. Rejim onları ona görə belə sərt cəzalandırıb ki, güya cəmiyyətdə, başqalarında qorxu yaratsın. Bu rejimin heç bir legitimliyi yoxdur, xalqa güvəni yoxdur. Rejimin bütün cinayətləri xalqa məlumdur. Tək və son ümidləri Azərbaycan cəmiyyətində qorxunu qoruyub saxlamaqdır».

Hakimiyyətyönlü Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı hesab edir ki, barələrində hökm çıxarılanlar yol verdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb olunublar və məhkum ediliblər:

«Hər hansı partiyanın üzvü və lideri olamaq onu məsuliyyətdən azad etmir. Ona görə də hər bir şəxs kimliyindən asılı olmayaraq Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərməlidir. Elə etməlidir ki, məhkəmə qarşısında cavab verməli olmasın. Bu baxımdan da İsa Qəmbərin də, Əli Kərimlinin də demiş olduğu fikirlər birbaşa korporativ maraqlardan irəli gələn düşüncələrdir»-deyə Fəzail Ağamalı bildirib.

Bunlara da nəzər yetirin
AXCP sədrinin müşaviri Sahib Kərimovun vəkili Yavər Hüseynli Səbael rayon məhkəməsinin belə bir hökm çıxarmasına təəccüblənmir. Deyir nəticə onlara əvvəlcədən bəlli idi.

«Biz gözləyirdik ki, əsasız yerə aparılan cinayət işinin ibtidai araşdırması ədalətsiz məhkəmə hökmü ilə sonunclanacaq. Bu sırf siyasi sifarişlə aparılan bir iş idi. Təəccüblü də burda bir şey görmürəm. Avqustun 24-dəki son çıxışımda da mən bu barədə ətraflı demişəm və heç mən çıxışımın sonunda bəraət hökmü çıxarılmasını da tələb etmədim. Çünki bilirdim ki, məhkəmə belə bir hökm çıxarmayacaq».

***

Avqustun 25-də 2 aprel məhbuslarından 6 nəfərinə Səbael rayon məhkəməsində hökm oxunub.

AXCP üzvü Arif Alışlı 3 il, bitərəf Elnur İsrəfilov 2 il 6 ay, AXCP üzvü Zülfüqar Eyvazlı 1 il 6 ay, AXCP sədrinin müşaviri Sahib Kərimov 2 il, AXCP üzvü Babək Həsənov 1 il 6 ay, Müsavat üzvü Elşən Həsənov 2 il azadlıqdan məhrum edilib.

Hakim Elnur Həsənov hökmü oxuyan zaman məhkəmə zalında məhbusun yaxınları Azərbaycan himni oxumaqla hökmün ədalətsiz olduğuna etiraz ediblər.

2 aprel aksiyasına görə 14 nəfər ittiham olunurdu.Onlardan 13-ü həbs edilmişdi. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə polis nəzarətində olmaqla sərbəst buraxılmışdı.

2 aprel asksiyasına görə təqsirləndirilən daha 8 nəfərlə bağlı məhkəmə prosesi hələ də davam etməkdədir.

Müttəhimlər ittihamları qəbul etmir, həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
XS
SM
MD
LG