Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:05

Prezident ailəsinin biznesi…


Osman Gündüz
«İşdən sonra» proqramında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, iqtisadçı-ekspertlər Zöhrab İsmayıl və Nazim Məmmədov AzadlıqRadiosunun ««Azərfon»a İlham Əliyevin qızlarına məxsus Panama şirkətləri nəzarət edir» adlı araşdırma yazısını müzakirə ediblər.

Osman Gündüz:

«3G lisenziyasının verilməsinə qədər olan dövr bizim tam yadımızdadır. «Azercell» şirkəti 3G texnologiyasına keçidə tam hazır olmasına baxmayaraq, birdən-birə heç bir tender keçirilmədən, araşdırılma aparılmadan bu, başqa şirkətə verildi. Dünyada bunun oturuşmuş qayda-qanunu var. Ya tender keçirilir, ya auksion keçirilir, ya da müvafiq icra hakimiyyəti operatorların bazarı ilə bağlı ciddi araşdırma aparır. Təəssüf ki, biz bu üç halın heç birini bazarda müşahidə etmədik. Doğrudan da, bu, gözlənilməz bir şey idi. Çox qəribə idi ki, o dövrə qədər hökumətin «Azercell» şirkətinə qarşı münasibəti çox yumşaq idi, amma həmin vaxt situasiya dəyişdi. Həmin diqqət artıq başqa bir özəl şirkətə qarşı göstərilməyə
Zöhrab İsmayıl
başladı...».

Zöhrab İsmayıl:

«Çox acınacaqlı haldır ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz rəsmi məlumatında «Azərfon» şirkətinin təsisçisi kimi tamam başqa şirkətləri təqdim edir. Ümid edək ki, nazirliyin bununla bağlı məlumatı olmayıb ya da yanlış məlumatı olub. Amma istənilən halda RİTN-in dürüst məlumatlara sahib olması lazım idi... Hər bir şirkətin sahibi bəlli olmalıdır və bu məlumatlar açıq olmalıdır. Bu qalmaqalda prezident ailəsinin adının hallanması isə ölkədə baş alıb gedən korrupsiya mövzusuna toxunmağa vadar edir. Hökumət ölkədə korrupsiyaya qarşı mübarizə elan edəndə, gərək o mübarizə bu cür məsələlərdən başlasın. Ortaya çıxan ilk sual ondan ibarətdir ki, prezident ailəsinin əlində bu qədər investisiya haradandır ki, həm bank ala bilir, həm də şirkət təsis edə, başqa layihələr həyata keçirə bilir, Dubayda villalar ala bilir? Bu vəsaitlər haradandır?
Nazim Məmmədov
Bunun mənbəyi haradandır?».

Nazim Məmmədov:

«İstənilən vətəndaşın hər hansı bir şirkətin sahibi olmasında bir problem görmürəm. Ola bilər ki, cənab prezidentin qızları kimə isə müəyyən kommersiya fəaliyyəti üçün etibarnamə veriblər. Sadəcə, xaricdən dəvət olunmuş top menecerlər Azərbaycanda qanunlarda olan boşluqdan, məmurların öz işinə doğru-dürüst yanaşmamasından sui-istifadə edirlər. Eyni zamanda, ölkə başçısının övladlarının, ailəsinin adına, imicinə xələl gətirirlər. Bu o məqsədi daşıyır ki, o menecer həmin vəsaitləri öz məqsədləri üçün Azərbaycandan çıxara bilsin. Güman etmirəm ki, ona etibarnamə ancaq və ancaq xarici ölkələrdə offşor şirkətləri yaratmaq üçün verilsin.

Verilişi tam olaraq buradan dinləyin:

MÖVZU İLƏ ƏLAQƏDAR OXU

«Azərfon»a İlham Əliyevin qızlarına məxsus Panama şirkətləri nəzarət edir
XS
SM
MD
LG