Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:53

Müxalifət xaricilərə nə deyir?


Əli Kərimli
Əli Kərimli
«İşdən sonra» proqramında AXCP sədri Əli Kərimli müxalifət nümayəndələrinin son vaxtlar xarici diplomatlarla görüşlərində toxunduqları məsələlərə aydınlıq gətirib.

O bildirib ki, xarici diplomatik korpus nümayəndələrinin müxalifətlə görüşündə qeyri-adi heç nə yoxdur:

«Beynəlxalq təşkilatların təmsilçilərinin İctimai Palata ilə artıq mütəmadi xarakter almış görüşlərinə qeyri-adi yanaşmaq lazım deyil. Çünki normalda azad dünyada olan mövcud qaydalara görə, iqtidar bu günün, müxalifət isə sabahın iqtidarıdır. Bu, bir protokoldur əslində, hər bir diplomat xidmət etdiyi ölkədə həm bugünkü, həm də gələcək hökumətlə əlaqələrə girməlidir. Bu, normal bir haldır».

Əli Kərimli deyib ki, YAP-ın şantaj siyasəti bu görüşlərə təsir edə bilmədi. Çünki bu görüşlər intensivləşir.

YAP funksionerlərinin diplomatik korpus nümayəndəliklərinin bu addımını gülünc adlandırmasına gəldikdə isə, Əli Kərimli bildirib ki:

«Gəlin baxaq görək, bu açıqlamadan sonra beynəlxalq təşkilatların, o cümlədən Qərb dövlətlərinin təmsilçilərinə gülən tapıldımı? YAP funksionerləri özləri gülünc vəziyyətdə qaldı. ATƏT, Avropa Birliyi, Avropa Şurası, ABŞ, Almaniya, Fransa, İngiltərə, Türkiyə, Polşa kimi qüdrətli dövlətlərin təmsilçiləri ilə bu dildə danışmaq hansı zehniyyətdən xəbər verir? Bu, daha çox hökumətin təlaşı ilə bağlıdır. Çünki onlara elə gəlirdi ki, Azərbaycan müxalifətini az qala məhv edəcəklər. İndi o alınmayıb, əksinə, müxalifət birləşərək hökumətə ciddi bir təhdid yaradıb və buna görə təlaş içindədirlər…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG