Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:08

İsa Qəmbər: «YAP-çıların narahatlığı əsaslıdır»


İctimai Palata xarici diplomatlarla görüş keçirdi
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00
Direct-ə keçid

Onlar «Avtoritarizmdən demokratiyaya keçidin yumşaq yol xəritəsi» adlı sənədi müzakirə ediblər

«YOL XƏRITƏSI» MÜZAKIRƏ EDILIB

İyunun 10-da İctimai Palatada təmsil olunan partiyaların, eləcə də bitərəf qüvvələrin təmsilçiləri ilə xarici diplomatik missiyaların nümayəndələri arasında görüş keçirilib. Görüş təxminən saat yarım davam edib.

Görüşdə Böyük Britaniya, Almaniya, Türkiyə, Fransa, Polşa, ABŞ səfirlikləri və Avropa Birliyinin nümayəndələri, ATƏT və Avropa Şurasının Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri iştirak edib. Görüş qapalı keçirilib.

Diplomatik korpus nümayəndələrinin İctimai Palata üzvləri ilə eyni formatlı birinci görüş bu ilin aprelində keçirilib.

Müsavat başqanı İsa Qəmbər bunu Azərbaycanın Avropaya inteqrasiyasına və ölkədə demokratiyanın inkişafına xidmət edən bir görüş adlandırıb. Onun sözlərinə görə, müxalifətin hazırladığı «Avtoritarizmdən demokratiyaya keçidin yumşaq yol xəritəsi» adlı sənəd müzakirə edilib:

«Bundan başqa siyasi və vicdan məhbusları ilə bağlı çox geniş söhbət etdik. Azadlıqların genişləndirilməsi, vətəndaş cəmiyyətinin problemləri, siyasi mənsubiyyətinə görə təhsil müəssisələrindən xaric edilən gənclərin Avropa universitetlərində təhsil alması və s. məsələləri müzakirə etdik.»

İsa Qəmbər görüşlə bağlı hakim partiyanın narahatlığının haqlı olduğunu deyib:

«Onlar bilirlər ki, niyə narahat olurlar. Çünki Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı ölkədə dəyişiklik istəyir və buna nail olacaq. Ona görə də YAP-çıların narahatlığı çox əsaslıdır» - deyə İsa Qəmbər bildirib.

ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Can Korel hakim partiya təmsilçilərinin görüşlə bağlı tənqidlərinə cavab vermək istəmədi, qısaca onu bildirdi ki, bu, onları öz fikirləridir.

M.BRYZA: «GÖRÜŞMƏK DİPLOMATLARIN VƏZİFƏSİDİR»


ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryza AzadlıqRadiosuna deyib ki, müxtəlif siyasi qrupa mənsub insanlarla görüşlərin keçirilməsi diplomatların vəzifəsidir:

«Diplomatların vəzifəsidir ki, istənilən siyasi qrupa mənsub olan insanlarla görüşsünlər. Əgər biz demokratiyadan danışırıqsa siyasətlə məşğul olan hər kəslə görüşməli, onları dinləməliyik. Amma dinləməyimiz o demək deyil ki, biz onlarla razılaşırıq».
XS
SM
MD
LG