Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:55

Polis bu videonu araşdırır


Polis yolda sürücüdən pul alır
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00
Direct-ə keçid

Bu videonu saytımıza göndərən oxucumuz onu iyunun 6-da Bakıda çəkdiyini yazır.


Oxucumuz iyunun 6-da Bakıda bir polis əməkdaşının sürücünü yolda saxlayaraq ondan pul aldığını əks etdirən video göndərib. Oxucu onu Bakının mərkəzində - Zivər bəy Əhmədbəyov küçəsində çəkdiyini yazır.

Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kamran Əliyev AzadlıqRadiosunun SimsizTeleqraf rubrikasına göndərilən bu videonu şərh edərkən bildirib ki, mütləq onu araşdıracaqlar: “Görək bunlar kimdir? Əgər bizim belə əməkdaşlarımız varsa, onları vaxtında aşkar edib, barələrində tədbir görülməsində biz də maraqlıyıq. Korrupsiya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirinin əmri ilə 14 nəfər vəzifəsindən azad olunub. Amma videodan hadisənin harada, necə baş verdiyi məlum olmur”.

Kamran Əliyev bildirdi ki, video ilə bağlı rəhbərliyə məruzə edilib, araşdırmalara başlanılacaq.

Prezident İlham Əliyev bu il fevralın 14-də imzaladığı sərəncama görə yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar cərimələrin yalnız bank və ya plastik kart vasitəsilə ödənilməsini təmin edilməlidir. Sərəncama görə hökumət bir ay müddətində bu barədə təkliflərini prezidentə təqdim etməli idi.

Sərəncamda qeyd edilir ki, bundan sonra yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrin 25 faizi yol polisi əməkdaşlarına veriləcək. Sərəncama görə bu məbləğ yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.
XS
SM
MD
LG