Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:38

Sürünə-sürünə gəlmişəm burayadək...


Arazın o tayından

Məhəmməd Əli Nəhavəndi


Tam qərib


Mənə nələr anlatdı sürgün günlərim
mənə nələr andırdı yorğun illərim

nələrdən söz verib nələr göstərdilər boş əllərində
mən onların ətəşlərinə ürəyimdə yer verdim
ətəşlərini ahlarımla söndürdüm
ağrılarının ağırlıqlarını çiyinlərimdə daşıdım
heç bir unutmadan gördüklərimi, acılıqlarını
aclığımla hörüb içimdə saxladım
yol uzanmasın diyə
qırıldım əllərindən hərdənbir

özümü şeir gəmisində dörd bir yana çaldım
bir-iki silkindim inciklərimi dənizlər bağrına
bir-iki bağırdım yaralarımı qalalar başında
bir-iki çağırdım yorğun ellərimi
bir-iki çımxırdım qaranlıqlarıma
azca yüngülləndim, endim kəndimə
beləcə ömrümün bezikdirən günlərindən, illərindən
zərərli çıxmadım
ancaq gözü bağlı qaldı dil bağlılığım
- dili bağlı qaldı öz bağlılığım
vətənə- elə- dilə
tam qərib yaşadım, dörd bir çağımı.


Burayadək

Tufan olub yıxdım sınırlar içdən-eşikdən -
yoxladım,
qaytardım özünə qurğularını
bulud olub öfkəmi dağ-daşa çaldım
şimşək olub çaxnaşdım qürurumda
qaytardım özümə öz atəşimi
qorxular içində böyüdüyü höyüş nələrimi
heç məndən axtarma

minlər kəz ölümləyib qılışlar ağzından qurtulmuşam
minlər kəz budalanmışam, körpə diləklərimdən
- köhnə istəklərimdən
......... qırıla - qırıla gəlmişəm burayadək
sürəcək hələ də qovğalarını məndə yaşam
...... sürünə - sürünə gəlmişəm burayadək
heç bir rəhmə qalmadan
ağır qışlarımın yorğun nisgillərindən
heç məndən axtarma
...... kürüyə - kürüyə gəlmişəm burayadək
bu həyat sürəcək yaşamı məndə
məni yaşadacaq durduğu qədər
...... düşünə - düşünə gəlmişəm, burayadək.


Istək

Daha çox; istəyirəm, böyüsün varı dünyamızın
hər bir çiçəyi ; yaz boyu, yaz donu geysin əyninə
göbəkləri yazda düşərkən, ürəkləri; nəğmələrlə
boylu olsun
hər bir quşu; qoşa gəzsin yaz çağlarını
barlandırsın bağlarını, sevgiləri - istəkləri
dünyamızın hər bir zadını, böyük istəyirəm
heykəlini- həyatını - eşqini- ormanını
adını; istəyirəm o qədər böyüsün, göylərə sığmadan
canlarda yayılsın
hər bir kəndi şəhərlənsin
şəhərləri ölkələnib özünü böyüsünlər
hər bir ölkə böyüklükdə bir dünya qədər
aydınlıq daşısın damarlarında
hər bir insanı insanlıq boyda, yaşaya bilsin
öz amallarını
dünyamızın istəyirəm; torpağı o qədər səadət tapsın ki
götürsün üstündən sinirlərini
özgürlük üzünə gülsün, elləri
dünyamızın istəyirəm; Cəlalı o qədər böyüsün ki,
ürəkləri alsın hər bir anı ilə
pərişan gölləri, o qədər böyüsün; öz vüqarında
Xəzərimə bənzər dənizə dönüb
coğrafiyaları, barış ətləsi olsun
ər dəmli elləri o qədər böyüsünlər ki, dilləri ilə, ürəkləri ilə
tanınsınlar,.... Türk eli kimi
istəyirəm dahilik tapdıqca, bəşər
özündə əyləşib, daha ilahiləşsin öz ixtiyarında
elə, bu dünyanın xanimanında.


Əziz günlər

Günlər düyünləmiş, həyat taleyinə
günlər ətək açmış məkanlar üstündə
- zamanlar içində
günlər, qırılmaz bir silsilədir
kimisi üzünü, kimisi içini düşünür
günlərin, qolların dan asılan
ormanlar-okeanlar-dağlar-dərələr
günlərin, qoltuğunda qısılan
vulkanlar-depremlər-dalğalar-yellər
....... günlərin evindən dincəlib gəlirik, yanlış anlama
günlərdir; gülüşləri ilə gülləri açır
- qanadları ilə quşları uçur
günlərlə ötüşən quşlar məqamındayıq, yanlış anlama
səndəli bu nizam, günlərin qanıdır
səndəki bu nəfəs, günlərin canıdır
günlərdir şimşəklərdə süzərək, balıqlarda üzüb,...və
hər bir şeydə, ömrə keçir
həyatınızı dəyərləndirən bu günlərdir, yanlış anlama
hamını taleyinə düyünləyən bu dünlərdir, əziz tutmaq
- gərək; hər bir anını.


Fürsət

Ağır- ağır enirəm iti- iti çıxdığım pillələrdən
ətəklərində xəzan olmuş günlərimi
yanıb- yanıb külə dönmüş görürəm
saç- saqqalım kimi
ağır- ağır soyuram başımdan ağırlıqlarını
ağır- ağır qovuram üstündən yorğunluqlarını
ağır-ağır enirəm nə qollarımda budaqlarım
- nə ayaqlarımda dizlərim gəlir görüşümə
gözə gəlməz o çıxış bu enişdə dilə gəlir;
deyir şair, ruha dol ki, bu varlıqda özünü seyr etməlisən
- ruha dol ki, uzaqlara getməlisən, bu ayaqla
- ruha dol ki, həyatına yol göstərir öz niyyətin
var fürsətin; hələlik, ürəyin, sənlə hamaşıqdır
- qələmin səndən yəlik.


Səfərbər

Əlində, çəlik
çantanda, bir naharlıq yemək payı
özünlə çəkirsən nəfəslərini
gözünə gəldikcə yol ağırlığı
həyat böyüklüyü dilinə gəlmədən
gözlərin zirvəyə duyuxur qalır
ömür günlükləri nə keçən addımın, haraları gəzir
sən haralarda!
A şair; nələr düşünürsən bu dağ başında?
özün təbiətin bir nöqtəsində
gözün royaladır son nöqtəsini
fikrin; yaşam yollarında, təlatümdə
xəyalın; haralar səfərbəri olur?
Bunu düşünərkən sonuncu ərməğan, sənə həyatdır
kim nə bilir; nələrlə düşüb, nələr düşünürsən?
nələr kifirlənir səndə həyatı!
bir bax....!

heç kimsənin ondan bir zad bilmədiyindən danışır
bu çınqıl
- ayaqlar altında
əmlik bu bəbənə, nəfəsləri ilə
görmədikləri izlər kən doğrulayır
o kəlik düşünmədilər dünyasına gülür
hər, yer - hər, nə - hər, an
söz verir sənin çin, saymazyana sovuşma!
gözünlə - fikrinlə - nəfəslərinlə,
düşünmək gərəkdir eşqi – həyatı
əlində, çəlik
çantanda.....


Mahir sənətkar

Hansı sevişə doğru gedir, bu qızın diləkləri
sevgi, dodaqlarından
sevinc yanaqlarından öpür
addımları hansı ürəyə doğru gedir
bir çox gözəllikdən pay almış bu qız
gözlər izlərini, baxışında gəzdirərkən
ürəklər sevincini qaşlarında oynadır
bu mahir sənətkar, pərdə- pərdə tellər üstündə
yaradır sehrini
- dastanlar açır
kiçik əlləri ilə, eşqin yaşıllığını gəzən
incə barmaqlarıdır
hansı sənətə doğru gedir, bu qızın istəkləri

Çocuqlar

Nənniləri çocuqlarda öldürmək, həyatı öldürmək qədər
suçdur
onların gözlərində, hər bir şeyin dünyası vardır
mənası yox
onlar hər bir nəyi; yaşları qədər yaşayırlar
boyları boyda yox
onların beynində yaşayanlar, aclıq qədər qiymətlidir
istəkləri qədər gərək əmizdirmək,
onların dodaqlarında yaşayan ləzzət dilləri qədər tamlıdır
gürətləri gözyaşıları qədər itidir
çocuqlar bir qırpımda,
göyləri uçub ulduzları dolana bilərlər
bir qırpımda ürəkləri gəzib, diləkləri danışdıra bilərlər
daima` üzgünlük rəngində bir imgə onları uçdurur
qanadlarında
ömürlərinin tam şirinlikləri gülüşlərdə yağdırılar
acılıqlarını bir mürgüdə boşlayarlar
onların dünyası özləri qədər, əziz
gözləri qədər düşüncəlidir
əllərindən almaq olmaz dünyalarını.


Yaralı ov

Yaralı bir ovdur içindəki bu pozğun
hər gün yeni bir hüznünlə yorğunluğunu ağlayır
başı gövdəsindən üzülmüş quş kimi çabalır içində
bütün saatları
gözlərindən ovlamışlar, onu
ürəyindən dərmişlər, dincliyini
diləklərindən, istəklərindən küşkürmüşlər
xəmirini ağrılar boyunca Araza daşınan torpaqdan
tutmuşlar
sanki gövdəsini odlu yurdun göbəyindən
və ruhunu Xəzərin canından ayırmışlar
sinə gərmədən ay köksüsü dolayırsa
bulud ağrısından püskürürsə
onlar tanışlardır
yelkənlər müzikli olan nəfəsləri sərhəd tanımadan
xəyallara qalxır, yaddaşlarda enir
muğamatdan başlanır, Muğanlıqda bitir
yaralı bir ovdur Araz döşündə
gözləri qalmışdır yazlı keçmişində, bu pozğunun .


Çillə məqamı

Çillə məqamındayam, bülbülüm, çilə,
dənlə muğamatı dodaqlarımdan
qoş nəğmələrinə, bülbülüm,
- çilə -
qanad-qanad, məni uçuşlarına
sevgi ilə dolğun sevincinlə ötüş könül bağımda
fərəhimi uçdur, qanadlarında
nəfəsimlə qonuşdur cəh-cəhlərini
qoy o nəğmələrin hər guşəsində doyunca dincəlim
bir qonaq gəlim yazlı ürəyinə

çilə məqamındayam, bülbülüm,
- çilə -
pərdə- pərdə yaşıl tərənnümünü Niyazim üstünə
- qarışsın yağmurlu təravətinlə
a yazın zövqlü, dilmanc elçisi,
al götür özünlə, dolandır məni.

Təbriz, Azərbaycan - İran
XS
SM
MD
LG