Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:05

Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası


Martın 19-da Azərbaycanın ABŞ- dakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

30- a yaxın azərbaycanlı «Azərbaycanda siyasi məhbuslara azadlıq», «Diktaturaya son qoyulsun», «Azərbaycan gənclərinə azadlıq», «Rüşvətxor məmurları həbs edin», «Yaşasın respublika, rədd olsun monarxiya» şüarları səsləndiriblər.

Etirazçılar hazırda həbsdə olan gənc fəallar Bəxtiyar Hacıyev, Cabbar Savalanlı və jurnalist Eynulla Fətullayevə azadlıq tələb ediblər.

Tədbirin təşkilatçısı AZAD (Azerbaijani Americans for Democracy- Azərbaycan Amerikalıları Demokratiya Uğrunda Təşkilatı) olub.

Aksiya 2 saata qədər davam edib, sonda etirazçılar himn oxuyublar. Səfirlikdən heç kim etirazçılarla görüşə gəlməyib.

Sonda iştirakçılar səfirliyə aksiyanın qətnaməsini və sabun təqdim etmək istəyiblər, lakin səfirliyin işçiləri ilə görüşmək mümkün olmadığı üçün buna nail olmayıblar.

Təşkilatçıların dediklərinə görə, onlar qətnamə və sabunu daha sonra səfirliyə poçtla göndərəcəklər.


XS
SM
MD
LG