Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:47

"Elmara yas saxlayırsan, amma Elmar kimi yazmırsan"


Elnur Astanbəyli (solda) və Azər Qaraçənli, Azadlıq Radiosunun Bakı bürosu, 13 yanvar 2011
Elnur Astanbəyli (solda) və Azər Qaraçənli, Azadlıq Radiosunun Bakı bürosu, 13 yanvar 2011
Azər Qaraçənlinin «Azadlıq nitqləri» kitabı «Pen klub» verilişində müzakirə olundu.

Müzakirədə Azər Qaraçənliylə yanaşı kitabı «köləlik nitqləri» adlandıran yazar Elnur Astanbəyli, müəllifi ehtiyatlılıqda qınayan yazar Şahvələd Çobanoğlu (telefonla) və kitabı dəyərli sayan filosof Niyazi Mehdi (telefonla) iştirak edirdilər.


«BU KİTAB DÖVRÜMÜZÜN «QABUSNAMƏ»SİDİR»

Azadlıq Radiosu:

- Elnur bəy, niyə bu kitabı «köləlik nitqləri» adlandırdız?

- Azər bəyin müdafiə etdiyi fikirlər bir xeyli dərəcədə cəmyyəti ehtiyatlılığa, gözüqıpıqlığa dəvət edir. Mən əvvəlcə bir məsələyə aydınlıq gətirim.

Azər bəy mənim «Köləlik nitqləri» yazımdakı bir məqama çox yanlış reaksiya vermişdi. Mən orda onun rəhbəri olduğu saytın - «Mediaforum» saytının «mehdiyevforum» kimi assosiasiya doğurduğunu yazmışdım.

Azər Qaraçənli:

- Elnur bəy «Azadlıq nitqləri» ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mövqeyi arasındakı oxşarlıqdan danışdı. Mən bu oxşarlığı bir az başqa cür görürəm. Mən düşünürəm ki, Azərbaycanda azadlıq uğrunda mübarizə aparan çevrədə bütün radikallıqları Azərbaycan hakimiyyəti və Ramiz Mehdiyev stimullaşdırır.

Şahvələd Çobanoğlu:

- Kitabın ümumi fəlsəfəsi «hökumətlə hökumətlik etməmək lazımdır»a söykənir. Bu kitabın ümumi məzmununu Azər bəyin bu günlərdəki bir yazısı tamamladı: «Elmara yas saxlayıram». Amma təzad yaranır, Elmara yas saxlayırsan, Elmar kimi yazmırsan.

Niyazi Mehdi:

- Elnur bəylə razı deyiləm ki, cəmiyyət ağ-qaradır. Nəinki cəmiyyət, sizinlə mən də ağ-qara deyilik. Ağla qaranın ortasında min dənə çalar var. O başqa məsələ ki, sən çalarlara fikir verməyəsən. Bizim cəmiyyətimizdə də kimlərsə ağ-qara ilə oynayır, kimlərsə çalarlarla. Azərin kitabı çalarların kitabıdır. Fəlsəfəylə məşğul olan adam kimi deyirəm ki, ağırlıq baxımından gözəl kitabdır.

Elnur Astanbəyli:

- Niyazi Mehdiyə heyrət etdim. Ağıllı, müdrik olmağın məsələyə nə dəxli var? Heydər Əliyev də müdrik insanıydı. Müdrik olmaq həqiqətləri malalamağa əsas verir? Mən azadlıq uğrunda mübarizədən gizlənmək istəyənlərə Azər bəyin kitabını diqqətlə oxumağı tövsiyə edirəm.
O da belə nəticə çıxarmışdı ki, mən bu saytın Prezident Administrasiyasından qaynaqlanmasına eyham vururam.

Mən bu assosiasiyasının səbəbini deyim.

Ramiz Mehdiyevin son iki ildə aktiv müdafiə etdiyi, ətrafında şou yaradılan süni tezisləri həm «Azadlıq nitqləri» kitabında, həm də «Mediaforum»da bəzi hallarda müdafiə olunur.

Bu saytın adının «mehtiyevforum» assosasiyası doğurduğunu deməyim bununla bağlıydı. Bunu ittiham kimi deməmişdim.

- Bəri başdan özünüzü sığortalayrısız deyəsən?

- Yox, Azər bəyin bu fikrinə reaksiya vermək imkanım olmamışdı.

Kitaba qalanda, bu kitab dövrümüzün «Qabusnamə»sidir. «Qabusnamə»ni oxuyanlar bilir ki, orda hakim güc qarşısında xalqın özünü necə aparması qaydaları izah olunur. «Azadlıq nitqləri»ndəki bir çox tezislər «Qabusnamə»ylə səsləşir.

Azər bəy kitabında riskə getməməkdən, ehtiyatlı olmaqdan, «olan azadlıqlar»la kifayətlənməkdən danışır.

Belə bir fikri müdafiə edir ki, ölkədə söz azadlığı yoxdursa, biz işarələrlə danışmalıyıq.

Bu mənim üçün təəccüblü yanaşmadır. Xüsusən də bunu uzun illər ləyaqətli mətbuatın sıralarında olan həmkarımızdan eşitmək dəhşətdir. Yəni bu, ezop dilinə qayıdışa çağırışdır.

Bunu müdafiə edənlər daha çox psevdoziyalılar, psevdoyazıçılardır.

Onlar deyirlər ki, siz bizdən heç nə gözləməyin, biz fikirlərimizi işarələrlə, eyhamla ifadə edirik.

“ELNUR ASTANBƏYLİ BURDAN ÖZ CAVABINI DA GÖTÜRÜRSƏ, O BAŞQA MƏSƏLƏ”

Azər Qaraçənli:

- Bir məsələ mənə qaranlıq qaldı. Elnur bəy deyir ki, onun «Mediaforum»u «mehdiyevforum» adlandırmasına cavab vermişəm.

Mən buna harda reaksiya vermişəm? Mənim AzadlıqRadiosunda bir şərhə verdiyim cavabı nəzərdə tutursuz yəqin.

Əgər burdan Elnur Astanbəyli öz cavabını da götürürsə, o başqa məsələ.

Elnur Astanbəylinin «Köləlik nitqləri» yazısına isə mən ümumiyyətlə cavab vermədim.

«Mediaforum» saytı elə bir meydandır ki, mən orda xoşlamadığım fikirlərə də yer verməliyəm. Bu mənim borcumdur.

Elnur bəy özü də kütləvi informasiya vasitəsində çalışır və mətbuatın missiyasından xəbərdardır.

Mətbuat orqanında hansısa fikirlərə meydan verməyi jurnalistikaya zidd saymaq jurnalistikaya ibtidai yanaşma olardı. Gəlin bu səviyyəyə düşməyək.

“RADİKALLIĞI RAMİZ MEHDİYEV STİMULLAŞDIRIR”

Azər Qaraçənli:

Elnur bəy «Azadlıq nitqləri» ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mövqeyi arasındakı oxşarlıqdan danışdı.

Mən bu oxşarlığı bir az başqa cür görürəm. Mən düşünürəm ki, Azərbaycanda azadlıq uğrunda mübarizə aparan çevrədə bütün radikallıqları Azərbaycan hakimiyyəti və Ramiz Mehdiyev stimullaşdırır.

Məhz son illərin azadlıq uğrunda mübarizəsinin canlı iştirakçısı kimi mən bunu çox görmüşəm. 1988-dən, 1990-dan bəri.

Ramiz Mehdiyev və hakimiyyətin strukturundakı rəhbər şəxslər maraqlıdırlar ki, müəyyən dövrdə ortaya radikallığa meyllilər çıxsın.

Sonradan da həmin qüvvələri neytrallaşdırmaq asan olsun.

Azərbaycanda azadlıq uğrunda gedən mübarizədə buraxılmış elə bir səhv göstərin ki, orda ehtiyatsızlığın iştirakı olmasın? Bax onda mən ehtiyatın tərəfdarı olmaram.

Siz mənə mübarizədə elə səhv göstərin ki, orda hakimiyyətin hazırladığı, planlaşdırdığı radikallığın yeri olmayıb.

Siz mənə hakimiyyətin tərəfinə keçmiş, yəni azadlıq əleyhinə olanların tərəfinə keçmiş elə bir adam göstərin ki, radikallıq etməyib...

Mənim kitabım təcrübədən meydana çıxıb, göydən düşməyib. Bunları mən 1990-cı illərdə düşünmürdüm.

Heç 2000-ci illərin əvvəllərində də düşünmürdüm.

Elnur Astanbəyli
Sadəcə, zaman keçir və sən məqsədli şəkildə adamları qızışdırıb mübarizəni korlamaq istəyənləri, maskalanmış satqınları görürsən.

“MƏN ELNUR ASTANBƏYLİYƏ NİYƏ CAVAB VERMƏDİM”

Azadlıq Radiosu:

- Azər bəy, bəlkə konkret misallar gətirəsiz. Bəlkə də dedikləriniz ona görə qıcıq doğurur ki, nümunələr göstərməmisiz.

Son iyirmi ildə baş verənlərdən danışırdız, bəlkə fikirlərinizi söylərkən həmin hadisələrlə bağlasaz kimsə sizi ehtiyatlılıqda, ya da Elnur bəy kimi «köləlikdə» qınamazdı?


- Konkret kitab özü misaldır. Hər bir yazının ifadə tərzi var. Bu, bədii publisistik, fəlsəfi esselərdir.

Məsələn, bir yerdə yazılıb ki, ehtiyatlı olun, mən çox adamı gördüm, qorxma dedilər, amma hamıdan qorxaq çıxdılar, mən çox adamı gördüm ki, ölərik dedi, amma ölmədi, satılmarıq dedi, amma satıldı, almarıq dedi, amma aldı.

Yəni bu ifadənin altında çox nümunəni göz önünə gətirə bilərsiz... Mən Elnur Astanbəyliyə niyə cavab vermədim.

O məqalədə yazıb ki, «Mediaforum» saytı Bənənyar hadisələri haqda heç nə yazmayıb.

Amma saytın ordan verdiyi məlumatları onun yazdığı «Azadlıq» qəzeti də dərc edib. Gülməlidir. Müəllif öz yazısına ciddi yanaşmırsa, mən ona niyə cavab verməliyəm?

Mən istərdim bu söhbəti bir konkret misal üstündə quraq, sizin dediyiniz kimi.

Məsələn, avtoritar hakimiyyətdən əziyyət çəkən Bənənyar kəndinə biz nəyi təklif edə bilərik. Azadlıq uğrunda bu adamlar necə mübarizə apara bilərlər?

TRUHİLYO TƏCRÜBƏSİ
(Truhilyo - Dominikan Respublikasında diktator 1930-61- red.)

Elnur Astanbəyli:

- Mən Azər Qaraçənlinin dediklərini heyrətlə dinlədim. Əvvəla, Azərbaycanda radikal və qeyri-radikal müxalifət anlayışı hakimiyyətin mətbəxində bişirilmiş anlayışdı.

1990-cı illərin sonlarında Azərbaycanda radikal və konstruktiv müxalifət anlayışı yox idi.

Hakimiyyət iki yol qoydu, Azərbaycanda radikal olmağı seçirsənsə səni məhrumiyyətlər gözləyir, konstruktiv olacaqsansa, qərargah, maşın, deputat mandatı...

Bu gün Azərbaycandakı radikal tələblər müxalifətçiliyin təbiətidir.

Mən Azər bəyə və bu fikirləri müdafiə edənlərə başqa ölkələrlə paralellər aparmağı məsləhət görürəm.

Mən bu yaxınlarda Özbəkistanda yaşaya-yaşaya iki qadının İslam Kərimov haqda müsahibəsini oxudum.

İslam Kərimov haqqındakı bənzətmələrin 90 faizi Azərbaycanda İlham Əliyev haqda səslənmir.

- Belə sərt ifadələrin səslənməsi İslam Kərimov hakimiyyətinin yumşalmasına, dəyişikliyə səbəb oldumu? Yəni sizin dediyiniz radikallıq təsir gücünə malikdirmi?

- Azərbaycanda Fazil Qəzənfəroğlu barometr olub, ondan kəskin danışmaq, onu kimi danışmaq, ondan yumşaq danışmaq. Və ya Qüdrət Həsənquliyev.

Ondan kəskin danışsan radikalsan, onu kimi danışsan Qüdrətin özüsən, aşağı danışanda Fəzail Ağamalısan...

Məsələn, Truhilyo da bu təcrübədən məharətlə istifadə eləyirdi.

O cib müxalifəti yaradırdı. Sonra həmin müxalifətə rəğmən radikal olanları məhv edirdi.

Mən bu ifadəylə razılaşmasam da, Azərbaycanda radikal müxalifətçilik yoxdur.

Radikal müxalifətçilik bir bəyanat və ya bir köşə yazısıyla ola bilməz.

“KÖNLÜ BAŞQA BUDAQLARDA ÖTMƏK İSTƏYƏNLƏRƏ”

Elnur Astanbəyli:

Şahvələd Çobanoğlu
O ki qaldı, kəskin çıxışın təsirinə. Kəskin danışmaq könlü başqa budaqlarda ötmək istəyənlərə çox asanlıqla getmək şansı yaradır.

Belə deyək satılmaq, girov düşmək istəyənlərin sayı artır. Azər bəy belə fikirləşən tək adam deyil.

Yəni çox sadə, aydın həqiqətləri mürəkkəbləşdirir, işi dolaşığa salırlar. İnsanlar mübarizədən yorulanda özlərini elə aparırlar ki, guya müdrikləşiblər.

Məsələn, Sərdar Cəlaloğlu seçkidən əvvəl palaz-palaz fəlsəfi yazılar yazırdı, mübarizə necə olmalıdır deyə.

Amma seçkidən iki gün sonra, məlum olanda ki, ona deputat mandatı verilməyib, «Qafqazinfo»da adi, səlis məntiqlə prosesin mahiyyətini açan bir köşə yazısı yazmışdı.

“BU KİTAB GENİŞ MÜZAKİRƏLƏRƏ LAYİQ DEYİL”

- Söhbətə Şahvləd Çobanoğlu qoşulur, «Azadlıq nitqləri»ni o «Ehtiyatlılıq nitqləri» adlandırmışdı səhv etmirəmsə.

Şahvələd Çobanoğlu:

- Çox təəssüf ki, mən kitabı tam oxumamışam. İnternetdə bir neçə məqaləni oxudum. Açığı hiss elədim ki, bu mücərrəd, müəllifin özü üçün də aydın olmayan sislislədir.

Həmin tənqiddən də uzağa getmədim.

Açıq deyəcəm, Azər bəyin ləyaqətinə, savadına, istedadına hörmətimlə yanaşı deyəcəm ki, bu kitab geniş müzakirələrə layiq deyil.

Mən hətta görürəm ki, bu kitabın müzakirəsini bəzi çevrələr süni şəkildə qabartmağa çalışır.

Bu kitab bu qədər təbliğ olundu, amma hətta Şahbaz Xuduoğlunun reytinqində də yer almadı. Uğur qazanmadı.

“ELMARA YAS SAXLAYIRSAN, ELMAR KİMİ YAZMIRSAN”

Şahvələd Çobanoğlu:

O kitab mahiyyəti etibarı ilə “Azadlıq nitqləri” deyil. Mən niyə bunun adına “ehtiyatlanmaq” deyirdim.

Kitabın ümumi fəlsəfəsi «hökumətlə hökumətlik etməmək lazımdır»a söykənir.

Bu kitabın ümumi məzmununu Azər bəyin bu günlərdəki bir yazısı tamamladı: «Elmara yas saxlayıram». Amma təzad yaranır, Elmara yas saxlayırsan, Elmar kimi yazmırsan.

Mən dünən Azər bəyin bu söhbətdən əvvəl «Bir polemikaya ön söz» adlı yazısını oxudum.

Sizdə də bu polemika rinq kimi təqdim olunub. Azər bəy həmin ön sözdə deyir ki, qarşı tərəf yaxşı hazırlaşsın.

Necə olur ki, Azər bəy öz kitabı ilə bağlı müzakirəyə əks tərəfi az qala hədələyərək gəlir, amma ölkənin, özünün azadlıqlarını qəsb edən adamlarla bağlı sadə, tənqidi yazılardan çəkinməyi, risk etməməyi tələb edir.

“MƏN SÖZ OYNATMAĞI HAMIDAN YAXŞI BACARARAM”

Azər Qaraçənli:


- Bir var sən kimisə çağırırsan, biri var sən özün gedirsən. Bunlar ayrı-ayrı şeylərdir. Mən deyirəm ki, risk eləməyin. Bunu kimə deyirəm?

Mübarizə aparan və ya aparmalı olana.

Niyazi Mehdi
Bir də var özüm qərar verirəm, risk eləyim, eləməyim. Bir var kəskin yazım. Mən yazıram.

Bir də var başqalarını kəskinliyə aparan yazı yazıram. Bunlar ayrı-ayrı şeylərdir. «Azadlıq nitqləri» başqalarına ünvanlanmış, başqalarının taleyi ilə bağlı fikirlərdir.

Amma mən özüm rəhmətlik Elmar Hüseynov qədər və ondan da artıq kəskin yazıların müəllifiyəm.

Mən ölsəm, baxmayaraq ki, Şahvələd Çobanoğlu mənim onun kimi yazmadığımı deyir, amma ölsəm o da yas tutacaq.

Bir var fikir, bir də söz oynatması. Bu söz oynatmasıdır: “Elmara yas saxlayır, Elmar kimi yazmır”.

Mənim dediyimsə fikirdir, söz oynatmıram. Halbuki mən söz oynatmağı hamıdan yaxşı bacararam.

Elnur Astanbəyli:

- Azər bəy, sizi əvvəlki yazılara görə öldürməyiblərsə, «Azadlıq nitqləri»nə görə də öldürməzlər.

Azər Qaraçənli:

- Mən inanıram ki, sizi də öldürməyəcəklər. Siz Fazil Qəzənfəroğlunun adını çəkdiz, eşitdiyimə görə, onunla bir partiyada olmusuz.

İndi onun əleyhinə çox yazırsız. Anar Yazıçılar Birliyinin sədri ola-ola bu quruma üzv olmusuz. Sonra da onun sədrliyinə etiraz olaraq ordan çıxmısız.

Mən arzu edirəm ki, «Azadlıq» qəzetindən də belə çıxmayasız. Bu yolunuzu davam etdirəsiz.

Canınız da sağ olsun. Heç kim sizə xətər törətməsin. Şahvələd bəyin dediklərinə qayıdaq. Başqalarının taleyindən ehtiyatlanmayanın vicdanı yoxdur.

Mən sizin taleyinizdən narahat deyiləmsə, sizin taleyiniz məni öz taleyim, ailə üzvümün taleyi qədər narahat etmirsə, deməli, mən vicdanlı adam deyiləm. «Azadlıq nitqləri» vicdanın ən yüksək səviyyədə ifadəsidir.

Kitabın satılıb-satılmaması haqda deyilənlərə gələndə. Kitab satışı meyar ola bilməz.

“BU ÇAĞIRIŞLAR ZİYANLIDIR””

Azadlıq Radiosu:

- Azər Qaraçənlinin esseləri AzadlıqRadiosunda yerləşdiriləndə şərhlərdən birində deyilirdi ki, 2003-cü il polis dəyənəyinin qurbanı Həmidağa Zahidovun ölümünə dəyərdimi, onun taleiynə hökm etməyə dəyərdimi?

Qaragüruhçuluqdansa sakit, soyuq başla əli silahlını ram etməyin yolunu tapmaq olmazdımı, insan bu qədərmi dəyərsizdir, cənab bu kitabı yandırmaq istəyənlər?

Şahvələd bəy, bununla bağlı fikirinizi öyrənərdik.


Şahvələd Çobanoğlu:

- Bu məsələlər bir neçə əsr əvvəl müzakirə olunub. Biz müasir dünyanın paradiqmalarını, standartlarını qoyub, neçə əsr əvvəl müzakirə olunmuş məsələlərə qayıtmaq istəyirik.

Azadlıq istənilməlidir. İnsanlar haqlarını istəyirlər.

Burda riskli bir şey yoxdur. Necə ola bilər ki, azadlığı pozan adamın adını çəkmədən «Azadlıq nitqləri» yazasız? Biz müəllifin istedadına, vicdanlı olmasına şübhə etmirik.

Üstəlik bu çağırışlar ziyanlıdır. Mən ona görə kitabın oxunmamasını önə çəkdim ki, çağırışlar düzgün deyil, buna görə də diqqət çəkmədi, bu qədər reklama baxmayaraq.

Bir neçə əsr bundan əvvəl bu məsələ qapanıb: azadlıq istənilməməlidir ya yox, azadlıq uğrunda risk edilməlidir ya yox.

Yoxsa söhbəti vicdana, başqalarının taleyindən narahatlığa çəkmək lazım deyil. Bir var insanlar asta-asta ölür.

Hakimiyyət hissə-hissə öldürür, xəstəxanalarda, yolda. Məmurlar adamların ürəyini partladırlar.

Söhbət ondan gedir ki, bu cür ölənlərin sayı o ölənlərin sayından qat-qat çoxdur.

Azər Qaraçənli
O birilərə görə narahat olmadan bir nəfərin ölümünə necə narahat ola bilərsən?

“QOY GEDİB MEYDANLARDA QIRILSIN”

Azər Qaraçənli:


- Mən yenə başa düşə bilmirəm söhbət nədən gedir? «Azadlıq nitqləri» kitabının bir neçə auditoriyası var.

Mübarizə aparanlara ünvanlanmış nitqlər və bir də mübarizəyə dəvət edilənlərə.

Belə kitaba demək ki, azadlıq haqda deyil, ziddiyyətli görünür. Bənənyarda etiraz edən həbs olunub və həbsdən çıxandan bir ay sonra həlak olub.

Bu bizim mövzumuzdur ya yox? Azadlıq uğrunda mübarizənin mövzusudur ya yox?

Siz həmin insana bundan sonra azadlıq uğrunda hansı mübarizəni təklif edirsiz?

Elnur Astanbəyli:

- Polis idarələrində hər gün nə qədər insan öldürülür, işgəncədən nə qədər adam ölür.

Bu qədər qurbanlara qarşı necə deyə bilərsiz ki, hakimiyyətə qarşı ehtiyatlı olmaq lazımdır, gözüqıpıq olmaq lazımdır? Məntiqi yoxdur bunun.

Madam ki, bu xalq bu şəkildə yollarda ölür, Azərbaycanda nə qədər körpə korrupsiya ucbatından ölü doğulur, bu çirkin sistemin üzündən çərləyib ölürlər, qoy gedib onda meydanlarda qırılsın ölsün də.

Azər Qaraçənli:

- Maraqlı fikirdir: «Meydanlarda qırlısın». Yəni “mən gedib meydanda ölüm” söhbəti yoxdur. İyirmi ildir biz belə söhbəti çox eşidirik.

Elnur bəy deyir ki, insanlar polis şöbələrində ölür. Bəs mən nəyi deyirəm. Mən də deyirəm ki, insanlara işgəncə verirlər, öldürürlər, bu cür zalım hakimiyyətdir, təhlükəli vəziyyətdir, ehtiyatlı olun.

«Azadlıq nitqləri» azadlıq üçün təhlükəli mühitdə neyləmək olar axtarışlarının bir formasıdır, esselər toplusudur.

«Azadlıq nitqləri» azadlıq əleyhinə olanların ucbatından azadlığın tərəfdarlarının əziyyət çəkməməsinə yönəlib.

Yəni biz neyləyə bilərik ki, azadlığın dostları əziyyət çəkməsinlər.

Mən nəyə görə deyirəm ki, Bənənyarda oturana nə təklif edirsiz? Məlum mövzudur, biz yazmışıq, Elnur bəy yazıb.

Gəlin ortaya onda bununla bağlı model qoyaq.

“BƏNƏNYARDA ADAMI ÖLDÜRƏNDƏN DANIŞAN YOXDUR”

Şahvələd Çobanoğlu:


- Azər bəyin dediyi model kitabda yoxdur və belə aydın deyil.

Orda mücərrəd, qarışıq fikirlərdir. Mən şəxsən ona bənzətdim ki, müəllifin yanğısı var, demək istəyir, amma tam deyə bilmir, alayarımçıq deyir.

Onun təklif etdiyi budur ki, verilən azadlıqların sərhədində dayanmaq. Bu elə razılaşmaqdır.

Bizə də elə deyirlər ki, razılaş. Bənənyarda adam ölüb, hamı sübut etmək istəyir ki, mən daha yaxşı işıqlandırmışam.

Amma Bənənyarda adamı öldürəndən danışan yoxdur. Bilirsiz niyə Bənənayarda adam öldürürlər?

Çoxdandır, böyük əksəriyyətimiz bu məsələdən qaçmışıq.

Həmin Bənənayrda adam öldürənin üstünə getmirik. Onlar da görürlər ki, qaçırıq, növbətini də öldürürlər.

Bu sistem öldürənin üstünə getmədiyi üçün işləyə bilməz, Azər bəy. Mən bu müzakirədə vicdan ağrısı ilə iştirak edirəm.

Azadlığı qəsb edənlər orda qalıb. Siz də azadlığı qəsb edənlərin əlinə adamlar verirsiz ki, bax bunlar da passivləşib.

Hökumətin istədiyi odur elə. Onun istədiyi xətdə dayanaq, artıq-əskik etməyək.

Sizin kitabın ziyanlı tərəfi budur. Siz nədən azadlığı qəsb edənin üstünə getməyə model təklif etmirsiz?

XƏLİL RZA NƏ YAZDI, NƏ DEDİ

Azadlıq Radiosu:

- Dinləyici yazır ki, azadlıq dediyin nə, qorxaqlığa çağırışın nədir?

Bəs bizim türk oğlu Xəlil Rza Ulutürkün hayqırtısı nəydi: «İstəmirəm azadlığı qram-qram. İstəyirəm qolumdakı zəncirləri qıram-qıram».

Başqa dinləyici yazır ki, Xəlil Rzanın sonradan kimə Atatürk deməsinin şahidi olduq.

Bir başqa dinləyici yazır ki, Elnur Astanbəyli, sizin və Azər Qaraçənlinin fəaliyyətini insanların rəngbərəng xasiyyətdə olmasına oxşadıram. Amma mən emosiyalara qapıldığıma görə həmişə itki ilə üzləşmişəm.

Həkim yazır ki, Azər Qaraçənli səmimidir, o icazəli qəhrəman olmaqdansa qəhrəman olmamağı seçir. Həm də yazmaq nə vaxtdan qəhrəmanlıq sayılır?


“TƏHLÜKƏLƏRDƏN QORXMAQ DAHA TƏHLÜKƏLİDİR”

Elnur Astanbəyli:


- Biz qəhrəmanlıq iddiasında deyilik. Azərbyacanda belə əcaib fikir formalaşıb ki, nə düşüb qəhrəman olmusuz, inqilabçımı olmusuz?

Bu səfeh fikirləri yığışdırmaq lazımdır. Azərbaycanda vəziyyətin iki rəngi var: ağ və qara.

Azər bəy təhlükələrdən qorxmağa çağırır.

Daniel Defonun fikri var ki, təhlükədən qorxmaq təhlükələrin özündən min dəfə təhlükəlidir.

“KİŞİLƏNMƏK İSTƏYƏNLƏR AZADLIQ MÖVZUSUNUN DALINDA GİZLƏNİRLƏR”

Filosof Niyazi Mehdinin söhbətə əlavəsi:


- Əziz dostlar, yaxşı ki, Xəlil Rzadan danışdılar. İlk dəfədir şərhlər mənə maraqlı gəldi. Azadlıq simvoluna sığınıb, düşüncəsini gizlədənlər çox olub, azadlığa yaraşmayanlar olub ki, azadlıqdan bayraq düzəldiblər.

Bəzən bir çox mövzular dəbə minəndən sonra bütün kişilənmək istəyənlər, özünü ağıllı göstərmək istəyənlər həmən mövzuların arxasında gizlənirlər.

Məsələn, bir vaxt Qarabağ dəbdə olan mövzuydu.

Sonra nə oldu. Hər yerindən duran kişilənə-kişilənə danışıb mövzunu murdarladı. İndi ağıllı adam Qarabağdan danışanda özünü pis hiss edir.

Eləcə də azadlıq haqqında. Azərin kitabı da bu fonda əhəmiyyətlidir.

Onu deyim ki, Azərin kitabına Marksın kommunist partiyası manifesti prinsipiylə yanaşmaq lazım deyil.

Azərin kitabı manifest deyil. O kitab Azərin düşüncə repertuarına verilmiş əlavə mətndir.

Necə ki, müğənnilərə dörd-beş mahnıdan sonra bəstəkarlar sevinib minnətdarlıq əlaməti kimi altıncı mahnını verirlər, Azərin mahnısı da yeni mahnıdır.

Əhəmiyyəti də odur ki, insanlar müxtəlifləşirlər.

Elnur bəylə razı deyiləm ki, cəmiyyət ağ-qaradır. Nəinki cəmiyyət, sizinlə mən də ağ-qara deyilik.

Ağla qaranın ortasında min dənə çalar var. O başqa məsələ ki, sən çalarlara fikir verməyəsən.

Bizim cəmiyyətimizdə də kimlərsə ağ-qara ilə oynayır, kimlərsə çalarlarla.

Azərin kitabı çalarların kitabıdır. Fəlsəfəylə məşğul olan adam kimi deyirəm ki, ağırlıq baxımından gözəl kitabdır.

“MƏN MÜBARİZƏDƏN QAÇANLARA AZƏRİN KİTABINI OXUMAĞI MƏSLƏHƏT GÖRÜRƏM”

Şahvələd Çobanoğlu:

- Azərbaycanda adamlar var ki, kiminsə nə zaman mübarizə aparıb sonra satılmasını mübarizəni ləkələmək üçün istifadə edirlər. Kimsə satqın ola bilər, axıra qədər getməyə bilər. Mübarizə ağırdır. Biz hakimiyyətə münasibətdən danışırıq. Daha təhlükəli olan bu hakimiyyətin uzanmasıdır. Nəinki onunla razılaşıb fürsət gözləmək, azadlıqların sərhədində dayanmaq.

Elnur Astanbəyli:

- Niyazi Mehdiyə heyrət etdim. Ağıllı, müdrik olmağın məsələyə nə dəxli var?

Heydər Əliyev də müdrik insanıydı. Müdrik olmaq həqiqətləri malalamağa əsas verir?

Mən azadlıq uğrunda mübarizədən gizlənmək istəyənlərə Azər bəyin kitabını diqqətlə oxumağı tövsiyə edirəm.

Orda onun bütün yolları göstərilib.

“SADƏCƏ SİZ BUNU BİLMİRSİZ”

Azər Qaraçənli:

- Təssüf edirəm. Hansı savadla hansı müzakirəyə gəldiyini bilməyən adam yalnız bu savadla bu müzakirəyə gələ bilər.

Qorxunun ən adi psixologiyasını bilmirlər. Qorxudan tabe olanı azad eləmək asan olar, yoxsa könüllü tabe olanı?

Qorxu tabe edənlə tabe olanın arasındakı mənəvi-psixoloji münaqişədir.

Bu münaqişə insanın azad olacağına daha böyük şans verir, nəinki könüllü tabe olanın.

Ona görə də qorxulardan danışanda biz həm də məhz azadlıqdan danışırıq.

Sadəcə olaraq siz bunu bilmirsiz...

Müzakirəni tam şəkildə BURDA dinlə
XS
SM
MD
LG