Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:15

«Fətullayevin namizədliyinə maneə yoxdur»


«Eynulla Fətullayevin deputatlığını irəli sürməsi üçün maneə yoxdur». Bunu AzadlıqRadiosuna həbsdə olan jurnalistin vəkillərindən biri Elçin Sadıqov deyib.

Vəkilin sözlərinə görə, Azərbaycan Konstitusiyasının 85-ci maddəsində göstərilir ki, ağır cinayətlərə görə məhkum olunmuş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cəza çəkən şəxslər Milli Məclisə deputatlığına namizədliyini irəli sürə bilməz. Amma vəkil deyir ki, Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmənin 2007-ci ildə çıxardığı hökmün əsasızlığı barədə Avropa İnsan Haqları Məhkəməsinin qərarı olduğundan vəziyyət jurnalistin xeyrinə dəyişib.

«2010-ci il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Ağır Cinayətlərə dair Məhkəmənin 2007-ci il oktyabrın 30-da çıxardığı hokumü əsasız hesab etdiyindən və jurnalistin dərhal azadlığa buraxılması ilə bağlı qərar çıxardığından, bundan başqa narkotika ittihamı ilə bağlı məsələdə Qaradağ rayon məhkəməsi Eynulla Fətullayev haqqında 2 il 6 aylıq azadlıqdan məhrum etmə cəzası çıxaranda Ağır Cinayərlərə dair İşlər üzrə Məhkəmənin hökmün hüquqi nəticələrini nəzərə almayıb».

Avqustun 24-də jurnalistlərə müsahibəsində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirb ki, Eynulla Fətullayev namizəddliyini irəli sürə bilməz. Fərhad Abdullayev bunu Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərardan Azərbaycan tərəfinin Böyük Palataya verdiyi şikayətlə bağlı hələ bir nəticənin olmaması ilə əlaqələndirib.

2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb.
Bu ittihamla jurnalist 2010-cu il iyulun 6-da Qaradağ rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalist narkotik maddənin onun üzərinə qəsdən qoyulduğunu bildirib.
XS
SM
MD
LG