Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:18

Köşə yazarları Ərdoğanın BBC-yə açıqlaması barədə


Ahmet Hakan Coşkun («Hürriyet»)

Yeni başlayanlar üçün erməni məsələsi

Erməni məsələsində başınızın rahat olmasını istəyirsinizmi? O vaxt yubanmadan bu resepti həyatınıza tətbiq edin:

Bir: Özünüzü heç vaxt dövlətin yerinə qoymayın.

İki: Heç vaxt dövlət diliylə danışmayın. Məsələn, «İqtisadiyyat sahəsində yeni qərarlar qəbul etdik» şəklində sözlər deməyin.

Üç: Millətin yekdilliklə bir bütöv olduğuna dair tezisə inanmayın.

Dörd: Dövləti idarə edənlərin qəbul etdikləri qərarların məsuliyyətini bölüşməyin.

Beş: Özünüzü dövlətinizin içində əritməyin.

Əgər bunları etsəniz, çox rahat olarsınız.

Almanlara baxın. «Almanlar yəhudiləri qətl etdi» dedizdirmək əvəzinə «Faşistlər yəhudiləri qətl etdi» dedizdirmirlərmi?

Yaxşı, elə isə biz niyə «Türklər erməniləri qətl etdi» deyək ki? 1915-ci ildə dövləti idarə edən «İttihadçı zümrə»nin qəbul etdiyi qətliam qərarına görə niyə bütün millət məsuliyyət daşısın ki? Niyə «Biz bu işi etmədik, biz bu işi etmədik»deyə təlaşa düşək ki?

Niyə tariximizin bir səhifəsində hakimiyyətdə olmuş bəzi adamların qəbul edib həyata keçirdikləri səhv qərarlara, «Bizim tariximizdə ən xırda bir qara ləkə də yoxdur»deyə sahib çıxıb o qərarları təmizə çıxaraq ki?

Əgər illah da «Babam mənim üçün önəmlidir. Arkadaş, mən babama sahib çıxıram» deyirsinizsə, sizin Ənvər paşa və Talat paşadan da başqa babalarınız var.

Məsələn, erməni köçü vaxtı erməni qonşularını gizlicə evlərində saxlayaraq onları qətliamdan və köçdən xilas edən babalarınız.

İllah da babanıza sahib çıxmaq istəyirsinizsə, onlara sahib çıxın.

Yılmaz Özdil («Hürriyet»)

Qaçaq

Erməniləri qovmadığımızı sübut etmək üçün erməniləri qovacağımızı açıqladıq.

Qovdunuzmu?

Qovmadıq.
Əgər «Qovdunuz» desələr?

Polklarla qovarıq.

Bu məntiqlə soyqırımı yapmadığımızı isbat etməyə çalışsaq - Allah saxlasın!

Əhali işsiz ikən qıraqdan gələnlərə niyə iş verilir? Buna heç toxunmuram. «Kunta Kintəyəm»-deyən baş nazir ölkəsində qaçaq işləyən «müasir kölə»lərin «iş yeri sahibi» olmurmu?

Qəbahət qaçaq işləyəndədir, yoxsa qaçaq işlədəndə?

98 min yox, 103 min yox, artığı yox, dəqiq 100 min imiş. Əlazığda 3 dənə kənddə neçə adamın öldüyünü 3 gün saya bilməyən dövlət qaçaq işçiləri necə olur ki, bu qədər dəqiq saya bilir?

Qaçaq ermənilərin çoxu qadındır. Çünki xəstələrə baxmaq üçün asan iş tapırlar. Zəhmət çəkib öz ata-anasına baxmayan, onları qeyri-qanuni çalışan işçinin vicdanına əmanət edən millət atalarının haqqını hansı haqla müdafiə edir?

Tutaq ki, qaçaq ermənini yaxaladıq; pasportu yoxdur. «Gürcüyəm» dedi. Gürcüstandan soruşacağıq, «tanımıram» deyəcəklər. Bu durumda nə edəcəyik? Hansı ölkəyə qovacağıq?

Məsələn, siz «Vallah doğru söyləyirsiniz» deyə mənim sözümü təsdiq edən xanım. Evinizdə moldovalı qadın işləyir, sığortası ödənmədən, qeyri-qanuni. Hardan bilirsiniz onların moldovalı olduğunu? Göstərdiyi pasportun həqiqi olduğuna arxayınsınızmı? Pasport mütəxəssisinizmi? Siz qeyri-qanuni adam işlədəcək qədər ağıllısınız, o, saxta pasport tapa bilməyəcək qədər axmaqdırmı?

Tullanıb-düşdük; Vaşinqtondakı səfirimizi geri çağırdıq. Afərin. Diasporanın paytaxtı Kaliforniya da soyqırımı tanıyır, Los-Ancelesdəki baş konsulumuz niyə hələ də ordadır?

20 ölkə soyqırımı tanıyanda səsimiz çıxmadı. İsveç tanıdı, var gücümüzlə bağırırıq. Acığımız İsveçədirmi? Əgər elədirsə....Qərarı İsveç qəbul etdi, erməniləri qovuruq, isveçlilər niyə qalır?

«Bir ölkə də tanıyarsa, 100 min ermənini qovarıq» deyirik. Fərz edək ki, bir ölkə də tanıdı və 100 min ermənini qovduq. Cəbhəxana bitdi. Bir ölkə də tanısa, nə olacaq? Barı, 10-10 qovsaq, ən azı 10 ölkəyə də cavab vermiş olmarıqmı?Yoxsa 5-5 qovaqmı?

Sözü uzatmayaq.

«Kürd açılımı» yapdıq. Partiyalarını qapadıb yasaqladıq.

«Erməni açılımı» yapdıq.

Erməniləri qovuruq.

Qaraçıların nəzərinə!
XS
SM
MD
LG