Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:18

Futbol rəsmiləri “Anti-korrupsiya Təlim Düşərgəsi”nə cəlb edilir


Çinin qadın futbolçuları
Çinin qadın futbolçuları
HAMIYA ANTİ-KORRUPSİYA DƏRSLƏRİ

Çində 200-dən çox futbol rəsmisi beşgünlük “Anti-korrupsiya Təlim Düşərgəsi”nə cəlb edilib. Hökumət “danışılmış oyunlar” qalmaqallarından sonra futbolda kütləvi sağlamlaşdırma siyasəti həyata keçirməyə başladığını deyir.

Çində ölkədaxili oyunlarda korrupsiya iddialarının araşdırılması üçün ötən həftənin əvvəlində 1998-ci ildən FİFA-nın beynəlxalq hakimi olan Huang Junjie istintaqa cəlb edilib.

“Beijing Youth Daily” qəzetinin məlumatına görə gələn mövsümdə kişi və qadınlardan ibarət peşəkar oyunların bütün təşkilatçıları xüsusi anti-korrupsiya mühazirələrinə, hakimlik təlimlərinə cəlb edilib bu barədə xüsusi imtahanlar verməli olacaqlar:

“Hakimlərin yenidən təlimlərə cəlb edilməsi aparılan anti-korrupsiya kampaniyasının çox mühüm hissəsidir. Bu iş Cin Futbol Assosiasiyası və milli komandaların rəsmiləri üçün də həyata keçiriləcək”.

HAKİMLƏRƏ ETİRAF ETMƏK FÜRSƏTİ, AMMA PULU QAYTARMAQ ŞƏRTİLƏ


Çin Futbol Assosiasiyasının rəsmisi Wei Di bildirir ki, həmçinin hakimlərə keçmişdə yol verdikləri qanunsuzluqları etiraf etmək şansı da veriləcək: “Hər hansı hakim bunu etiraf edib cəzadan azad olmaq istəyirsə, qanunsuz əldə etdiyi pulu da dərhal qaytarmalıdır. Məncə, hər kəs özünü ağır cəzalardan xilas etmək üçün belə bir etirafı edib, pulları hökumətə təhvil verəcək.”

İndiyə qədər yalnız bir hakim - Gong Jianping 2003-cü ildə “Qara fit” adı ilə tanınan qalmaqal zamanı danışılmış oyun qurulmasında iştirak etdiyini boynuna alıb. O zaman həmin hakimi 10 il azadlıqdan məhrum etdilər və 18 ay sonra da o, həbsxanada keçindi.

Çin Futbol Assosiasiyasının əvvəlki rəhbəri Nan Yong və 20-dən çox oyunçu, klub menceri, başqa futbol rəsmiləri də son bir neçə ayda korrupsiya ittihamları ilə həbs olunub.
XS
SM
MD
LG