Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:25

«Prezidentin ailə üzvlərinin mülkə sahib olmaq hüququ var»


Əli Həsənov
Əli Həsənov
«Heç bir qanun Prezidentin ailə üzvlərinə, onun həddi-buluğa çatmış uşaqlarına və yaxınlarına hər hansı bizneslə, yaxud kommersiya fəaliyyəti ilə məşğul olmağı qadağan etmir.

Bunu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov «Vaşinqton Post» qəzetinin 5 mart 2010-cu il tarixli yazısındakı məlumatı şərh edərkən deyib.

Ə.Həsənov qeyd edib ki, bütün Azərbaycan vətəndaşları kimi, onun ailə üzvlərinin və yaxınlarının da hər hansı mülkə sahib olmasında qeyri-adi heç nə yoxdur:

«Bir faktı da nəzərə almaq lazımdır ki, cənab prezidentin qızlarından biri kifayət qədər maddi imkanı olan ailənin gəlinidir». / APA /

MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN BURA DAXİL OL
XS
SM
MD
LG