Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:27

«MDB-nin ən varlı adamı – İlham Əliyev»


12 yaşlı Heydər Əliyevin adına alınmış 44 milyon manatlıq mülk

«The Washington Post» qəzetində 11 yaşlı, adı və doğum tarixi Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevlə üst-üstə düşən bir azərbaycanlı məktəblisinin adına 44 milyonluq 9 mülk alınmasıyla bağlı politoloq Zərdüşt Əlizadə deyir ki, bu ölkədəki korrupsiyanın göstəricisidir:

MDB-NİN ƏN VARLI ADAMI

«Heç kim üçün sirr deyil ki, bu ailə neft-qaz biznesi, başqa biznes ilə məşğuldur. Hamı bilir ki, Azərbaycanda icra hakimiyyəti başçıları, nazir vəzifələri necə, neçəyə satılır. Bütün bu korrupsiya piramidasının zirvəsində kim durur, onu da hamı bilir. 44 milyon yox, 440 milyon, 4 milyard 500 milyon dollara da mülk ala bilər. MDB ölkələrində qeyri-rəsmi şəkildə çap olunan bütün şərhlərdə bizim prezidentimiz ən varlı adam sayılır. Əgər rəsmi maaşı və aldığı mülkiyyətin həcmi göstərilirsə, bu pul haradan gələ bilər? Əgər bu məlumat doğrudursa, təbii ki, qeyri-qanuni mənbələrdən gələ bilər».

«İLHAM ƏLİYEV İZAHAT VERMƏLİDİR»


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə deyir ki, İlham Əliyev bu məqalə ilə bağlı izahat verməlidir:

Əli Kərimli
«Məqalə açıq şəkildə sübut edir ki, dövlət başçısı İlham Əliyev bilavasitə Azərbaycandakı korrupsiya piramidasının başında durur. Başqa cür onun 12 yaşlı övladının adına yalnız bir dəfəyə 44 milyon dollarlıq əmlakın alınmasını izah eləməyə imkanı yoxdur. İlham Əliyev bu məqaləylə əlaqədar izahat verməlidir. Bu ölkə əhalisinin 1 milyon 200 min nəfəri ayda 70-75 manatın müqabilində yaşayır. 200 mindən artıq ailə sosial müavinət hesabına yaşayır. Bu ölkədə orta aylıq əmək haqqı 300 manatdır. Belə olan halda İlham Əliyevin məktəbli oğlunun 44 milyon dollarlıq əmlak alması onu göstərir ki, Azərbaycan hakimiyyəti öz korrupsiyasını artıq gizlətmir də».

44 MİLYON...440 MİLYON...4 MİLYARD

Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl isə deyir ki, Azərbaycanda korrupsiya ildən-ilə genişlənir. Ona görə də məqalədə yazılanları oxuyanda təəccüblənməyib:

Zahid Oruc
«Mən fikirləşirəm ki, 44 milyon dollarlıq da mülk ala bilərlər, 440 milyonluq da, hətta 4 milyardlıq da ala bilərlər.Nəyin hesabına, Azərbaycanın problemlərinin hesabına, Azərbaycandakı korrupsiyanın, qanunsuzluğun hesabına…»

«PREZİDENTİN TƏRCÜMEYİ-HALI ŞƏFFAFDIR»

Millət vəkili Zahid Oruc isə yazılanları cəfəngiyat adlandırır. Onun fikrincə, dövlət başçısına qarşı olan bu yazı tamamilə əsassızdır:

«Ona görə ki, cənab prezidentin övladı hələ yaşca kiçikdir. Onun Azərbaycanın xarici məkanında bu cür mülkiyyətlə mükafatlandırılmasına və bu mülkiyyət üzərində gələcək iqtisadi planların qurmasına ehtiyacı yoxdur. Dövlət başçısının övladları ölkənin milli mənafeləri üçün fəaliyyət göstərirlər. Azərbaycan prezidentinin tərcümeyi-halı çox şəffafdır və onun bu cür planda, maliyyə layihəsində kiminsə gələcəyi üçün nələrsə düşünməsinə ehtiyacı yoxdur».

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirdi ki, məqaləylə hələ tanış olmayıb. Sonra isə gün ərzində telefon zənglərinə cavab vermədi.

MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN BURA DAXİL OL
XS
SM
MD
LG