Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:44

Semnebi Bakıda müzakirələrinin mövzusunu danışır


Avropa Birliyinin Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsi Piter Semnebi
Avropa Birliyinin Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsi Piter Semnebi
Fevralın 23-də Avropa Birliyinin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Piter Semnebi Bakıya səfərə gəlib. Semnebi iki ikigünlük səfəri haqqında AzadliqRadiosuna məlumat verib.

- Budəfəki səfərim Avropa Birliyinin üç Cənubi Qafqaz ölkəsi ilə assosiasiya razılaşması imzalaması üçün müzakirələrə başladığı bir vaxta təsadüf edir. Bu razılaşmalar həmin üç ölkə ilə daha sıx siyasi əlaqələri, perspektivdə azad ticarəti və viza rejiminin sadələşdirilməsini nəzərdə tutur.

P. Semnebi bildirir ki, Azərbaycanla əlaqələrdə enerji, Qarabağ, Türkiyə-Ermənistan normallaşması da həmişə gündəlikdə olur.

Həmçinin də əvvəllər olduğu kimi bu dəfə də insan hüquqlarının, media azadlığının vəziyyəti müzakirə olunacaq.

Semnebi bildirib ki, həbsdə olan bloqçuların vəziyyəti də onların gündəliyində ilk sıralardan birindədir və mümkün olan bütün fürsətlərdə bu məsələni qaldırırlar.
Ümid edir ki, bu istiqamətdə hansısa irəliləyişlər olacaq ki, məsələ Bakı ilə münasibətlərin gələcəyinə daha böyük problemə çevrilməsin.

Azərbaycanın da daxil olduğu Avropa Birliyinin Şərq Tərədaşlığı Proqramının icrası barədə suala cavabında Semnebi qeyd etdi ki, bu sahədə görüləsi işlər çoxdur: “Məsələn, assosiasiya razılaşmaları üçün danışıqların aparılmasından ötrü mandatlar imzalanmalıdır. Bu tipli işlər çox vaxt alır. Çox sayda bürokrat işə cəlb edilməli, texniki işlər görülməlidir.

Amma bu müzakirələrə başlanması düşünürəm ki, bir çox sahələrdə islahatlar cəhdlərinə olduqca müsbət təsir edərdi.

İşlər gedir, əminəm ki, nəticələri də tezliklə özünü göstərəcək".

P. Semnebi bildirib ki, Bakıda ölkənin siyasi rəhbərliyi, Xarici İşlər Nazirliyinin nümayəndələri, müxalifət və ictimai qurumların təmsilçiləri ilə görüşəcək.

Onun səfəri fevralın 24-ü axşam başa çatır.
XS
SM
MD
LG