Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:36

Azərbaycan hakimiyyəti 10 min məktub ala bilər


Bloqqerlər Emin Milli və Adnan Hacızadə
Həbs edilən bloqqerlər Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması tələbi ilə Azərbaycan hakimiyyətinə 10 minə yaxın məktub gələ bilər.

Dekabrın 10-da «Amnesty International» təşkilatı Polşada Məktub Marafonu təşkil edib.

Marafonun Polşadakı koordinatoru Voyzek Makovski AzadlıqRadiosuna deyib ki, bu il polyaklar müxtəlif hökumətlərə siyasi məhbuslar, jurnalistlər və demokratiyayla bağlı 100 mindən çox məktub yazıblar.

Azərbaycan rəsmiləri də 10 minə yaxın məktub ala bilərlər.

Qlobal Məktub Marafonunun əsası 2001-ci ildə Polşada qoyulub. İnsan Haqları Bəyannaməsinin ildönümüylə əlaqədar olaraq hər il dekabrın 10-da 40-a yaxın ölkədən insan haqlarının vəziyyəti pis olan ölkələrə məktublar ünvanlanır.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
XS
SM
MD
LG