Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:27

Donuz qripi virusu qorxulu formalar alır



Dünya Səhiyyə Təşkilatı donuz qripi pandemiyası təhlükəsiylə bağlı həyacan təbilləri çalarkən, virusa qarşı peyvəndin hələ sınaqları bitməmişkən, bir həyəcanlı xəbər də Braziliyadan gəldi.

Braziliyadakı labarotoriyalardan birində Donuz qripinin – H1N1 virusunun yeni forması tapılıb. Sao Paolodakı Adolfo Lutz İnstitundan verilən məlumata görə, xəstələrdən birində H1N1 virusunun mutasiyaya uğrayan yeni növünü aşkarlayıblar.

Yeni virusa Sao Paolo/1554/H1N1 şərti adı veriblər. Bu donuz qripinin mutasiyaya uğrayan ilk variantıdır.

İnstitunun alimləri narahatdırlar ki, Cənub Yarımkürəsində, Cənubi Amerika, Avstraliya kimi ölkələrdə qış fəslinin yaxınlaşması ilə müxtəlif qrip epidemiyalarının yayılmasıyla Donuz qripi fərqli viruslarla mutasiya eləməyi öyrənə bilər.

Belədə, yeni viruslara qarşı peyvəndlərin və dərmanların təsirli olmasına heç kim təminat verə bilməyəcək. Bu da, virusa yoluxanların sayını və ölüm hallarını kəskin şəkildə artıra bilər.
Hal hazırda dünyada 30 mindən çox adam Donuz qripi virusuna yoluxub. Virusdan ölənlərlə bağlı məlumatlar isə artıq təkcə Şimali Amerikadan yox, Cənubi Amerika, Avropa və Afrikadan da gəlir. Dünya Səhiyyə Təşkilatı virusu ən yüksək təhlükəlilik dərəcəsinə aid eləyib, həyacan siqnalını pandemiya həddinə qaldırıb.

XS
SM
MD
LG