Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:52

"Türkiyə və Ermənistan arasında geniş razılaşma"


Ankara. 6 aprel 2009. ABŞ və Türkiyə prezidentlərinin görüşü
Ankara. 6 aprel 2009. ABŞ və Türkiyə prezidentlərinin görüşü
Məqalənin müəllifi Bet Şeridan Aprelin 22-də Türkiyə və Ermənistanın iki ölkə arasındakı münasibətləri normallaşdırmaq barədə razılığa gəlmələrini şərh etmişdir.

Müəllif yazır ki, bu iki ölkə arasındakı münasibətlər, xüsusilə də bir əsr əvvəl baş vermiş qırğınlar Avropa ölkələri və Obama administrasiyası üçün də şişərək siyasiləşdirilmiş bir məsələyə çevrilmişdir. Qəzet xəbər verir ki, İsveçrənin vasitəçilik etdiyi danışıqlarda tərəflər ”ikitərəfli münasibətlərin normallaşdırılmasına dair əhatəli çərçivə” üzərində razılığa gəliblər.

ABŞ rəsmiləri bildirirlər ki, Obama administrasiyası ”Amerika prezidentinin İstanbula son səfəri zamanı hər iki ölkənin rəhbərləri ilə görüşlər keçirərək bu razılaşmanı səssizcə sürətləndirirdi”.

Anonimlik şərti ilə Vaşinqton Posta açıqlama verən yüksək ABŞ rəsmisi bu razılaşmanı ”irəliyə doğru mühüm bir addım adlandırmışdır”.

Müəllif onu da qeyd edir ki, sözü gedən razılaşma ermənilərin kütəvi qırğın kimi yad etdikləri hadisənin 94-cü ildönümündən iki gün əvvələ təsadüf edir. Həmin gün – aprelin 24-də ABŞ prezidenti Barak Obama Ağ Evin adından bəyanatla çıxış edərək 1915-ci il hadisələrini xarakterizə etməlidir. Barak Obama seçki kampaniyası dövründə həmin hadisələri soyqırımı adlandırmağa vəd versə də, əvvəlki ABŞ prezidentləri bu sözün işlədilməsindən çəkiniblər.

Amerika rəsmisi qəzetlə söhbətində bildirib ki, Ermənistan və Türkiyə rəhbərləri Obamanın planlaşdırılan bəyanatından xəbərdardırlar. ABŞ rəsmisi onu da bildirmişdir ki, ola bilsin ki, 1915-ci il hadisələrinin ildönümünün əldə edən razılaşma ilə bir vaxta düşməsi təsadüfidir, çünki danışıqlar bir ildir ki, davam edir və əldə edilən razılaşma daha böyükdür. Bir sözlə, bu razılaşma son anda panika içində əldə edilən razılaşma deyil, deyə ABŞ rəsmisi baş verənləri şərh edib.

Ağ Ev Barak Obamanın baş vermiş qətlləri ”soyqırımı” adlandırıb-adlandırmayacağı barədə olan sorğulara cavab verməyib.

Qəzetin özü 1915-ci il hadisələrini belə şərh edir: ”Az adam iddia edir ki, qırğınlar baş verməyib. Lakin Türk rəsmiləri və bəzi tarixçilər deyirlər ki, baş verən ölümlər soyqırımı kampaniyasının yox, Osmanlı imperiyası çökərkən baş verən məcburi köçürmələrin və böyük döyüşlərin nəticəsi idi və həmin dövrdə regionda yüz minlərlə türk də həlak olub”.

Qəzet yazır ki, əldə olunan Türkiyə-Ermənistan razılaşması hələ də iki dövlətin rəhbərləri tərəfindən imzalanmalıdır və parlamentləri tərəfindən ratifikasiya olunmalıdır. Hər iki ölkədə millətçilərin bu məsələdə güclü müqaviməti gözlənilir.

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi razılaşmanı belə təsvir edir: ”Razılaşma iki ölkə arasındakı sərhədləri açacaq, münasibətlərin normallaşdırılması üçün ”yol xəritəsini” müəyyənləşdirəcək, alt komitələr isə iqtisadi ilişgilərdən tutmuş, mühitlə bağlı olan məsələlərə qədər olan spektr üzərində işləyəcək”.

Qəzet yazır ki, ”razılaşmaya gəlməklə Türkiyə həmçinin ona nail oldu ki, Vaşinqton qopma ərazi olan Dağlıq Qarabağ regionu üstündə münaqişənin həlli ilə bağlı səyləri artıracağı öhdəliyini götürsün. Dağlıq Qarabağ Türkiyənin müttəfiqi olan Azərbaycanın içində olan, amma etnik erməni nəzarəti altında olan regiondur”.

Müəllif yekunda yazır ki, senator olanda həm Barak Obama, həm də Hillari Klinton Corc Buşdan erməni qırğınlarının soyqırımı adlandırmağı tələb etsələr də, Türkiyədə səfərdə olarkən Obama bu sözləri işlətməkdən çəkindi. Obama dedi ki, Türkiyə vacib NATO müttəfiqidir, mötədil islamçı administrasiya tərəfindən idarə olunaraq Şərq və Qərb arasında mühüm körpü rolunu oynaya bilər.
XS
SM
MD
LG