Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:37

«Karvan»da yenə etiraz aksiyası


"Karvan" Ticarət Mərkəzində çalışanlar etiraz edir
Gözlə

No media source currently available

0:00 0:00:27 0:00

"Karvan" Ticarət Mərkəzində çalışanlar etiraz edir

-

Sumqayıtdakı «Karvan» Ticarət Mərkəzinin icarədarları martın 31-də etiraz aksiyası keçiriblər.

Şəhər sakinlərindən Ramin Həsənov AzadlıqRadiosuna deyib ki, etiraz aksiyasının keçirilməsinə səbəb icarə haqlarının qaldırılmasıdır: «İki ay bundan öncə danışıqlar olub. İcarəhaqqı 300 manatdan 150 manata endirilib. İndi, iki aydan sonra yenə də «Karvan»ın sahibləri icarə haqlarını 300 manata qaldırmaq istəyirlər. İcarədarlar aksiya keçirməklə buna yol verməyəcəklərini nümayiş etdirdilər».

Ramin Həsənovun deməsinə görə, aksiyaya çoxsaylı icarədar qatılıb. Hətta onlar Sumqayıt şəhər İcra Hakimiyyəti binasının önünə yürüş belə etmək istəyiblər: «Amma şəhər icra nümayəndələri, polis əməkdaşları hadisə yerinə gəldilər, icarədarları dinlədilər. İndi verilən icarəhaqqının qaldırılmayacağı bildirildi. Həm də söz verdilər ki, bu məsələyə bir əncam çəkəcəklər».

Ramin Həsənov deyir ki, bu məsələ həllini tapmasa, icarədarlar haqlarını qorumaq üçün Prezident Administrasiyasına yürüş etməyi belə nəzərdə tuturlar.

Ötən il dekabrın 21-də baş verən devalvasiyasından sonra ölkənin bir sıra rayon və şəhərlərində etirazlar başladı. Həmin vaxt «Karvan» Ticarət Mərkəzinin icarədarları da aksiyalar keçirmişdilər. Bundan sonra orada icarə haqları 300 manatdan 150 manata endirilmişdi.

XS
SM
MD
LG