Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:57

Yerevanda etiraz aksiyası başladı


Raffi Hovannisian Azadlıq meydanındakı mitinqdə çıxış edir
Raffi Hovannisian Azadlıq meydanındakı mitinqdə çıxış edir

Yerevanda konstitusiya düzəlişləri ilə bağlı referendumun nəticələrinə qarşı etiraz aksiyası başlanıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, dekabrın 6-da keçirilən referendumda seçicilərin 63,5 faizi düzəlişlərə hə deyib.

Amma “Ermənistan Milli Konqresi” nəticələrin saxtalaşdırıldığını bildirir.

Konqresin nümayəndəsi Levon Zurabian seçki qutularına topa bülletenlər atıldığını və səslərin satın alındığını deyir.

O həmçinin seçicilərin fəallığının şişirdildiyini deyir.

MSK-nın məlumatına görə, referendumda 50.51 faiz seçici iştirak edib.

Həmçinin digər müxalifət partiyaları səsvermə zamanə ciddi pozuntular olduğunu deyirlər.

Müxalifət hesab edir ki, məqsəd 2018-ci ildə prezidentlik müddəti bitdikdən sonra Sarkisianın hakimiyyətdə qalmasını təmin etməkdir.

Qeyd edək ki, düzəlişlərdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

***

Ermənistanın mərkəzi seçki komissiyası ölkədə konstitusiya referendumu zamanı verilmiş səslərin elektron sayımını yekunlaşdıraraq elan edib ki, bütün məntəqələr üzrə seçicilərin 63,35 faizi səs verib. Səs verənlərin 32,35 faizinin islahatların əleyhinə səs veridiyi bildirilir.

Məlumata görə, islahatları dəstəkləyən seçicilərin sayı zəruri minimal səviyyədən 200 min səs çoxdur.

İlkin məlumatlara görə, Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumda seçicilərin 50,51 faizi iştirak edib.

“İrs" Partiyasının lideri Raffi Ovannisyan seçki qutusuna yaxınlaşaraq hamının gözü qarşısında içində bülleten olan zərfi cırıb və onu seçki qutusuna atıb. Bu zaman o “Ermənistan Respublikası naminə” deyə bəyan edib.

Jurnalistlərin suallarına cavab verərkən Ovannisyan deyib: “Bu referendumun erməni xalqının və Ermənistan vətəndaşıının real seçiminə heç bir aidiyyatı yoxdur.”

“İrs” partiyası “Təsisçi parlament”, “Ayağa qalx, Ermənistan!” hərəkatı və bir sıra digər qruplarla birlikdə “Yeni Ermənistan” ictimai xilas cəbhəsini yaradıb.

Prezident Sarqsyan səs verir, 6 dekabr
Prezident Sarqsyan səs verir, 6 dekabr

“Yeni Ermənistan” dekabrın 7-də Azadlıq meydanında mitinq keçirir.

Keçən gecə də hərəkat Ermənistanın mərkəzində bir neçə saatlıq yürüş keçirib.

“Biz sutka boyu müddətsiz oturaq tətilimizi davam etdiririk,” deyə Hərəkatın rəhbərlərindən biri Jirayr Sefilyan deyib.

Müxalifət etiraz edir
Müxalifət etiraz edir

“Yeni Ermənistan”ın üzvləri referendumun nəticələrini tanımırlar. “İrs” partiyasından olan deputat Zarui Postancyan qeyd edib ki, seçkinin saxtalaşdırılması üçün istisnasız olaraq bütün alətlərdən istifadə edilib. Onun sözlərinə görə, bura kommissiya üzvünün seçki məntəqəsində döyülməsi də daxildir.

“Yeni Ermənistan” hakimiyyətin dəyişdirilməsi planlarından əl çəkmir. Postancyan düşünür ki, ölkənin hər yerində vətəndaş itaətsizliyi aksiyaları keçirmək lazımdır.

Buna da bax: "Hər kəs düşünürdü ki, MTN onun yatağındadır"

“Mübarizə davam edir, bu, bir günlük mübarizə deyil. Biz onsuz da bununla sakitləşməyəcəyik. Biz axır ki, bu qanunsuz hakimiyyətdən canımızı qurtarmalıyıq. Bu yeganə çıxış yoludur,” deyə müxalifət deputatı bəyan edib.

“İctimaiyyət yekdilliklə “yox” dedi. Bu “yox” təkcə saxta sənədə aid deyil, həm də Serj Sarqsyana aiddir. ...Biz bu “yox”u həqiqətə çevrilməsi üçün bütün platformalardan istifadə etməliyik,” - deyə xanım Postancyan əlavə edib.

XS
SM
MD
LG