Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:50

Ermənistanlı separatçı yaraqlıların bir-birini qırmasından danışır


-
Donbassda, Rusiyameylli yaraqlıların sırasında döyüşən Ermənistanlı Artur Gasparian may-iyun aylarında Donetsk ətrafında gedən əsas ağır döyüşlərin iştirakçısı olduğunu deyir. Lakin tezliklə separatçılardan qaçaraq Rusiyaya qayıdır. O, AzadlıqRadiosunun müxbiri Mumin Shakirovla söhbətində yaraqlıların necə hərbi hazırlıq keçməsi, döyüşlərin necə təşkil olunması və başqa maraqlı məqamlar haqda danışır

Müsahibənin 1-ci hissəsini burada oxu

- Bəs ilk döyüşünüz nə vaxt oldu?

- Mayın 26-a keçən gecə bizi həyəcan siqnalı ilə qaldırdılar. Mənim qrupumda 3 nəfər var idi, biri Moskvadan, o biri Lipetskdən, 3-cüsü də Çukotkadan. Üçü də həlak oldu. Sərnişin avtobuaslarına minib aeroporta getdik. 100 nəfərlik qrupla aeroport binasına daxil olduq, biz osetinlər də qoşuldu. Binadakı sərnişinləri tez ərazidən uzaqlaşdırdıq, amma terminalın əməkdaşları iş yerlərində qaldılar. Səhər saatlarında 2 təyyarə qrafiklə uçdu, biz aviaxidmətin işinə mane olmurduq. Tez bir zamanda binanı nəzarətə alıb bütün mərtəbələrdə adamlar yerləşdirdik. Mın öz köməkçimlə 7-ci mrətəbəyə, binanın damına qalxdıq. Qarşımızda vəzifə qoyulmuşdu ki, təqribən 500 metr aralıdakı dispetçer qülləsini nəzarətdə saxlayaq və ora heç kimin yaxınlaşmasına imkan verməyək. Biz də pulemyotu quraşdırdıq.

- Donetskdə mülki aeroportu ələ keçirməyin nə mənası vardı? Axı cəbhə xətti tamam başqa yerdə idi, məsələn Slavyanskda?

- Kiyevdən gələn hərbi təyyarələrin qarşısını almaq üçün. Dedilər ki, bizə heç kim atəş açmayacaq. Sadəcə kameralar qarşısında görünsək, bizdən qorxacaq və dərhal da təslim olacaqlar. Biz də onları tərksilah edib evlərinə buraxacağıq. Vəssalam! Aeroport bizimdir.

- Kim təslim olacaq?

- Aeroport ətrafındakı Ukrayna hərbçiləri. Yalandan qoltuğumuza qarpız verirdilər ki, guya biz o qədər cəsuruq ki, hamı bizdən qorxur. Hər şey isə bunun tamamilə əksinə oldu. Saat 2-də əvvəl vertolyotlar gəldi, sonra da qırıcılar və başladılar hava limanını bimbalamağa. Mən binanın damında idim, köməkçimlə birlikdə 6-cı mərtəbəyə qaçmağa macal tapdıq. Çox güclü hücum idi, 4 vertolyot və 2 təyyarə görməyə macal tapdım.

- Sizdə PZRK (Hava hücumlarına qarşı zenit silahlarıi) var idi?

- Bizim “Vostok” batalyonunun komandiri Aleksander Khodokovsky dedi ki, aeroportu bombalamayacaqlar, PZRK lazım deyil, ona görə də bu silahları özümüzlə götürmədik. Khodokovsky-nin snayperləri var idi, DNR tərəfinə keçən Ukrayna təhlükəsizlik xidmətinin keçmiş əməkdaşları idi, özlərinin də xüsusi silahları var idi, mən əvvələr belələrini görməmişdim, SVD (Draqunov snayper tüfəngləri) deyildilər. Bax həmin snayperlər saat 1 radələrində harasa getdilər, saat 2-də isə hava hücumları başladı.

- Sizin mərtəbədə nə baş verirdi?

- Damda mövqe tutan çeçen dərhal həlak oldu, daha 2 nəfər isə yaralandı. Onlar əllərində olan bütün silahlardan vertolyotlara atəş açırdılar. Mən 2-3 saniyəlik dama sıçrayıb qülləyə tərəf atəş açırdım, orada oturan snayperlər də bizə atırdılar. Bizi sadəcə olaraq binanın içinə məcbur edib bütün tərəflərdən bombalayardılar. Onların aeroportun perimetri boyunca yerləşdirilmiş zenit qurğuları terminalı vurudu. Sadəlöhv Khodokovsky də hesab edirmiş ki, aeroport təzədir, Avropa çempionatının açılışı üçün tikilib və buna görə də ağır silahlardan bura heç kim atəş açmayacaq. Bizdə PZRK-lar olsaydı, bütün bunlar baş verməzdi.

- Sizcə bu nə idi, xəyanət, yoxsa qeyr-peşəkarlıq?

- Bilmirəm, çox adam itirdik. Çeçenlərdən biri - çox cəsur oğlan idi, aeroportun damına tüstü qumbaraları atıb yaralı çeçeni oradan çıxardı, sonra da o biri həmyerlisini xilas etdi. Biz birinci mərtəbəyə düşüb sadəcə olaraq ölümümüzü gözləyirdik. Kimsə bizim komandirə zəng etdi, onun şərti adı “İskra”idi, 100 nəfərə rəhbərlik edirdi. KamAZ maşınlarına minmək əmri səsləndi. Artıq axşam idi, maşınlar terminalın içində dayanmışdılar. Mən KamAZa minmək istəmirdim, bilirdim ki, təhlükəlidir. “Iskra” mənə dedi: “Əmri müzakirə etsən, səni yerindəcə güllələyəcəyəm!” Pulemyotu götürüb maşının yedəyinə mindim.

- KamAZda neçə adam var idi?

- 2 KamAZ idi, hərəsində də 30-35 nəfər. Aeroportda bizim geri çəkilməyimizi təmin edən xüsusi qrup qaldı. Gecə düşəndə onlar aeroportu piyada sağ-salamat tərk edə bildilər. “İskra” komanda verdi: “aeroport terminalından çıxırıq, ətrafda tərpənən nə varsa, hər çeyə aramsız atəş açırıq”. Biz maşınların yedəyindəki çadır örtüklərini çıxartdıq, könüllülər ağzınacan ora doldu. Bizim KamAZ yüksək sürətlə terminalı tərk edən kimi, başladıq ətrafa, havaya atəş səpələməyə. Ora açıq ərazi idi, şosse ilə 4-5 kilometr Donetskə tərəf hərəkət etdik, maşınlar arasındakı məsafə 500-600 metr olardı. Təsəvvür edin, şosse ilə gedən 2 KamAZ-dan fasiləsiz olaraq ətrafa arəş açırlar. Dəhşətli səhnə idi. Doğrudur, mən ətrafda bir hədəf görməyənədn sonra atəşi dayandırdırm. Şəhərə girəndə, gördük ki, bizim birinci KamAZ yolda durub. Başa düşmədim, niyə dayanıb, ora artıq Donetskin kənarı idi, ətrafda adamlar gəzir, yanından maşınlar keçirdi.

- Həmin maşında ölən və yaralananlar var idi?

- Biz dəhşətli sürətlə gedirdik, kimsə hələ də ətrafa güllə atırdı, ayırd etməyə macal tapmadım. 500 metr də gedəndən sonra bizim maşını qumbaratanla vurdular, mərmi kabinanın sürücü olan hissəsinin altına dəydi, maşın çevrildi. Bizim bəxtimiz gətirdi, bizi maşının yedəyindən kənara atmışdı, əzilmişdik, amma qol-qabırğamız salamat idi. Birinci maşını vurandan sonra isə üstəlik pulemyotlardan carpaz atəşə tutmuşdular, oradakı uşaqları snayperlərdən də vururdular. Həmin maşındakılardan ən azı 30 nəfər ölmüşdü. Bizə də haradansa atəş açırdılar. Mən pulemyotu atıb yaralılardan birini çiynimə götürdüm – o, Krımdan gəlmiş könüllü idi, və həyətlərə girib hara gəldi qaçırdım. Bizim feldşer də bizə qoşuldu, onun avtomatı var idi. Feldşerin silahını götürüb bir az da ətrafa, evlərin damlarına atəş açdım, və yenidən həmin yaralı ilə qaçmağa davam etdim.

(Mətn fotosessiyanın altında davam edir)

- Şəhərin kimin əlində olduğunu bilirdiniz?

- Əmin idim ki, Milli qvardiya Donetski ələ keçirib və bizi axtarırlar. Təcili yardım maşınlarının növbə çəkdiyi yerə gəldik, mən adamların diqqətini cəlb etmək üçün evlərin damına güllə atdım. Ayağından və qolundan yaralanan yoldaşımı qan aparırdı. Həkimlərə qışqırırdim ki, onu xilas etsinlər. Qız var idi, mənə deyir: “Sakit ol, biz özümüzünkülərdənik!”. Deyirəm: “Ola bilməz, siz satqın və əclafsınız!”. Krımdan olan yoldaşımı maşına qoyub xəstəxanaya apardılar. Mən tibb heyətinə KamAZ-ların harada vurulduğunu izah etdim. Ora dərhal 6 təcili yardım maşını getdi. Tezliklə xəstəxanlara vurulan KamAZ-lardan yaralılar daxil olmağa başladı. Bizimkilərdən biri ilə ratlaşanda mənə dedi ki, birinci KamAZ-dan cəmi 3 nəfər sağ çıxıb. Panika və dəhşət idi! Sonradan mənə danışdılar ki, ölənlərdən biri elə bilib ki, Ukraynalıların əlinə düşür, qumbara ilə özünü partladıb. Əslində isə, onları elə özümüzkülər gülləbaran edirdi. Görünür yerli könüllülərə kimsə deyib ki, şosse ilə 2 KamAZ “sağ sektorçu” (Ukrayna radikalları) gəlir. KamAZ-dan onlara qışqırırdılar: “Biz sizdənik! Hara atırsız?”, cavab verirdilər ki: “Siz bizdən deyilsiz. Millətçisiniz, faşistsiniz və sair” Demək olar ki, maşındakıların hamısını qırmışdılar, cəmi 3-4 nəfər sağ qalmışdı. Sonra da yaxınlaşıb baxırlar ki, həqiqətən də üstlərində Georgi lentləri (separatçıların simvolu) var, başlarına döyürdülər: “Öz qardaşlarımızı biçmişik!”

- İkinci KamAZda olan yoldaşlarınızın aqibəti necə oldu?

- Orada çeçenlər idi, onlardan 1-i öldürülülmüş, 2-si yaralanmışdı. 1 həkim və 1 kazak da daxil omaqla, maksimum 6 nəfər ölmüşdü. Xəstəxanda özümə gələndən sonra avtomatımı təhvil verdim. Gecəyarısından xeyli keçəndən sonra “Vostok” batalyonunun nümayəndələri gəlib bizi geri, kazarlmalara apardılar.

- Bu hadisə haqda rəsmi TV kanallarda yayılan xəbərlərdə nə deyilirdi?

- Televizorda dedilər ki, üsyançılar “Qırmızı Xaç” bayrağı altında silahsız və yaralı əsgərləri çıxarırdılar, Ukrayna ordusu da onları güllələyib. Həmin vaxt hələ bilmirdim ki, bizi özümüzünkülər vurub. Əminim idim ki, bunu Ukrayna milli qvardiyası edib. Mən yuxuya getmişdim, səhərə yaxın aeroportda qalıb bizim geri çəkilməyimizi təmin edən qrupdan 2 nəfər məni oyatdı. Onlar danışdılar ki, bir-birimizi qırmışıq. Onda da bizdə sual yarandı ki, bundan sonra nə etməli? Biz qərara gəlidk ki, gecə düşən kimi geriyə Rusiyaya qaçaq, piyada gedərək gizlicə sərhəddə çıxaq. Mülki geyim tapıb əynimizi dəyişdik, bel çantalarımızı da götürüb hərbi hissəni tərk etdik. Bizimlə “Shumakher” ləqəbli bir sürücü var idi, dedi ki, onun haradasa Donetsk yaxınlığında əmisi yaşayır. 6 nəfər idik, qərara gəldi ki, bu evdə gecələyib aranın sakitləşməsini gözləyək. Mayın 28-də səhər ertən qonşu həyətdən səslər eşitdik: “Atmayın! Öldürməyin!” Məlum oldu ki, bizim ardımızca xüsusi dəstə göndərmişdilər.

- Bəs sizin yerinizi necə tapmışdılar?

- Bilmirəm, güman ki, aramızda satqın var idi. Biz əşyalarmızı və bel çantalarımızı atıb yenidən qaçdıq. Sənədimiz yox, pulumuz yox - küçələri dolaşandan sonra şəhərin həndəvərindəki blok-posta gəldik və kim olduğumuzu onlara danışdıq. Oradan bizi Qorlovka şəhərinə, “Bes” (Cin) ləqəbli komandirin yanına apardılar. Amma bu artlq tamam başqa mövzudur.

- Bəs niyə dərhal çıxıb-getmədiniz, “Bes”in yanında daha 2 həftə qalmağınızın səbəbi nə idi?

- Başqa yolumuz yox idi. Mənim mühasirədən necə çıxmaq haqda təsəvvürüm belə yox idi. Məlum oldu ki, “Bes” normal adamdır, Qorlovkadan olan peşəkar hərbçi idi. Vəd etdi ki, imkan düşən kimi bizi Rusiyaya göndərəcək. Bizim başımıza gələnləri eşidəndə dedi ki, bizi yenidən “vostok”çuların yanına buraxan deyil. Özümüzə gələnə qədər yanında saxladı, sonra da kim istədi – qaldı, qalmaq istəməyənlər də mənim kimi çıxıb getdi.

- Bəs mayın 28-dən iyunun 15-dək “Bes”in yanında nə ilə məşğul idiniz?

- “Bes”in yanında mən yenidən hərbi paltar geyib silah aldım, bir neçə əməliyyatda iştirak etdim. Orada nizam-intizam daha güclü idi, daha yaxşı təşkilatlanmışdılar. Biz diversiyalarla məşğul idik: sakitcə yaxınlaşırsan, döyüşçüləri mövqelərə düzürsən, partlatdın və ya bombaladın, dərhal da aradan çıxırsan. Biz Dokuçayevsk şəhərində Ukraynanın neft bazasını partlatdıq. Gecə sakitcə çülki maşınlarda yaxınlaşdıq, mən pulmeyot atəşi ilə qmbaratanların işini təmin edirdim, onlar da neft çənlərini raketlərdən vururdular.

- Dokuçayevskə Milli qvardiya nəzarət edirdi?

- Bilmək olmurdu, kimdir ora nəzarət edən, yəqin ki, hər iki tərəfin öz nəzarəti var idi. Ancaq onu deyə bilərəm ki, neft bazası mühafizə olunurdu. Çünki bizim hücuma oradan atəşlə cavab verdilər. Amma onlar bilmirdilər ki, hücum hansı tərəfdəndir, hara gəlid atırdılar.

- Neft bazasının partladılmasının nə mənası?

- Zirehli texnika və tanklar yanacaqsız qalır.

- Axı sizin də yanacağa ehtiyyacınız var...

- O zaman bizim texnikamız yox idi. Sonradan əldə etdilər, mən gedəndən 3 gün sonra.

- Düşmənlə qarşı-qarşıya toqquşmalarınız olurdu?

- Hə, Karlovkada. Cəbhə xətti oradan keçirdi. Milli qvardiya idi, ya “sağ sektorçular” – mən onları ayırd edə bilmirəm, meşədə idilər, qollarına qırmızı lent bağlamışdılar. Biz onları meşədən sıxışdırıb çıxartdıq, onlar yaşıllığın yanından keçib Karlovkaya girmək istəyirdilər. Biz isə orada pusqu qurmuşduq. Onlar taladan meşəyə yaxınlaşanda atəşə tutduq, yaralılarını atıb qaçdılar. Biz yaralıları götürüb kimin ehtiyacı var idisə müalicə edirdik. “Bes” şəxsən həmin çağırışçı Ukrayna əsgərlərinin valideynlərinə zəng edirdi ki, gəlin övladlarınzı aparın. Amma SBU-dan, Milli qvardiyadan və “sağ sektordan” olanlarla hərbi əsir kimi davranılırdı.

- Yəni necə davranılırdı?

- Sorğu-sual edib, qapalı yerdə saxlayırdılar.

- Bəs televizordakı yalanlardan hansı daha həyasız idi və sizi daha çox əsəbləşdirirdi?

- DNR-çilərdən müsahibələr. DNR- əslində saxta bir qurumdur. Mən belə başa düşdüm ki, DNR Boroday-ın, Pushilin-in, Tsarev-un kabinetlərində kağız üzərində mövcud idi, qərarlar isə başqa yerdə, başqa adamlar tərəfindən verilirdi.

- Donbassda olan jurnalistlərin bir qismi deyir ki, orada döyüşənlərin 20 faizi Rusiyadan gələnlərdi, 80 faizi yerlilər.

- Məncə bu nisbət əksindədir. Əsasən ruslardır, çeçenlər, inquşlar, mənim kimi Ermənistandan gələnlər də var. Mən yerli əhali ilə ünsiyyətdə oldum, deyirlər ki, bizdən nə tələb olunurdu etdik. Yəni referendumda Donbassın müstəqilliyinə səs verdik, amma döyüşmək istəmirik. Onlardan biri isə ümumiyyətlə mənə deyirdi: “Mən maaş alıb hamısını arağa xərcləmək və növbəti maaşı gözləmək istəyirəm”. Yerlilər əsasən təcrübəsiz döyüşçülərdir, silahla davranmağı belə bacarmırlar, heç biri hərbi xidmətdə olmayıb. Mən Donetskdəkiləri nəzərdə tuturam.

- Bəs Qorlovkada?

- Orada nisbət 50-50-yədir. Amma Rusiyalılar daha yaxşı döyüşürlər, hər halda hərbi xidmət görüblər, ölkələrində pis-yaxşı ordu var. Ukraynada isə 23 il heç bir ordu olmayib.

- Bütün bu etirafları niyə ediriz?

- Çünki bizi satan (Donetsk aeroportunda baş verənlərin qarşısını almaq mümkün idi, hər şey ağılla təşkil olunasydı, hadisələr başqa çürə olardı) həmin adamlar hələ də iş başındadırlar, könüllülər də Rusiyadan ora getməyə davam edirlər. İstərdim bu adamlar başa düşsünlər ki, onlara kimlər komandanlıq edəcək. Mən də getmişdim, möcüzə nəticəsində sağ qaldım, mənim onlara yazığım gəlir. Çünki Khodokovsky və adlarını bilmədiyim başqaları kimi adamların əlinin altına gedilər.

- Bəs orada qarətlə məşğul olanlar çox idi?

- Var idi. Biz onları tutur, məhv edirdik.

- Yəni güllələyirdiz?

- Hansınısa güllələyir, hansınısa döyürdük. Qarətçilər əsasən yerli sakinlər idi. Onlar, əllərində tapanca gəlir, özlərini DNR nümayəndələri kimi təqdim edərək adamların pullarını, telefonlarını və hətta maşınlarını əllərindən alırdılar.

- Qorlovkada, yoxsa Donetskdə?

- Donetskdə. Qorlovkaya “Bes” nəzarət edir, orada qayda-qanun var.

- Əgər “Bes”lə işləmək etibarlı idisə, onu niyə tərk etdiniz?

- “Bes” etibarlı idi, amma “Bes” təkbaşına Ukrayna ordusuna qarşı dura bilməz, müqavimətin mənası yox idi, həyatından havayı niyə keçəsən ki? Baxın, Donetskdə 1000 nəfər oturub və loru dillə desək, bir yerlərini qaşımaqla məşğuldurlar. Halbuki Slavyanskda ağır döyüşlər gedir. Bunlar isə özləri üçün blok-postlarda oturub əllərini ağdan-qaraya vurmurlar. Fikirləşirsən ki, bu adamların heç olmasa yarısını Slavyanska kömyə niyə göndrəməyəsən? Başıpozuqluq idi, bunun sabahı yox idi. O qədər komandir var idi ki, gəl görəsən. Hər 3 nəfərdən 1-i özünü komandir elan edirdi. Hərə öz qrupunu yaradır, vahid komandanlıq yoxdur. Mən elə bilirdim ki, burada hər şey ordudakı kimi olacaq: ciddi rejim, nizam-intizam, rabitə. Bütün bunların heç birini görməyəndə çıxıb getdim.

- Sizi Rusiyaya necə qaytardılar?

- “Bes” sözünün üstündə durdu, təşəkkür edib hərəmizə 1000 hriven yolpulu verdi, uğurlar arzulayib evə göndərdi. Mənimlə 3 nəfər qayıtdı, onlardan 1-i yaralı idi. Mülki maşında Luqansk vilayətinin ərazisindən, gömrük məntəqələrindən yayınaraq təqribən 150 kilometrlik yol qət etdik. Rusiya tərəfdə bizi qarşılayıb Rostova, hazırlıq keçdiyimiz bazaya gətirdilər. Burada əynimizi dəyişdik, telefonlarımızı və sənədlərimizi qaytardılar, biletpulu verib evə göndərdilər.

- Könüllülərlə niyə pul vermirdilər ki. Hansısa minimum maaş ödəmək olmazdı?

- Mən bilmirəm, bunu təşkilatçılardan soruşmaq lazımdır

- Amma belə baxanda, siz Ermənistanın vətəndaşısınız, başqa ölkədən gəlmişdiz...

- Mən hətta orda da erməni bayrağı altında gəzirdim. Fotolar da var.

- Başqalarının vətəni uğrunda ölmək?..

- Mən Rusiyanı başqasının vətəni saymıram. Məndəki sovet adamının mentalitetidir. Babalarım SSRİ uğrunda döyüşüblər. Rusiya mənə yad deyil.

XS
SM
MD
LG