Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:41

Oqtay Əsədov: ATƏT-in DTİHB sifarişli təşkilatdır


Milli Məclis
Milli Məclis
.
Milli Məclisin 29 oktyabrda keçirilən plenar iclasında ilk olaraq deputatlar 9 oktyabr prezident seçkilərindən sonra açıqlanan beynəlxalq reaksiyalara toxunublar.

Deputat Zahid Oruc 9 oktyabr prezident seçkilərindən sonra beynəlxalq reaksiyalara toxundu.
O bildirdi ki, keçmişdə də Azərbaycana bu cür təzyiqlər olub:
Hanı o Steinar Gillər (Norveçin Azərbaycankı keçmiş səfiri), Richard Kauzlarichlər (amerikalı diplomat). Amerikanın xüsusi xidmət orqanlarının telefonları dinləməsi ortaya çıxdı. Hanı o «Freedoom House»lar və digər beynəlxalq qurumlar? Azərbaycan öz xəttini davam etdirəcək. Bizim Avropadan qorxmaq fikirimiz yoxdur. Rusiyanın da egidası altında formalaşacaq heç bir quruma da üzv olmayacağıq».
«TƏHQİRLƏRİN QARŞISI ALINMALIDI»
S. Novruzov
S. Novruzov
Siyavuş Novruzov da Zahid Orucun fikirləri ilə üst-üstə düşən fikirlər səsləndirdi. Daha sonra deputat sərbəst toplaşma ilə bağlı həll edilməsi vacib olan bəzi məsələlərin həll olunmasını istədi.
O bildirdi ki, əvəllər yer olmamasından şikayət edənlər indi keçirdikləri mitinqlərdə şəxsiyyətləri təhqir edir və bununla qanunları pozurlar.
«Bu məsələlərə bir daha baxılmalıdır, şəxslərə yönəlik təhqirlərin qarşısı alınmalıdır».
Deputat İqbal Ağazadə «Yeni Müsavat» qəzetlərinin yayımında yaranan problemlərə toxunaraq bunun həll edilməsini qaldırıb.

Millət vəkili Sahib Alıyev EuroNestlə və digər beynəlxalq qurumların seçki ilə bağlı mövqeyinə toxunaraq bildirb ki, Azərbaycan öz yolunda- Avropaya inteqrasiya yolundadır:
«Bu qurumların seçkidən sonra verdikləri bəyanatlarla bağlı ajiotaja ehtiyac yoxdur».
A. MİRZƏZADƏ: «AZƏRBAYCAN ÖZ YOLUNU MÜƏYYƏN EDİB»
Aydın Mirzəzadə də beynəlxalq təşkilatların ikili mövqeyinin başa düşülən olmadığını bildirib:
«Burda seçkini müşahidə edən Avropa Parlamentinin müşahidəçiləri seçki ilə bağlı müsbət rəy verdilər, amma seçkini müşahidə etməyən, Azərbaycanın yerini yalnız xəritədə bilənlər bunun tam əksinə mövqe nümayiş etdirdilər. Bu qurumlar Azərbaycanı Əfqanıstana, İraqa çevrilməsini istəyirlər? Azərbaycan öz yolunu müəyyən edib və bu yoldan onu döndərmək mümkün deyil».
Asim Mollazadə
Asim Mollazadə
Asim Mollazadə isə bildirdi ki, Azərbaycanın güclənməsi çoxlarını narahat edir: İlk növbədə erməni qüvvələri və onların arxasında dayanan imperiya qüvvələrini. Onlar Azərbaycanı Birlyova meyvə-tərəvəz bazarına çevirmək istəyirlər, Azərbaycanı inkişafdan saxlamaq istəyirlər...(çıxış müddəti bitdiyi üçün mikrofonu söndürüldü)
MÜBARİZ QURBANLI: «HEÇ BİR TRİBUNANI BOŞ QOYMAMALIYIQ»
Milli Məclisdə çıxış edən deputat Mübariz Qurbanlı da seçkinin tarixdə qaldığını deyib. O əlavə edib ki, hansı təşkilatın nə deməsi bizim üçün əhəmiyyət təşkil etməməlidi:
«Azərbaycanın xarici siyasət xəttini konsitutisiyaya görə prezident təyin edir. Bu məsələdə parlamentin üzərinə də böyük vəzifələr düşür və biz bu vəzifəmizi uğurla yerinə yetirməliyik. AP seçkilərlərlə bağlı deklorativ bəyant qəbul edib. Onlarca bu tipli qətnamə və qərarlar olub. Bundan təşviş keçirməyə ehtiyac yoxdur. AP Müşahidə missiyası seçkini yüksək qiymətləndirib. AP-nin sonradan səsləndirdiyi bəyanat bu qurumun daxili problemidir. Digər tərəfdən, Avronest-in üzvüyük, Şərq tərəfdaşlığında yaxından iştirak edirik və biz heç bir tribunanı boş qoymamalıyıq. Bəzi həmkarlarım inciməsin, bəzən xarici siyasətlə elə bir bəyanat verir, hökmlə deyir, bu prezidentin xarici siyasətinə müdaxilədir. Biz fikir bildirə bilərik, amma hansısa quruma girib, xarici siyasətlə bağlı danışanda, götür-qoy etməliyik».
O. Əsədov
O. Əsədov
Parlamentin spikeri Oqtay Əsədov Mübariz Qurbanlının dedikləri ilə razılaşdığını deyib:
«Evronest parlamentin qərarı ilə girmişik, ordan çıxmağımız da parlamentin qərarı ilə ola bilər.
ATƏT-in DTİHB-a mövqeyinə qaldıqda bu sifarişli bir təşkilatdır».
ZEYNƏB XANLAROVA: «GƏLİN HƏMİŞƏ QARABAĞDAN DANIŞAQ»
Zeynəb Xanlarova Oqtay Əsədovdan söz istəyib:
«Oqtay müəllim, sizin bir sözünüz oldu mənə ləzzət elədi və mən çıxış eləmək qərarına gəldim. Siz çox düz dediniz. Başqa ölkələrdə nə olursa başlayırlar burda müzakirə etməyə. Mənim nəyimə lazımdır kim-kimə qulaq asıb. Gəlin Qarabağdan danışaq, orda bizim xalqımız qırılıb. İstəyirəm ki, həmişə Qarabağdan danışaq. Burda çoxlu qarabağlılar var, amma onlar danışmırlar. Qarabağdan danışanlar elə Qarabağdan olmayanlardır. İstəyirəm onlar Qarabağdan danışsınlar, onların da bir sürü yetim-yesiri var».
XS
SM
MD
LG