Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:33

Azərbaycan AvroNest PA-da fəaliyyətini dayandırır


Elxan Süleymanov
Elxan Süleymanov
.
AvroNest PA-nın vitse-prezidenti və Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov AP-yə, ATƏT sədrinə və AvroNest PA həmprezidentlərinə məktub ünvanlayıb.

QƏRARDAN MƏYUSLUQ...

O Avropa Parlamentinin oktyabrın 24-də Azərbaycanda keçirilən prezident seçkilərinə dairı son qərarından məyusluğunu bildirib:

«Seçkiləri izləyən 4 beynəlxalq qurumdan üçü – Avropa Parlamenti, AŞPA və ATƏT Parlament Assambleyası seçkiləri müsbət qiymətləndirsələr də, AP-nin kiçik ranqlı məmurlarından təşkil olunan ATƏT/DTİHB müşahidə missiyasının qərəzli qətnaməsinə təkidlə əsaslanması Avropa Parlament deputatlarından formalaşmış İnsan Haqları Evinə, AP, AŞPA və ATƏT PA-ya ağır zərbə, inamsızlıq və etibarsızlıqdır».

Elxan Süleymanov məktubunda ATƏT/DTHİB-ni qərəzli adlandırıb və bu təşkilatın rəyinin faktlara söykənmədiyini deyib:

«ATƏT/DTHİB-nin belə rəyinin səbəbi özlərindən yüksək ranqlı məmurların göstərişlərini yerinə yetirmək, Azərbaycanın beynəlxalq aləmdə mənfi imicini formalaşdırmaq, böhtan və iftiralarla Azərbaycanı 20 ildən çoxdur işğal olunmuş torpaqlarından imtina etməyə vadar etməkdir».

«BELƏ BİR ƏDALƏTSİZLİYİ MÜSTƏQİL ÖLKƏYƏ TƏTBİQ ETMƏK...»

Elxan Süleymanovun fikrincə, Avropa Parlamentinin seçki müşahidə missiyasının qiymətləndirməsinə məhəl qoymadan ATƏT/DTİHB-yə istinad edilməsinə təkidli çağırışı Azərbaycana qarşı təxribat və iğtişaş planlarının bir hissəsidir:

Belə bir ədalətsizliyi müstəqil ölkəyə tətbiq etmək öz müşahidə missiyasının rəyini nəzərə almadan sifarişli və qərəzli qurum olan ATƏT/DTİHB-yə söykənərək böhtanlar atmaq sizlərin sovet diktaturası adlandırdığınız rejimdə də olmayıb
«Belə bir ədalətsizliyi müstəqil ölkəyə tətbiq etmək öz müşahidə missiyasının rəyini nəzərə almadan sifarişli və qərəzli qurum olan ATƏT/DTİHB-yə söykənərək böhtanlar atmaq sizlərin sovet diktaturası adlandırdığınız rejimdə də olmayıb. Bizdə belə bir xalq məsəli var: «Özünə nüfuz etməyən, başqasına nüfuz edə bilməz». Bütün bunları nəzərə alaraq Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 23 oktyabr 2013-cü il tarixli qətnaməsinin 32-ci bəndini qətiyyətlə rədd edir və araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyənədək bu qurumun yaratdığı AvroNest PA-da fəaliyyətini dayandırmaq məcburiyyətində qalır».

Avropa parlamenti oktyabrın 10-da keçirdiyi mətbuat Azərbaycandakı prezident seçkilərinin şəffaf keçirilidiyini bildirmişdi.

ATƏT-in prezident seçkilərinə dair ilkin hesabtında bildirilir ki, ədalətli seçki təmin olunmayıb. Birləşmək, toplaşmaq və fundamental insan azadlıqlarına maneələr törədilib. Müşahidə aparılan məntəqələrin 58 faizində pozuntu olub.

Avropa Parlamenti oktyabrın 23-də Strasburga keçirilən plenar sessiyanın qəbul etdiyi yekun qətnamədə ATƏT-in uzunmüddətli seçki missiyasının nəticələrinə istinadən Azərbaycandakı seçkilərin növbəti dəfə ATƏT standartlarına uyğun gəlməməsi ilə bağlı təəssüf ifadə olnur. Bildirilib ki, yekun sənəd Avropa Parlamentinin Azərbaycandakı prezident seçkiləri müşahidə qrupunun əvvəlki bəyanatının nəticələrindən üstündür. Avropa Parlamaneti Avropa Qonşuluq Siyasəti proqramında iştirak etmək üçün Azərbaycan rəsmilərinə tövsiyyə edir ki, prezident seçkilərinin tənqidləri nəzərdən keçirərərk irəli sürülən tövsiyələri həyata keçirsin.
XS
SM
MD
LG