Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:48

XİN-də əməliyyat ölkənin beynəlxalq imicinə zərbədirmi? 


DTX-nın icra hakimiyyətlərindən birində keçirdiyi əməliyyat, arxiv foto
DTX-nın icra hakimiyyətlərindən birində keçirdiyi əməliyyat, arxiv foto

Dövlət Təhlükəsizliyi Xidməti iyulun 3-də Xarici İşlər Nazirliyində əməliyyat keçirməsi haqda məlumat yayıb. Əməliyyat nəticəsində nazirliyin iki idarəsinin - Maliyyə və İşlər İdarəsinin əməkdaşlarının saxlanıldığı deyilir.

Dövlət Təhlükəsizliyi Xidməti iyulun 3-də Xarici İşlər Nazirliyində əməliyyat keçirməsi haqda məlumat yayıb. Əməliyyat nəticəsində nazirliyin iki idarəsinin - Maliyyə və İşlər İdarəsinin əməkdaşlarının saxlanıldığı deyilir.

Buna hüquq-mühafizə orqanlarının son aylarda bəzi rəsmi qurumlarda apardığı əməliyyatların davamı kimi baxan da var, fərqli rakursdan yanaşan da. Bəziləri sual edir: Ölkəni beynəlxalq aləmdə təmsil edən, Dağılq Qarabağ danışıqlarını aparan bir nazirliyin adının korrupsiyada hallanması Azərbaycanın imicinə zərbə deyilmi, onun mövqelərini xarcidə zəiflətmirmi?

DTX daha bir nazirlikdə əməliyyat keçirdi - Keçmiş səfirdən ittihamlar
Gözlə

No media source currently available

0:00 0:10:09 0:00

Bir qədər öncə yerli mətbuat xarici işlər naziri Elmar Məmmədyarovun oğullarının ABŞ-da 4 milyonluq mənzil almasından yazmışdı. Nazirlikdənsə AzadlıqRadiosuna bunun şəxsi məsələ olduğu deyilmiş və şərh edilməmişdi. O zaman da XİN-in adının belə korrupsiya qalmaqalında hallanmasının yolverilməz olduğu söylənilmişdi. 


Özü də bu sual indi səslənmir. Bir qədər öncə yerli mətbuat xarici işlər naziri Elmar Məmmədyarovun oğullarının ABŞ-da 4 milyonluq mənzil almasından yazmışdı. Nazirlikdənsə AzadlıqRadiosuna bunun şəxsi məsələ olduğu deyilmiş və şərh edilməmişdi. O zaman da XİN-in adının belə korrupsiya qalmaqalında hallanmasının yolverilməz olduğu söylənilmişdi.

Aslan İsmayılov, 2018
Aslan İsmayılov, 2018

“XİN qədər mühüm bir təşkilatda, Qarabağ probleminin ən həssas dövründə belə bir əməliyyatın keçirilməsinə...”

Nazirlikdə keçirilən əməliyyatdan sonra hüquqşünas Aslan İsmayılov “Facebook”da yazır: “Dövlətimizin xaricdə siması olan XİN qədər mühüm bir təşkilatda, Qarabağ probleminin ən həssas dövründə belə bir əməliyyatın keçirilməsinə nə ehtiyac var idi?..”

Hüquqşünas hesab edir ki, “milyardların talandığı qurumlar dura-dura siqaret, ikra qaçaqmalçılığı ilə məşğul olan XİN-də DTX səviyyəsində əməliyyat keçirmək absurddur”. Ancaq bunu da qeyd edir ki, “kimlərsə Vətənə xəyanətdə, cəsusluqda ittiham edilirsə əməliyyatın bu tərzdə keçirilməsinə bəraət qazandırmaq olar”.

“Əgər günahları varsa...”

Rasim Musabəyov, 22 aprel 2010
Rasim Musabəyov, 22 aprel 2010

Deputat Rasim Musabəyov isə fərqli düşünür. Onun qənaətincə, ortada konkret faktlar var və bu durumda Dağlıq Qarabağ danışıqları ya da başqa məsələlər bəraət qazandırmır.

“Mən bilən bu məsələ Xarici İşlər Nazirlyinin Maliyyə və İşlər idarəsi ilə bağlıdır. Bu halda günahları varsa, zəhmət şəkib qanun qarşısında cavab versinlər.


“Mən bilən bu məsələ Xarici İşlər Nazirlyinin Maliyyə və İşlər idarəsi ilə bağlıdır. Bu halda günahları varsa, zəhmət şəkib qanun qarşısında cavab versinlər. O cümlədən indi, bu məsələlərdə nazirin də səhlənkarlığı mövcud olarsa belə məsələlərə “Qarabağla bağlı danışıqlar aparılır” və s. hallarla bəraət qazandırıla bilməz”.

R.Musabəyov bunu da deyir ki, konkret hər bir işə görə cavab vermək lazımdır, indilikdə isə söhbət 0nazirliyin bəzi vəzifəli şəxslərinin səlahiyyətlərindən istifadə edərək qanunazidd əməllərə yol vermələrindən gedir.

“İstintaq gedəcək, hər şey aydınlaşacaq. Odur ki, konkret olaraq istintaqın nəticələrini gözləmək lazımdır”, - deyə deputat vurğulayır.

Zahirən iqtisadi məsələyə oxşayır

Hikmət Hacızadə
Hikmət Hacızadə

Keçmiş səfir Hikmət Hacızadə mövzu ilə bağlı bildirir ki, bu əməliyyatda nazirliyin daha çox Maliyyə və İşlər İdarələrinin adlarının hallanması məsələnin iqtisadi xarakterli olmasını göstərir. Onun fikrincə, söhbət maliyyə yeyintiləri, dövlət əmlakının mənimsənilməsindən gedə bilər.

Amma keçmiş səfir bunun hakimyyətdaxili məsələ də olmasını istisna etmir:

“Ola bilər ki, nazir hansısa ciddi səvhə yol verib, amma bu səhv nədən ibarətdir o hələlik naməlumdur”.

“Ola bilər ki, nazir hansısa ciddi səvhə yol verib, amma bu səhv nədən ibarətdir o hələlik naməlumdur”.


Hikmət Hacızadə də bu fikirdədir ki, belə əməliyyatlar beynəlxalq imicə zərbə vura bilməz.

Bir qədər öncə DTX Mədəniyyət Nazirliyində də oxşar əməliyyat keçirmiş, saxlanılanlar olmuşdu, cinayət işi başlamışdı. Az sonra nazir vəzifədən uzaqlaşdırılmışdı.

Bundan öncə isə adıçəkilən qurum bir neçə rayonun icra başçıları və başqa vəzifəli şəxsləri ilə bağlı da əməliyyat keçirmiş, onlar haqqında cinayət işi başlanmışdı.

Yeni icra başçıları rayonlarda nəyi dəyişir?
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

XS
SM
MD
LG