Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:52

London Azərbaycan kleptokratiyasına necə kömək edir


İlham Əliyev
İlham Əliyev

-

İran nüvə sazişindən faydalana bilmir; Ötən ilin payızında Rusiyanın müdaxiləsi ona görə uğurlu oldu ki, onu quruda İran müşayiət edirdi – 25 may Qərb mediasının icmalı.

«Adama elə gəlir, Azərbaycan dünyanın o başındadır, ancaq bu ölkənin diktaturasının əli Londonun mərkəzindəki varlı küçələrə də çatır». Bunu Böyük Britaniyanın «Left Foot Forward» siyasi bloqunda Adam Barnett yazır.

«Özlərinə qalsaydı, londonluların çoxu qorxunc prezident İlham Əliyevlə heç bir bağlantı qurmazdı. Onun hakimiyyəti altında Azərbaycan korrupsiyadan yazan jurnalist Xədicə İsmayılova kimi cəsur dissidentlərin saxta ittihamlarla həbs olunduğu bir ölkəyə çevrilib. Xədicə cümə günü həbsdə 40 yaşını qeyd edəcək».

Müəllif yazır ki, neft ucuzlaşandan sonra ölkənin böyük hissəsinin yoxsulluqdan əziyyət çəkdiyi bir vaxtda hökumət xaricdəki lobbiçilərinə və PR işlərinə bir ətək pul xərcləyir.

«Bu üzağartma siyasətinin əsas postları Londonda yerləşir. Onlardan yalnızca səkkizini təqdim edirik:

1) Avropa Azərbaycan Cəmiyyəti, yaxud TEAS fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun rəhbərliyi altında işləyir. Bu qrup britaniyalı deputatların Azərbaycana səfərlərinə xeyli vəsait sərf edib;

2) «Freud Communications», yaxud «Freuds» PR firması «Google», «Bafta» kimi şirkətlərə və… Azərbaycan hökumətinə xidmət göstərir. Prezidentin qızı Leyla Əliyeva şirkətin müştərisidir. 2011-ci ildə Əliyevanı London ictimaiyyətinə tanıtma partisi təşkil edib;

3) Hampsted, Park-leyn, Naytsbric – Londonun ən şıq əmlak nöqtələri sayılan bu məkanlarda Əliyevlər ailəsinin mülkləri yerləşir;

4) Hanover meydanındakı «Conde Nast» nəşriyyatında Leyla Əliyevanın redaktoru olduğu «Baku» jurnalını əldə etmək olar. Amma «Baku»da yer alan reklamlar azərbaycanlıların heç ağlından belə keçirmədiklərini göstərir;

5) «Child&Child» hüquq firması Əliyevin qızlarının Britaniyanın Vircin adalarında «Exaltation Limited» şirkətinin səhmdarına çevrilməsinə kömək edib;

6) Bukinhem sarayı bu yaxınlarda Azərbaycana kraliçanın 90 illik yubiley törəninə sponsorluğuna görə təşəkkür edib;

7) Siyasətçilər tez-tez «Shepherds» restoranına axşam yeməyinə gəlirlər. Restoranın rəhbəri Lionel Zetter-dir, o, siyasi lobbiçi, həm də TEAS-da direktordur;

8) Bu yay Bakıda «Formula-1» yarışları keçiriləcək. Rəhbəri Bernie Ecclestone-dan soruşublar ki, ölkənin insan haqları durumunu öyrəniblərmi? O da qayıdıb ki, «Öyrənmişik. Məncə, hamı məmnundur. Orada elə bir böyük problem yoxdur»».

Müəllif yazır ki, London bu səkkiz post vasitəsilə qəddar kleptokratiyaya xidmət edir.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti insan haqları tənqidlərini qəbul etmir, beynəlxalq qurumların ölkəyə qarşı qərəzli kampaniya apardığını bildirir.

Tehranda hərbi parad.
Tehranda hərbi parad.

İRAN NÜVƏ SAZİŞİNDƏN FAYDALANA BİLMİR

İranın nüvə sazişi əldə olunandan sonra dünya bazarlarına qaynayıb-qarışacağı, ölkəyə investisiya, gənc əhaliyə imkanlar yaradacağı ümidləri puça çıxır. Buna görə İrandakı qeyri-şəffaf biznes mühitini və Birləşmiş Ştatlardakı siyasi qeyri-müəyyənliyi suçlayırlar. «Reuters» yazır ki, Tehranda otellər yeni bazardan bir dilim qoparmağa can atan biznesmenlərlə qaynaşır. Ancaq xarici sərmayədarlar indi bilib ki, İranın nüvə proqramını məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaların qaldırılması işin yalnız bir tərəfidir.

Baryerlərdən biri sərt-xətt tərəfdarlarının müqavimətidir. Onlar ölkənin dünyaya açılmasının özlərinin maraqlarına zərbə vuracağından ehtiyatlanırlar.

Digər tərəfdən, yanvarda sanksiyalar qaldırılsa da, ABŞ-ın digər məhdudiyyətləri qalır. ABŞ maliyyə sistemindən keçən İran sövdələşmələrində dollardan istifadəyə qadağa var, həmçinin terrorçuluğu dəstəklədiyi hesab olunan fərdlərə və müəssisələrə sanksiyalar qüvvədədir. Sanksiyaların əsas hədəfi də İslam İnqilab Keşikçiləri Qvardiyasıdır.

İnvestorlar, xarici banklar ehtiyatlanırlar ki, sanksiya altında olan qurumlarla, səhvən belə, iş görsələr, ABŞ onları beynəlxalq bank sistemindən çıxarar.

İranlı təhlilçilərin fikrincə, daha bir əngəl ABŞ-da builki prezident seçkisində respublikaçıların namizədi olmağa iddialı Donal Trump-ın yüksəlişidir. O, İranla sazişi cırıb atacağıyla hədələyib.

Xarici şirkət rəhbərləri deyirlər ki, İranda biznes qurmaq istəyirlər, ancaq hansı şirkəti araşdırırlarsa, İnqilab Qvardiyası ilə bağları üzə çıxır.

«SymbioSwiss» şirkətinin rəhbəri Claude Begle söyləyir ki, «ikinci, üçüncü səviyyəli səhmdarlara baxanda, onların adları çıxır. Hər yerdə kök salıblar».

İnqilab Qvardiyası Yaxın Şərqdə bir sıra münaqişələrdə iştirak edir. İraqda ABŞ-la birlikdə «İslam Dövləti» cihadçıları ilə vuruşur. Suriyada Rusiya ilə yanaşı, prezident Bashar al-Assad rejimini dəstəkləyir. Yəməndə şiə husi yaraqlılarının arxasındadır.

Bu səbəbdən ABŞ-ın bu qvardiya və onun biznes imperiyasına sanksiyaları yumşaldacağına gözləntilər azdır.

Rusiyanın müdafiə naziri Sergei Shoigu və onun iranlı həmkarı Hossein Dehghan.
Rusiyanın müdafiə naziri Sergei Shoigu və onun iranlı həmkarı Hossein Dehghan.

İRANIN SURİYADA YÜKSƏLİŞİ

Rusiya ötən ilin sentyabrında Suriyaya hava zərbələri endirəndən sonra prezident Bashar al-Assad rejimi döyüşlərdə üstünlük qazanmağa başladı. Hökumət qüvvələri bu ilin martında Palmiranı İŞİD qruplaşmasından geri aldı. Son həftələr ərzində irəliləyiş nisbətən səngiyib və səbəb ABŞ-la Rusiya arasında atəşkəs sazişinin əldə olunmasıdır.

«Ancaq bu əhvalatda bir məqam çatışmır. Ötən ilin payızında Rusiyanın müdaxiləsi ona görə uğurlu oldu ki, onu quruda İran müşayiət edirdi», - Karneqi Fondundan Aron Lund yazır.

2011-ci ildə münaqişə başlanandan İran Assad-ı müdafiə edib. Elə İranın dəstəyi ilə Livanın «Hizbullah» qruplaşması da Suriya ordusuna təlim keçib, başqa formada da yardım göstərib. İran İnqilab Keşikçiləri Qvardiyası və elit kəşfiyyatçılardan ibarət Qüds qüvvəsinin zabitləri Suriyada idi. Ancaq onlar 2014-cü ildə fəallaşdılar, 2015-ci ilin payızında isə daha çox itki verməyə başladılar. Rusiya sentyabrda hava zərbələrinə başlayanda, İran artıq İraqdan şiə döyüşçüləri Suriyaya gətirirdi, o zaman xeyli sayda iranlı Suriyaya gəlmiş oldu. Bir hesabata görə, İranın vaxtilə Suriyada 700 hərbi müşaviri vardısa, indi qüvvələrin sayı 3 minə çatıb.

Eyni zamanda İranın bu ölkədə itkiləri də çoxalır. 2015-ci ilin oktyabrından 2016-cı ilin fevralınadək 160 iranlı ölüb, 300 nəfər yaralanıb.

XS
SM
MD
LG