Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:57

«Dövlət adına ayıb olur...»


Natiq Cəfərli
Natiq Cəfərli

-

Prezident İlham Əliyev Milli Məclisin fövqəladə iclasında qəbul edilən «Valyuta tənzimi haqqında» qanuna dəyişikləri imzalamayıb və parlamentə geri qaytarıb.

Qanuna əsasən, bəzi kateqoriya şəxsləri çıxmaqla, daimi və müvəqqəti yerləşən fiziki və hüquqi şəxslər Azərbaycandan kənara xarici valyuta köçürərkən, əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımı tam məbləğdə dövlət büdcəsinə ödəməliydilər.

«HÖKUMƏT BİLMİR NƏ ETSİN, NECƏ ETSİN...»

Qanuna dəyişiklər birmənalı qarşılanmamışdı. Prezidentin iqtisadi islahatlar üzrə köməkçisinin yaydığı məlumatda sahibkar və investorların xahişi ilə qanuna dəyişikliyin imzalanmadığı bildirilib.

Son vaxtlar hökumət qəbul etdiyi bir sıra iqtisadi qərarları sonradan ləğv edir. İqtisadçı ekspert Natiq Cəfərli bunu hökumətin düşünülmüş strategiyasının olmaması ilə əsaslandırır: «Hökumət bilmir nə etsin, necə etsin. Həm savadları, bilikləri çatmır, həm də öz şəxsi korrupsiya maraqları da imkan vermir ki, doğru olanı etsinlər. Verilən qərarların nə məntiqi var, nə də ardıcıllığı. Ona görə, dövlət adına ayıb olur, verilən qərarlar sonra ləğv edilir».

«BUNU DUYAN XARİCİ SƏRMAYƏDAR...»

Hökumətin atdığı iqtisadi addımların bir-birini təkzib etdiyini vurğulayan ekspert daha sonra fikrini belə tamamlayır: «Həm deyirlər ki, ölkədə özəlləşmə olacaq, xarici sərmayədarlar gələcək, investisiyalar artacaq, həm də ölkədən 50 mindən çox vəsait çıxarılsa, 20 faiz vergi tətbiq edirlər. Bunu duyan xarici sərmayədar nəinki ölkəyə gələr, Azərbaycanın yerini heç xəritədə də axtarmaz».

XS
SM
MD
LG