Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:35

Deputat 'dollar oyunu'nu açdı - Parlamentdə gərgin müzakirə


Milli Məclis
Milli Məclis

««Bank Standard»da vətəndaşların 560 milyon manata yaxın əmanəti var. 460 milyon manat qorunan, 100 milyon manat qorunmayan pullardır. Bəs indi bu 100 milyon manatın axırı necə olacaq. Bu pullar axı insanların, vətəndaşlarındır».

Modern.az saytının xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

O, «Kredit büroları haqqında» Qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, indi insanları bank sisteminə inandırmaq çətindir: «Necə ki, vətəndaşları milli valyutamıza inandıra bilmirik. Digər tərəfdən isə banklar bağlanan kimi insanlarımız pis günə qalır. Mən iqtisadçı kimi özüm də bu proseslərdən baş açmıram. Özlərinin nə əməliyyatları varsa, 5-10 gün milli valyutanı möhkəmləndirərək həyata keçirirlər, daha sonra isə milli valyutanı buraxırlar. Axı insanlarla bu cür davranmaq olmaz. 30-40 məktubu elə banklardakı bu cür hallarla bağlı mən şəxsən özüm Rüfət müəllim, sizə göndərmişəm».

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanov isə deputat Vahid Əhmədova bu cür cavab verib: «Bu, bank sirridir. Siz gərək bunu açıb deməyəsiniz».

«BANK RƏHBƏRLƏRİNİN HAMISI MİLYONERDİR»

Cavabında Vahid Əhmədov Rüfət Aslanova bu sözləri deyib: «Burada bank sirri var ki? Vətəndaşın əmanəti normal şəkildə qaytarılmır. Bank rəhbərləri hamısı milyonerdir. Heç birinin bankı bağlansa belə, veclərinə deyil. Olan yenə də sadə vətəndaşlara olur. Dövlət başçısı harada səfərdə olursa deyir ki, dövlət arxanızdadır, kreditləri rahat ala bilərsiniz. Digər tərəfdən isə banklar bu cür neqativ, qanunsuz əməllərlə məşğuldurlar. Hər bankın arxasında müəyyən insanlar dayanır. Amma belə də olmaz axı… «Royal Bank» bağlandı. Bu günə qədər də orada əmanətləri olan insanlar hələ əmanətlərini almayıblar».

Rüfət Aslanlı isə parlamentdə deyib ki, qorunmayan əmanətlərlə bağlı prezidentlə müzakirələr aparılıb: «Qorunmayan, sığortalanmayan əmanətlərlə bağlı bu günlərdə hökumətlə və cənab prezidentlə müzakirələr aparmışıq. Çox güman ki, qanunvericilik buna yol verərsə, bağlanmış banklarda qorunmayan və sığortalanmayan əmanətlərin də vətəndaşlara qaytarılmasını həyata keçirəcəyik».

Bu il Azərbaycanda 11 bankın lisenziyası ləğv edilib. Bu qərarlar, bir qayda olaraq, bankların öz öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

Devalvasiyadan prezident ailəsinə yaxın bankların qazancı - [ARAŞDIRMA]

Devalvasiyadan prezident ailəsinə yaxın bankların qazancı - [ARAŞDIRMA]
Gözlə

No media source currently available

0:00 0:10:31 0:00

Əliyevin qızları "Panama Papers"də... (ARAŞDIRMA, VİDEO)

Əliyevin qızları "Panama Papers"də... (ARAŞDIRMA, VİDEO)
Gözlə

No media source currently available

0:00 0:10:10 0:00

XS
SM
MD
LG