Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:10

Ukraynaya ilk F-16-lar göndərilir 


Ukrayna prezidenti Volodimir Zelenski Belçikada hərbi bazada
Ukrayna prezidenti Volodimir Zelenski Belçikada hərbi bazada

Ukraine Rusiyanın raket zərbələrini dəf etmək üçün aylardır gözlədiyi F-16 qırıcı təyyarələrinin ilk partiyasını alıb. Bu barədə Qərbin bir sıra aparıcıları nəşrləri yazır. ABŞ rəsmisi məlumatı “The Associated Press”ə təsdiqləyib.

Ukraynadan bir deputat da az sayda F-16 təyyarələrinin Ukraynaya göndərildiyini təsdiqləyib.

Kiyev F-16-ları əldə etmək üçün aylardır Qərb müttəfiqlərinə təsir göstərirdi, bu qırıcıların Rusiya raketlərini dəf etmək üçün çox vacib olduğunu deyirdi. F-16-lar düşmənin havadan müdafiə sistemlərinin məhvi üzrə ixtisaslaşıb. Qərb isə bu qırıcıları verməyə tərəddüd edirdi, belə ki, Ukraynanı müasir silahlarla təchiz etməyin Rusiya ilə müharibəni daha da qızışdıracağı sarıdan narahatlıq vardı.

Pilotlar təlimi bitirib

Birləşmiş Ştatlar ukraynalı pilotlara təyyarələri necə idarə etməklə bağlı təlim keçib. Pilotların ilk qrupu artıq təlimləri bitirib.

Bu ayın əvvəlində NATO sammiti üçün Vaşinqtona səfər edən Ukrayna prezidenti Volodimir Zelenski NATO üzvlərini qərbin verdiyi silahlardan istifadə ilə bağlı bütün məhdudiyyətləri qaldırmağa çağırıb. Söhbət özəlliklə Ukraynaya Qərb silahlarından daha geniş Rusiya hədəflərinə atəş açmağa icazə verilməsindən gedir.

İlk partiyada neçə qırıcının verildiyi, onları hansı ölkələrin verdiyi bəlli deyil. Ukrayna hökuməti isə qırıcıları aldığını təsdiqləməyib.

ABŞ prezidenti Co Bayden (Joe Biden) 2023-cü ilin avqustunda Ukraynaya ABŞ-ın hazırladığı hərbi təyyarələrin göndərilməsinə icazə verib.

Azı 60 təyyarə

NATO üzvləri Belçika, Danimarka, Niderland və Norveç Ukraynaya azı 60 təyyarə verməyə razılaşıblar. Rusiyanın qırıcı təyyarə sayının bundan dəfələrlə çox olduğu bildirilir.

Ukrayna rəsmilərinin sözlərinə görə, Rusiyanın hava hücumlarını neytrallaşdırmaqdan ötrü ölkəyə azı 130 F-16 lazımdır.

Qırıcıların ilk partiyasının Ukraynaya göndərilməsi barədə birinci “Bloomberg” yazıb.

“The Times” isə qeyd edir ki, Ukrayna F-16 qırıcılarının altı təyyarədən ibarət ilk partiyasını Niderlanddan alıb. Qəzet qeyd edib ki, bu yaxınlarda Danimarka növbəti partiyanı göndərməlidir.

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak informasiyanı şərh etməyib, bunun Kiyev üçün “ölüm-dirim məsələsi” olduğunu deyib.

XS
SM
MD
LG