Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:16

Trump administrasiyası impiçment araşdırması ilə əməkdaşlıq etməyəcəyini bildirib


Ağ Ev demokratların çoxluğa malik olduğu Nümayəndələr Palatasına bildirib ki, prezident Donald Trump-ın administrasiyası prezidentin impiçmentinə dair araşdırma ilə əməkdaşlıq etməyəcək.

Respublikaçılar partiyasının üzvü olan prezident Trump-ın oktyabrın 8-də yazdığı məktubda deyilir ki, impiçment araşdırması “qanunsuz”, “əsassız” və “qeyri-konstitusyondur”.

Bu məktubdan əvvəl Dövlət Departamenti ABŞ-ın Avropa İttifaqındakı səfiri Gordon Sondland-a Konqres komitələri qarşısında ifadə verməyi qadağan etmişdi.

Səfirin impiçment araşdırmasına ifadə verməsi qadağan olunub

ABŞ-ın Avropa İttifaqındakı səfiri Gordon Sondland-in vəkili bildirib ki, Dövlət Departamenti onun müdafiə etdiyi şəxsə prezident Donald Trump-ın impiçmentinə dair araşdırma çərçivəsində Nümayəndələr Palatasında keçiriləcək dinləməyə çıxmamağı tapşırıb.

Gordon Sondland
Gordon Sondland

Vəkil Robert Luskin oktyabrın 8-də verdiyi bəyanatda deyib ki, Sondland Dövlət Departamentinin göstərişinə tabe olmalıdır.

Vəkil əlavə edib ki, Sondland-a Konqresin Kəşfiyyat, Büdcə Ayırmalarına Nəzarət və Xarici İşlər komitələrinin dinləməsində iştirak etməmək tapşırığı verilməsinin səbəbi göstərilməyib.

Sondland bundan əvvəl ifadə verməyə razılıq vermişdi.

Luskin deyib ki, Sondland "ifadə verə bilməyəcəyindən həqiqətən də məyus olub” və “həmişə Birləşmiş Ştatların maraqlarına uyğun hərəkət etdiyinə inandığını” bildirib.

Bu hadisə Ağ Ev və prezidentin impiçmenti üçün araşdırma aparan Konqres demokratları arasındaonsuz da gərgin olan münasibətləri daha da tarıma çəkəcək.

Trump bu xəbəri özünün Twitter postunda təsdiq edib və demokratların araşdırmasını “qondarma məhkəmə” adlandırıb:

"Mən həqiqətən də istərdim ki, əsl gözəl insan və yaxşı amerikalı olan səfir Sondland ifadə versin, amma təəssüf, o özünü tamamilə gözdən salmış və respublikaçıların haqlarının əllərindən alındığı və həqiqi faktların üzə çıxmasına imkan verilmədiyi qondarma məhkəmə qarşısında ifadə verməli olacaqdı”.

Kəşfiyyat Komitəsinin sədri Adam Schiff Sondland-ın ifadə verməsinə blok qoyulmasını ədalətə mane olunduğunun daha bir sübutu adlandırıb.

Siyasi təyinatlı səfir və respublikaçıların uzun müddətdən bəri donoru olan Sondland bundan əvvəl diplomat kimi işləməyib.

Dövlət Departamentinin müşaviri Ulrich Brechbuhl Konqres komitələri qarşısında ifadə verməlidir, lakin onun dinləməyə gəlib-gəlməyəcəyi hələlik təsdiq edilməyib.

ABŞ-ın Ukraynadakı keçmiş səfiri, may ayında qəfildən Vaşinqtona geri çağırılmış Marie Yovanovitch oktyabrın 11-də ifadə verməli idi, lakin belə görünür, onun da ifadə verməsi ləngidilir.

Sondland-ın adı Trump-ın Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə telefon söhbətindən sonra hallanmağa başlayıb.

İyulun 25-də yer almış bu telefon danışığı prezident Donald Trump-a qarşı impiçment araşdırmasına başlanmasına səbəb olub.

Demokratlar Trump-ı Ukrayna prezidentini keçmiş vise-prezident Joe Biden və onun oğlunun təhqiqatına məcbur etmək məqsədilə Ukrayanya hərbi yardımı yubandırmaqda ittiham edirlər.

Joe Biden 2020-ci il prezident seçkisində Trump-ın əsas rəqibi ola bilər.

Tənqidçilər bildirirlər ki, Trump bu yolla Biden-i seçki ərəfəsində gözdən salmağa və onu gözlənilən yarışdan çıxarmağa çalışır.

XS
SM
MD
LG