Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:18

Şah İsmayıl sərgisində yumurtalar


►Sərgidə dəvəquşu yumurtaları üzərində işlənmiş rəsm əsərləri nümayiş olunacaq

AMEA Milli Azərbaycan Tarixi Muzeyində hazırlıq işləri aparılan “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisində qeyri-adi üslubda işlənmiş sənət əsərləri göstəriləcək.

Sərginin kuratoru Səbuhi Əhmədovun AzadlıqRadiosuna bildirdiyinə görə, onlar arasında dəvəquşu yumurtası üzərində çəkilmiş rəsmlər xüsusi maraq doğurur.

Rəssam Bənövşə Əliyeva xüsusi sifariş əsasında sərgidə nümayiş olunmaq üçün dəvəquşu yumurtası üzərində “Çaldıran döyüşü” və “Şah İsmayıl ovda”, rəssam Tahir Ələkbərov isə “Quranın nəstəliq xətti ilə yazılmış “İxlas” surəsi” (nəstəliq xətti orta əsrlər dövründə Azərbaycanda ən geniş yayılmış xətt növü idi-red.) adlı nadir sənət əsərləri yaradıb.

130-dan artıq unikal eksponatın, çoxlu sayda informasiya-məlumat paneli, xəritə, portret, iriölçülü bannerlərin qurulduğu sərgi yaxın günlərdə açılacaq.

XS
SM
MD
LG