Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:10

Tovuzda əkin sahələrini sel basıb, amma sığorta...


Zəlzələ, sel, daşqın, tufan və digər təbii fəlakətlər zamanı əmlakınızı necə sığortalamalı
Gözlə

No media source currently available

0:00 0:04:40 0:00

Zəlzələ, sel, daşqın, tufan və digər təbii fəlakətlər zamanı əmlakınızı necə sığortalamalı (Arxiv)

Son həftələr Azərbaycanın Qərb bölgəsində Kür çayının daşdığı, bəzi əraziləri sel sularının basdığı bildirilir. Xüsusilə, Tovuz rayonunda hektarlarla əkinlərin məhv olduğu vurğulanır.

Sakinlər deyir ki, onlara ciddi ziyan dəyib, amma, hələlik, nə kompensasiya haqqında bir söz deyən var, nə də yardım edən.

"Kredit götürmüşük, amma sığortamız yoxdur"

Tovuz rayonunun Hunanlar kənd sakinləri AzadlıqRadiosuna deyib ki, sel nəticəsində kök və çuğundur sahələri, ərik bağları su altında qalıb. "Bizim tonlarla məhsulumuz batdı, yararsızdır. Onları nə sata, nə də istifadə edə biləcəyik. Hektarlarla torpaq su altında qalıb. Gələn əkində o torpaqların yararlı olacağını da bilmirik...", - sakinlərdən adının çəkilməsini istəməyən biri vurğulayıb.

Onların sözlərinə görə, əkin üçün kredit götürüblər, indi isə krediti nə ilə ödəyəcəklərini bilmirlər və pis vəziyyətə düşüblər. "Sığortamız yoxdur, çünki sənədləşmədə xeyli əngəllər var. Çoxlu sənədlər istəyirlər, get-gələ salırlar", - başqa bir kənd sakini iddia edib.

Goranboyda seldən zərər görənlər: 'Dövlətdən kömək yoxdur'
Gözlə

No media source currently available

0:00 0:04:58 0:00

"Kompensasiya yalnız sığorta olunmuş təsərrüfatlara ödənilir"

Bu tənqidlərə cavabdeh qurumlardan birbaşa münasibət almaq mümkün olmayıb. Amma Aqrar Sığorta Fondundan "Turan"a bildirilib ki, hazırda təbii fəlakətlər ilə bağlı onlara kütləvi şəkildə müraciətlər daxil olur: "Hamısına operativ şəkildə baxılır və müvafiq qərarlar ekspertlər rəyi əsasında qəbul edilir. Hazırda bununla bağlı bütün ekspert qruplarımız səfərbər olunur. Ən çox Aran zonasında və Qazax-Tovuz iqtisadi rayonunda sel, subasmalar olub. Həmin ərazilərə nə qədər ziyan dəyməsi ilə bağlı dəqiq məlumat ekspertlərin rəyindən sonra məlum olacaq. Kompensasiya yalnız sığorta olunmuş təsərrüfatlara ödənilir".

Vurğulanıb ki, 2023-cü ildə ölkə üzrə sığortalanmış əkinlərin sahəsi 114 min hektar və ya 43 faiz artaraq 380 min 476 hektara çatıb: "Əkin sahələrinin sığortası üzrə fermer və təsərrüfatlar ilə 43 min müqavilə imzalanıb".

Fonddan əlavə edilib ki, 2023-cü ildə aqrar sığorta mexanizminin fermerlərə dəstəyi daha da güclənib: "Sığorta ödənişləri 2022-ci il ilə müqayisədə 2 milyon manat və ya 80 faiz artaraq 4.4 milyon manata yüksəlib. Ödənişlərdən 3.5 milyon manatı bitkiçilik, 910 min manatı heyvandarlıq sığortasının payına düşüb. Bitkiçilik üzrə ödənişlər iki dəfə, heyvandarlıq sığortası üzrə 28 faiz artıb".

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

"İnhisarçılıq var"

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov AzadlıqRadiosuna açıqlamasında sığorta sistemindəki qüsurlara diqqət çəkir: "Heç də bütün hadisələrdən təsərrüfatlar sığortalanmır. Son vaxtlar ölkədə quraqlıq artır və bir çox hallarda, görürük ki, bununla bağlı təsərrüfatlar sığortalanmır... Maarifləndirmə aparılmır deyə, fermerlər arasında sığortaya biganəlik var".

Ekspert hesab edir ki, aqrar sığorta bazarında, demək olar, rəqabət yoxdur: "Yəni, burada inhisarçılıq var".

Məhərrəmovun sözlərinə görə, başqa bir problem də var: "Fermerlər şikayət edir ki, təsərrüfatları sığortalayanda sığorta vəsaitlərini almaqda, hadisənin sığorta halı olduğunu sübut etməkdə çətinlik çəkirlər. Bir çox sənədlər tələb olunur. Eyni zamanda, bir çox hallar sığorta hadisəsi siyahısına daxil deyil deyə, fermerlər kompensasiya ala bilmirlər".

XS
SM
MD
LG