Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:04

Samvel Babayan Azərbaycandan ermənilər üçün muxtar vilayət istəyir


Samvel Babayan
Samvel Babayan

Qarabağın keçmiş separatçı rejimində "müdafiə naziri" kimi təqdim olunan Samvel Babayan düşünür ki, keçmiş separatçı lider Samvel Şahramanyanın “Artsax Respublikasının” (Qarabağ-red) yanvarın 1-dək buraxılmasına dair fərmanını ləğv etmək mümkündür.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Babayanın fikrincə bu fərmanın qanuniliyini “Ali Məhkəmə” müəyyən edə bilər:

“Əgər fərman qanuna ziddirsə, prezident vəzifəsindən kənarlaşdırılar və adamların qaytarılması və ya danışıqlar və sair üçün yeni orqan seçilə bilər”.

Qarabağda özünü “Vahid vətən” adlandıran partiyanın lideri Babayan deyib ki, Qarabağın “parlament qüvvələri” bu yaxınlarda toplaşaraq onun təklifini müzakirə edəcəklər.

Separatçı parlamentdə “hakim” “Azad vətən” fraksiyasının deputatı Aram Arutyunyan Azatutyuna deyib ki, hələ heç bir müzakirə olmayıb, amma belə bir müzakirə üçün hüquqi əsas var.

Babayan hansı təkliflərdən danışır?

Amma Arutyunyan bunu da əlavə edib ki, belə bir müzakirənin siyasi nəticələrini də düşünmək lazımdır.

Qarabağın keçmiş “deputatlarından” David Qalstyan isə bildirir ki, Şahramanyanın fərmanı qanunsuzdur, çünki referendum – xalq səsverməsinin (separatçıların 1991-ci ildə keçirdikləri referendum. Azərbaycan həmin referendumu tanımayıb-red) nəticəsi heç bir fərmanla ləğv oluna bilməz.

Samvel Babayansa düşündüyünü bildirib ki, sakinlərin Qarabağa qaytarılması mümkündür, amma bunun üçün Azərbaycan Qarabağa muxtar vilayət statusu verməyə razı olmalıdır.

O 19 sentyabradək olan müddətdə iddiasına görə Azərbaycan tərəfinə ötürdüyü təklif paketini müzakirə etməyə hazır olduğunu deyib.

Azərbaycan muxtariyyət verməsə

Babayan vurğulayıb ki, əgər Azərbaycan ermənilərə muxtar vilayət statusu verməyə razılaşmasa onlar Qarabağa qayıtmamalıdırlar:

“İlk növbədə bizə bilmək lazımdır ki, Azərbaycan nəyə, nə kimi danışıqlara hazırdır. Əgər o bizim göndərdiyimiz paket çərçivəsində danışıqlara hazırdırsa, biz bu barədə deyəcəyik və bu danışıqları aparacaq şəxslərə səlahiyyətlər verəcəyik. Əgər bizə xüsusi status verilməsə, biz heç yerə getməyəcəyik və artsaxlılar (qarabağlılar-red) qayıtmayacaqlar”.

Azatutyun yazır ki, Azərbaycan Qarabağa hər hansı status verilməyəcəyini qəti şəkildə bildirib və üstəlik prezident İlham Əliyev Xankəndiyə komendant təyin edib.

Babayan iddia edir ki, o sentyabrın 19-dan əvvəl Bakıya 23 maddədən ibarət təkliflər paketi göndərmişdi və Azərbaycan bu təklifləri müzakirə etməyə hazır idi.

Amma David Qalstyan belə bir sual verir ki, Babayanın guya Bakıya göndərdiyi təklifləri onun özündən başqa görən olubmu?

Elmar Məmmədyarov: 'Azərbaycan və Ermənistan birbaşa danışıq aparmalıdır'
Gözlə

No media source currently available

0:00 0:25:15 0:00

Babayan Laçın postundan keçərək Ermənistana gəlib

Azatutyun yazır ki, Qarabağdan əhali axının olduğu bir vaxtda Azərbaycanın Laçın postundan keçərək Ermənistana gəlmiş Babayan oktyabrın 16-da daha bir iddia ilə çıxış edib.

O deyib ki, onun bəyanatları əsasında Ermənistanın hüquq-mühafizə orqanları iki cinayət işi açıblar. Bunlardan biri hərbi komandanın və ya vəzifəli şəxsin müharibə vaxtı öz səlahiyyətlərinə səhlənkar yanaması, digəri isə döyüş vasitələrinin düşmənin ixtiyarına verilməsidir.

Azatutyunun yazdığına görə Ermənistanın Baş Prokurorluğu Babayanın hansı bəyanatlarının əsasında cinayət işlərinin açıldığına aydınlıq gətirməyib.

Qarabağın keçmiş “müdafiə naziri” Samvel Babayan ötən həftə Ermənistanın ictimai televiziyasına müsahibəsində “keçmiş prezidentlər”, hazırda Bakıda həbsdə olan Arkadi Qukasyanı, Bako Saakyanı, habelə Azərbaycanın hücumundan on gün əvvəl “prezident” seçilmiş Samvel Şahramanyanı ittiham etmişdi.

Avropa Şurası Azərbaycana sanksiya qoya bilərmi? 'Erməni sakinləri inandırmağa çalışmalıdır'
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

“Arutyunyanı istefaya ruslar məcbur ediblər”

Azatutyun yazır ki, Babayanın bəyanatlarından sonra indilik cinayət işi üzrə müttəhim yoxdur.

Babayan deyib ki, əgər Qarabağ Azərbaycanın sözünə qulaq asıb təzə prezident seçməsəydi, hücum olmayacaqdı.

O bundan başqa mənbəyini açmadan iddia edib ki, Arayik Arutyunyan istefaya öz xoşuyla deyil, Rusiya FTX-dən gələn zəngdən sonra, rusların təzyiqi altında gedib.

Babayanın sözlərinə görə “ruslar Arutyunyandan onlar üçün yaxşı işləmədiyinə” və “kifayət qədər rusyönlü olmadığına” görə narazı olublar:

“22 deputatla bu dörd nəfər – Bako Saakyan, Arkadi Qukasyan, Arayik Arutyunyan və Samvel Şahramanyan da məhkəmə qarşısına çıxarılmalıdır”.

Paşinyanın 8 kənd iddiası: Sülh daha da uzaqlaşırmı?
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

“Bu Samvel Babayan kimdir?”

Babayan habelə silahları Azərbaycana təhvil verənləri ittiham edib.

Azatutyun yazır ki, Babayanın hansı mandatla Azərbaycanla danışıqlar aparması məsələsi çox mühümdür.

Babayanın tənqidçiləri onun heç bir rəsmi vəzifəsi olmadan Arayik Arutyunyanın vaxtında Azərbaycanla necə danışıqlar aparmasını sual edirlər.

Ermənistan Milli Məclisinin müxalifətdən ola deputatı Tiqran Abramyan bu barədə belə deyib:

“Hələ bir izah edən olmayıb ki, azərbaycanlılarla əlaqədə olan bu Samvel Babayan kimdir?”

Azatutyun yazır ki, Qarabağın keçmiş separatçı başçıları və qondarma parlamentin spikeri David İşxanyan da həbslərindən əvvəl Babayanın bu ittihamlarına münasibət bildirməmişdilər.

Azatutyun bildirir ki, Şahramanyanla əalqə yarada bilməyib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə (Şuşa şəhəri daxil) nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Qarabağda qalan əraziyə (Xankəndi daxil) separatçı qurum nəzarət edib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG