Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:27

'Fındıq monopoliyası' tüğyan edir


Dollar kreditləri ilə bağlı qərar verildi - Konstitusiya Məhkəməsi nə deyir?
Gözlə

No media source currently available

0:00 0:14:43 0:00

Dollar kreditləri ilə bağlı qərar verildi - Konstitusiya Məhkəməsi nə deyir?

Müsahiblərimizlə söhbətdən belə görünür ki, sahibkarlar üçün axır vaxtlar əsas dəyişiklik qanunsuz ödənişlərin yığışdırılmasıdır.

Bərdə rayonundan adının çəkilməsi istəməyən bir sahibkar deyir ki, son bir ildir, onları əvvəlki kimi incidib, pul tələb edən yoxdur.

Keçmiş deputat, işadamı Nazim Bəydəmirli deyir ki, bu yeni vergilər naziri Mikayıl Cabbarovun təyinatından sonrakı islahatlardan biridir - vergidə qanunsuz ödəmələr və rüşvət əsasən yığışdırılıb.

Fındığın alış qiyməti iki dəfə azaldılıb

Amma sahibkarın həll olunmamış qayğıları hələ qalır. Məsələn, Qax rayonunda fındıq becərən sahibkar Zaza Poladaşvili deyir ki, iki il əvvəl zavodlar fındığın 1 kiloqramını beş manata alırdılar, sonra qəfildən qiyməti iki dəfə endirdilər və regiondakı zavodların hamısı demək olar ki, eyni qiymət təklif edir:

“Fındığın qiyməti bu il heç nə oldu. Bizi qane etmədi. Kilosunu 2,5-2,6 manata aldılar. Birinci növbədə nəzarət olmalıdır ki, fındıq normal qiymətə alınsın, sahibkara da, fəhləyə də sərf eləsin, əziyyətimiz itməsin. Kim buraxır bizi xaricə aparmağa? Birincisi, bizim ləpələyən aparatımız yoxdur, ona görə də məcbur qalıb zavoda satırıq. İkincisi, bizə maneələr törədirlər, məcbur olub zavoda veririk”.

Sahibkar deyir ki, bu qiymət siyasətindən belə anlayır ki, fındıq biznesi monopoliyadadır.

Zaqatala və Balakən rayonlarında da fındığın əhalidən alış qiyməti 5 manatdan 2, 5 manata endirilib.

Məmur sahibkarlığı davam etdikcə...

Başqa bir sahibkar Nazim Bəydəmirli də deyir ki, vergi ilə bağlı problemlər aradan qalxsa da, sahibkarı öz biznesini artırmağa qoymayan məmur sahibkarlığı hələ də qalmaqdadır.

Onun sözlərinə görə, sahibkarın başqa ən böyük problemi gömrükdəki qanunsuz ödəmələr, monopoliyadır.

Nazim Bəydəmirli deyir ki, sahibkarlığın inkişafı, biznesin böyüməsi üçün lazım olan kreditlər də Azərbaycanda bahadır və bu da əsas problemlərdən biridir.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Təhlilçilərin üzərində dayandığı başqa bir məqam odur ki, son vaxtlar özəl sektora dövlət qurumları özləri də rəqib olur.

Maliyyə Nazirliyinin 2018-ci il dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatındakı rəqəmlərdən belə anlaşılır ki, dövlət qurumlarının ödənişli xidmətləri büdcəyə daha çox gəlir gətirir, nəinki sadələşdirilmiş vergi verənlər.

Hesabatda deyilir ki, sadələşdirilmiş vergi üzrə 2018-ci ildə daxilolmalar 380 milyon manat gözlənilir. Büdcə təşkilatlarının ödənişli xidmətlərdən daxilolmalar üzrə proqnozlar isə 460 milyon manat gözlənilir.

Özü də sahibkar olan, keçmiş deputat Nazim Bəydəmirli deyir ki, dövlət qurumlarının bazarda belə iştirakı biznesə ziyandır:

“Dövlət özü kommersiya fəaliyyəti ilə məşğul olur. Bu, maraqlar toqquşmasıdır. Gömrük Komitəsinin xəstəxanası var, SOCAR-ın yaratmadığı kommersiya qurumu yoxdur. Bu necə iqtisadi siyasətdir?!”

Hakimiyyət rəsmilərindən bu deyilənlərlə bağlı şərh almaq mümkün olmadı, telefon zənglərimizə cavab verən olmadı.

Amma ki, İqtisadiyyat Nazirliyinin açıqlamalarında sahibkarlığın inkişafı üçün yetərincə işlər görüldüyü deyilir, müxtəlif kampaniyalar, konfranslar keçirilir.

Amma Nazim Bəydəmirli deyir ki, sahibkarların bunlardan çox zaman heç xəbəri də olmur.

Keçən ilin dekabrında, ölkədə hətta Kiçik və Orta sahibkarlıq agentliyi yaradılıb.

Şahin Mustafayev
Şahin Mustafayev

Bu ilin martında İqtisadiyyat naziri Şahin Mustafayev Azərtac-a müsahibəsində deyib ki, bu agentlik, sahibkarları texniki, maliyyə, hüquqi, metodiki və sair sahələrdə dəstəkləyəcək.

Nazir deyib ki, ötən dövr ərzində sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayı son 15 il ərzində 4,3 dəfə artıb, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi, məşğulluqda payı isə 75 faizi ötüb.

Dörd il əvvəl, neftin ucuzlaşmasından və manatın devalvasiyasından sonra hakimiyyət bəzi sektorlarda islahatlar apardığını iddia edir, bunun biri də sahibkarlığa dəstəkdir. Tənqidçilər isə deyirlər ki, bunun üçün ölkədə azad bazar qaydaları daha çox tətbiq olunmalıdır ki, özəl biznes çiçəklənsin.

XS
SM
MD
LG