Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:58

'Güzəştli kreditlərdən istifadə edən çərçivə çox məhduddur'


Azərbaycan makaronu niyə özü istehsal etmir?
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Azərbaycan makaronu niyə özü istehsal etmir?

Sahibkarlığın İnkişafı Fondunun məlumatına görə, 2022-ci ilin yola salınan 5 ayında sahibkarlara 43.7 milyon manat güzəştli kredit verilib.

"Vaxtın da gedir, əsəbin də"

Adını çəkmək istəməyən bir sahibkar AzadlıqRadiosuna bildirib ki, bir il əvvəl o da güzəştli kredit üçün müraciət edib: "Mənə bankdan o qədər sənəd deyilib ki, bunların hamısını təqdim etmək mümkün deyil. Hətta təqdim edənlər var. Amma əvəzində hər hansı səhv tapırlar, adamı get-gəl edirlər. Sonra da bəzən "şapka" istəyirlər. Nəticədə isə imtina cavabını alırsan. Vaxtın da gedir, əsəbin də".

Fermer 13 bankdan 'yox' cavabı alırsa, dövlətin sahibkara dəstəyi necə olur?
Gözlə

No media source currently available

0:00 0:05:21 0:00

Sahibkarlığın İnkişafı Fondundan isə "Turan"a deyilib ki, indiyədək müvəkkil kredit təşkilatları vasitəsilə 41 min 300-dək layihə maliyyələşdirilib və bu məqsədlə 2.7 milyard manatdan çox güzəştli kredit ayrılıb: "Kreditlərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinin payı 91.7 faiz təşkil edib. 6.1 faiz sənaye məhsullarının istehsalı və emalı, 1.6 faiz xidmət, 0.6 faizi isə turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb". Qurumdan vurğulanıb ki, kreditlər tam şəffaf sistemlə təqdim olunur.

"Güzəştli kreditlərə tələbat çoxdur"

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, 5 ay ərzində sahibkarlara verilən güzəştli kreditlərin məbləği çox kiçikdir: "Azərbaycan iqtisadiyyatı üçün sahibkarların ehtiyacları kontekstində qiymətləndirəndə bu, çox az maliyyə vəsaitidir. Bu, 43.7 milyon manat olmalı deyildi, milyardlardan söhbət getməli idi".

Qadın sahibkar: 'Məndən rüşvət istəyirlər'
Gözlə

No media source currently available

0:00 0:06:43 0:00

Onun fikrincə, Azərbaycan sahibkarlarının kredit resurslarına ehtiyacı həddindən artıq çoxdur: "Güzəştli kredit məsələsi gündəmə ona görə daşınır ki, güzəştsiz kreditlərin faiz dərəcələrini qaytarmaq, onların yükünü daşımaq hazırkı şəraitdə mümkün deyil. Ona görə də güzəştli kreditlərə tələbat həddindən artıq çoxdur".

N.Əliyevin sözlərinə görə, Azərbaycan reallığında güzəştli kreditlərdən heç də hamı yararlana bilmir: "Hər hansı bir şəkildə bu və ya digər dərəcədə əlaqəsi olanlar bu imkandan istifadə edirlər. Ona görə də güzəştli kreditlərdən istifadə edən çərçivə çox məhduddur".

Güzəştli kreditlər sahibkarlara 5 faizlə təqdim edilir.

XS
SM
MD
LG