Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:50

Şah İsmayılın silahına maraq şəkilli dəvəquşu yumurtasını üstələdi


«I Şah İsmayıl-sərkərdə və hökmdar» sərgisi ilin sonunadək davam edəcək.
«I Şah İsmayıl-sərkərdə və hökmdar» sərgisi ilin sonunadək davam edəcək.

-

Milli Azərbaycan Tarixi Muzeyindəki «I Şah İsmayıl- sərkərdə və hökmdar» sərgisi istər yerli, istərsə xarici qonaqlarda böyük maraq doğurub.

Sərginin kuratoru Səbuhi Əhmədovun AzadlıqRadiosuna bildirdiyinə görə, sərgiyə gələnlərəsorğunu cavablamaq da təklif edilib. O, həmin sorğunun nəticələrini də açıqlayıb.

SORĞUDAN MƏLUM OLUB Kİ...

Sərgiyə gələnlər çox olsa da, yazılı sorğuya cəmi 42 nəfər qatılıb. Bununla belə, cavablardan ilginc məqamlar üzə çıxıb:

- Məhz sərgiylə tanış olmaq istəyənlərin sayı, sadəcə, muzeyə baxmaq istəyənləri 2 dəfədən çox üstələyib;

- Tamaşaçılar Şah İsmayıla həsr edilən sərgidən daha çox KİV vasitəsilə xəbər tutublar;

- Sorğunu cavablayanların mütləq əksəriyyəti sərgidən yeni məlumat əldə etdiyini düşünür;

- Tamaşaçıların sərgiyə bələdçiylə, üstəlik, dost-tanış və qohumlarla deyil, tək baxmağa üstünlük verdiyi duyulur;

- Sərgidən xatirə kimi nişan əldə etmək istəyənlər daha çoxdur.

Cavablarını yazılı bildirən 42 nəfərin 15-i kişi və 25-i qadın olub. Sorğuya qatılanların 10 nəfəri orta, 12 nəfəri – natamam ali, 7 nəfəri - ali texniki və 11 nəfəri - ali humanitar təhsillidir.

MARAQLI BİR DETAL

Sərgidən öncə rəsmli dəvəquşu yumurtalarının, Çaldıran döyüşünə aid eksponatların və xəritələrin ayrıca maraq doğuracağı düşünülsə də, dönəmin, ayrıca Şah İsmayılın silahları daha çox diqqət çəkib.

Muzey gələcək tədbir və sərgilərdə sorğuya qatılanların arzu və istəklərini də nəzərə alacaq.

«I Şah İsmayıl-sərkərdə və hökmdar» sərgisi ilin sonunadək davam edəcək.

XS
SM
MD
LG