Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:12

Rusiya ABŞ-dan 9 dəfə geri qaldığını etiraf etdi


SpaceX-in "Falcon 9" raketi Sakit okeana enir
SpaceX-in "Falcon 9" raketi Sakit okeana enir

►Dmitri Roqozin: "Rusiya kosmik sahədə ABŞ-a çatmağa qadir deyil"

Rusiya baş nazirinin müavini Dmitri Roqozin Sənaye və ticarət nazirliyinin kollegiyasında çıxışı zamanı bəyan edib ki, Rusiya kosmik sahədə ABŞ-dan doqquz dəfə geri qalır.

O deyib ki, Rusiya hətta məhsuldarlığı 1,5 dəfə artırsa belə, "heç vaxt onlara çatmayacaq".

"Eləcə oturub NASA və Elon Musk barədə xəbərlərə baxıb ağzımızın suyunu axıdacağıq," deyə o bildirb.

Roqozinin fikrincə, vəziyyəti düzəltmək üçün qərar qəbuletmə prosedurları maksimum asanlaşdırılmalı, sənəd dövriyyəsi ixtisar olunmalı, yoxlamalarsa bir pəncərə vasitəsilə aparılmalıdır.

Roqozin keçən ilin sonunda kosmik aparatların buraxılmasının ucuzlaşdırılmasının vacibliyini qeyd etmiş və bunu "rəqiblərin gəlib onlara çatması" ilə izah etmişdi.

Dmitri Roqozin
Dmitri Roqozin

O, Elon Muskı nümunə göstərərək belə demişdi:

"Baxın görün milyarder Musk öz layihələri ilə nələr eləyir. Bu çox maraqlıdır, bu yaxşı görülmüş işdir və biz bu işə hörmətlə yanaşırıq."

Rusiyanın kosmik agentliyi Roskosmosun rəhbəri İqor Komarov da aprelin 12-də Musk-ın layihələri ilə rəqabətə can atmaq barədə danışmışdı.

O demişdi ki, Rusiya yenidən istifadə edilə bilən daşıyıcı raketlərin istehsalına başlayacaq, ancaq bunun nə zaman baş verəcəyini deməyə çətinlik çəkmişdi.

Bir neçə həftə əvvəl Rusiya yeni tikdiyi "Vostoçnı" kosmodromundan raket buraxmağa çalışmış, amma buna yalnız ikinci cəhddə anil olmuşdu.

Kosmodroma raketin buraxılmasına gəlmiş prezident Putin buna görə bəzi məmurları cəzalandırmış, o cümlədən Roqozinə töhmət vermişdi.

XS
SM
MD
LG