Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:12

Qafqazda sülhü Qərb istəyir, yoxsa Rusiya?


Üçüncü Qarabağ savaşı realdır? - Vaşinqton, Yerevan və Bakıdan rəylər
Gözlə

No media source currently available

0:00 0:12:41 0:00

Üçüncü Qarabağ savaşı realdır? - Vaşinqton, Yerevan və Bakıdan rəylər

Metyu Miller
Metyu Miller

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu avqustun 6-da Azərbaycanda olarkən Prezident İlham Əliyevlə müzakirə etdiyi məsələləri açıqlayıb. TASS-ın xəbərinə görə, Sergey Şoyqu bildirib ki, Bakıya işgüzar səfəri zamanı Qərbin Cənubi Qafqazda təhlükəsizliyin yaradılması prosesinə müdaxilə cəhdləri müzakirə olunub.

“Məsələlərin ən geniş spektri müzakirə edilib. Bu, ilk növbədə, Cənubi Qafqazda təhlükəsizliklə bağlıdır. Yəni Ermənistanın Azərbaycana 10-cu təkliflər paketi və təbii ki, Qərbin bu prosesə çox fəal müdaxilə cəhdləri də bura daxildir”, - deyə Şoyqu əlavə edib.

Konkret bu fikirlərə, hələlik, Qərb ölkələrinin rəsmilərindən münasibət bildirilməyib. Amma bu yaxınlarda Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn (James O'Brien) Senatda “Avropanın Gələcəyi” mövzusunda dinləmələr zamanı demişdi ki, ölkəsi Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına güclü dəstək verir. Dinləmələrdə Moskvanın iki ölkənin sülh səylərini əngəlləməsi barədə suala cavab olaraq o vurğulayıb ki, Rusiya hər şeyin onun şərtləri çərçivəsində gerçəkləşməsini istəyir:

“Səmimi deyim ki, hər iki ölkə bu durumdan məyusdur. Biz çox çalışırıq ki, tərəflərin ifadə etdiyi sülh istəyi saziş formasında əks olunsun”.

Ceyms O'Brayn
Ceyms O'Brayn

Göründüyü kimi, ABŞ-da da regionun təhlükəsizliyi ilə bağlı tam əksini düşünürlər. Azərbaycan və Ermənistan arasında son illər həm Qərbin, həm də Rusiyanın ayrı-ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları gedir, hələlik, təşəbbüslər real nəticə vermir. Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi dönəm-dönəm iki ölkə arasında silahlı toqquşmalara səbəb olmuşdu.


“Rusiya MDB məkanı özünün maraq dairəsi hesab edir”

Mövzu ilə bağlı AzadlıqRadiosuna danışan Azərbaycanın Avropa Birliyində sabiq səfiri Arif Məmmədov deyib ki, Rusiyanın Qərbi regiona buraxmamaq istəməməsini tam anlaşılan sayır: “Ukrayna cəbhəsində Rusiya qoşunlarının uğurlu irəliləyişi və Kiyevin danışıqlardan imtinası şimal ölkəsinin daha ciddi iddialarının olduğunu göstərir. Ümumiyyətlə, Rusiya Müstəqil Dövlətlər Birliyi (MDB) məkanını özünün maraq dairəsi hesab edir. Gürcüstanda son hadisələr Rusiyanın mövqeyinin gücləndiyini və “5-ci kolon”un heç də zəif olmadığını təsdiqləyir. Ermənistanda da cəhdlər olacaq”.

Arif Məmmədov
Arif Məmmədov

Gürcüstanda müxalifətin, vətəndaş cəmiyyətinin, hətta prezidentin etirazlarına baxmayaraq, "xarici agent" qanunu qüvvəyə minib. Qanunun tələbinə görə, maliyyələşdirilməsinin 20 faizi xaricdən gələn təşkilatlar qeydiyyatdan keçməlidirlər, yoxsa cərimə olunacaqlar.

A.Məmmədovun fikrincə, Rusiya Ukraynayla müharibə zamanı əldən verdiyi təşəbbüsü yenidən qaytarmağa çalışır: “Azərbaycan daha çox müttəfiqlik münasibətlərinə üstünlük verməyə çalışsa da, Rusiya daha iddialı olacaq. Ola bilər ki, Bakıdan hansısa öhdəliklər almaq üçün tələblər qoysun. Birmənalı olaraq, Rusiya Qərbin bölgəyə biraxılmasına sükutla baxmaz. Yəni Avropa Birliyi ilə MDB ölkələrinin viza rejimini sadələşdirməsinə sakit yanaşsa da, siyasi-hərbi münasibətlərə təhdidedici yanaşma sərgiləyəcək”.

Keçmiş səfir hesab edir ki, Rusiya üçün təhlükəsizlik əsas məsələdir və Moskva məsələləri daha konkret qoyur: “Son vaxtlar şimal ölkəsinin hərbi nazirliyində ciddi dəyişikliklər olur, generallar həbs edilir. Hiss olunur ki, Rusiya yalnız Ukrayna istiqamətində yox, digər bölgələrdə də, Cənubi Qafqaz, Moldova və Orta Asiyada nəinki bərpa etmək, daha da gücləndirməyə çalışacaq. Həm də Qərbin qeyd etdiyim bölgələrdə mövqeyinin zəiflədilməsi üçün addımlar atacaq”.

“Rusiyanı regionun çox güclü...”

Hakim Yeni Azərbaycan Partiyasından olan keçmiş deputat Hikmət Babaoğlu da “Turan”a açıqlamasında Rusiyanı regionun çox güclü aktyoru hesab edib: “Hazırda yeni dünya nizamının formalaşdığı vaxtda regionda ənənəvi münasibətlərini qorumağa çalışır. Rusiya Azərbaycanın yaxın qonsusudur, son dövrlərdə iki dövlətin münasibətlərində yeni müsbət impulslar müşahidə edilməkdədir. Bu, həm ortaq coğrafiyanı bölüşməyimizin zərurətidir, həm də Rusiya öz ərazisi və əhalisi ilə Azərbaycan üçün mühüm iqtisadi amildir. Ona görə də Rusiya ilə Azərbaycan arasında 2022-ci ilin fevralın 22-də birgə fəaliyyət haqqında müqavilə imzalanıb. Bu, bizim son 34 illik tariximizdə yeni hadisədir. Düşünürəm ki, Rusiya-Azərbaycan münasibətlərinin mövcud durumu hər iki ölkənin maraqlarına uyğundur”.

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

Hikmət Babaoğlunun fikrincə, Azərbaycanın Rusiya ilə münasibətlərinin yaxşı olması milli maraqların tələb etdiyi bir zərurətdir. Onun fikrincə, bütün dünya dövlətləri yeni təhlükəsizlik çağırışları ilə üz-üzədir. O, habelə hesab edir ki, indi formalaşacaq milli təhlükəsizlik konsepsiyaları gələcək 100 illiyin əsas göstəricilərini təyin edəcək: “Hazırda Rusiya beynəlxalq münasibətlər sistemində elə bir mövqedədir ki, onu gözardı etmək olmaz. Şübhəsiz ki, Rusiya kimi böyük imperiyanın yaxın coğrafiyası olan Cənubi Qafqazda da maraqları var. Azərbaycan da maraqlarını Rusiyanın maraqları ilə uzlaşdıraraq bu təhlükəsizliyin bir parçasına çevrilməyə çalışır, öz yaratdığı yeni reallıqla. Kim hesab etsə ki, bizim coğrafiyada Rusiyasız təhlükəsizliyi təmin etmək olar, bu, çox böyük yanlışdır. Rusiya mühüm faktor və reallıqdır. Ona görə də bu reallığı nəzərə almadan Cənubi Qafqaz respublikalarından heç biri təhlükəsizlik məsələlərindən əmin ola bilməz”.

“Sülh sazişi olsa, Ermənistan Qərblə münasibətləri inkişaf etdirəcək”

Amma keçmiş səfir Arif Məmmədovun fikrincə, Moskva Bakı və Yerevan arasında sülh sazişinin imzalamnmasında maraqlı deyil. Onun fikrincə, sülh sazişi olsa, Ermənistan Qərblə münasibətləri daha intensiv surətdə inkişaf etdirəcək:

“Ermənistanın təhlükəsizlik problemləri olmasaydı, Qərbə inteqrasiya istiqamətində daha ciddi addımlar atardı. Hələlik, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünü dondursa da, tam uzaqlaşmayıb. Avrasiya Birlyində isə qalırlar. Ermənistan iqtisadiyyatının Rusiyadan çox ciddi asılılığı var. Sülh sazişi olsa belə, Rusiya bunun özünün istədiyi formatda, məsələn, Moskvada imzalanmasını istəyər. Biz ona görə Azərbaycanın qısa müddətdə sülh sazişini imzalanmasını istəyirdik ki, Rusiyanın imperiya iddialarını ortaya qoyacağını nəzərdə tuturduq. Bu gün həmin iddia açıq görünür”.

“Cənubi Qafqazda sülh Rusiyanın maraqları dairəsindədir”

Hikmət Babaoğlu isə əksini düşünür. Onun vurğulamasına görə, hazırkı vəziyyətdə Cənubi Qafqazda sülhün əldə olunması Rusiyanın maraqları dairəsindədir: “Çünki Rusiya eyni vaxtda bir neçə cəbhədə savaşmaq və öz gücünü bir neçə yerə bölərək təhlükəsizliyini təmin etmək durumunda qalmaq istəmir. Artıq Şərqi Avropada müharibəyə cəlb olunan Rusiya başqa bir coğrafiyada savaş istəmir. Ona görə də bu gün sülh təşəbbüsləri, “3+3” (Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) formatına müsbət yanaşmaqla, Şimal-Cənub dəhlizini aktuallaşdırmaqla sülh üçün müəyyən iradə nümayiş etdirir. Rusiya-Qərb müqayisəsinə gəlincə, Cənubi Qafqazda hazırkı şərtlər içərisində daha çox sülh istəyən Azərbaycan və Türkiyədir”.

Şoyqu Bakıya Tehrandan gəlmişdi...

Yeri gəlmişkən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Azərbaycana İrandan gəlmişdi. Avqustun 5-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) brifinqdə Şoyqunun İrana səfərinə toxunaraq Yaxın Şərqdəki vəziyyətə münasibətdə isə deyib ki, onlar Rusiyanın gərginliyin azaldılmasında məhsuldar rol oynayacağını gözləmirlər.

Metyu Miller
Metyu Miller

Miller əlavə edib ki, “Birləşmiş Ştatlar Şoyqunun səfərinin niyə indi baş verdiyini bilmir, lakin Rusiyanın Ukraynaya qarşı təcavüzünə dəstək axtarmağa davam etdiyi üçün bir ehtimal Moskvanın Tehranla münasibətlərini gücləndirmək niyyəti ola bilər”.

XS
SM
MD
LG